Dmitriy Nikolaevitsj Karatsjoban
Quick Facts
Biography
Dmitri Nikolay oğlu Karaçoban (27.03.1933, indiki Moldova Respublikası Qaqauz Yeri MV Komrat rayonunun Beşalma kəndi-08.10.1986, Beşalma) — Qaqauz şairi.
Həyatı
Qaqauz ədəbiyyatşünasları onu ilk peşəkar ədib kimi tanıtsalar da, yaradıcılığı çoxsahəlidir. Ömrünü xalqının mədəniyyətinin inkişafına həsr edən şair qaqauz xalqı üçün ilk bədii və sənədli filmlər çəkmişdir. Kənddə, köhnə dəyirmanda yaratdığı tarix-etnoqrafiya, diyarşünaslıq muzeyi YUNESKO tərəfindən qorunur. 1988-ci ildən sonra Dmitri Karaçoban adına Beşalma Qaqauz Tarix və Etnoqrafiya Muzeyi adlandırılmışdır . Şairin ilk şeirləri 1957-ci ildə “Moldaviya Sotsialiste” qəzetinin həftəlik əlavəsində çap olunmuşdur . Bədii cəhətdən o qədər də yüksək dəyəri olmayan bu şeirlər təbiət təsvirlərinin tərənnümü ilə seçilir. Qaqauz yazıçıları arasında M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunda ilk təhsil alan və ilk kitab çap etdirən Dmitri Karaçobandır . Qaqauz folklorunu dərindən bilən və ona ürəkdən bağlı olan şair yaradıcılığında ondan həmişə məharətlə istifadə etmişdir. “Ça-heys”, “Lak-tık”, “Yortu oyunu” şeirlərində folklorun təsiri açıq duyulmaqdadır. Arabaçıya həsr etdiyi şeirdə sadə əmək adamının timsalında xalqının çətin günlər yaşadığı zamanda belə nikbinliyini itirmədiyini göstərmişdir. Maddi və mənəvi sıxıntı içərisində olan Arabaçı öküzlərini səsləyəndə bütün ağrılarını unudaraq “ça-heys” deyə musiqili bir səslə əzizləməsi heyvanların iş qabiliyyətini artırır, onlara sanki yeni güc verir:
Salkımın ardından
Sabaa şılêêr,
Ça-heys, Ça-heys.
Bir erken taliga
Din tıngırdêêr,
Ça-heys,Ça-heys.
Gücülä seçilär
İleridä yol,
Ça-heys, Ça-heys.
Ön diptä oturêr
Bobaylan ool....
Ça-heys, Ça-heys.
Zenginin boodayı
Daa pek yırak,
Ça-heys, Ça-heys.
Biz dä ool bobaylan-
İki çırak
Ça-heys, Ça-heys.
Araşdırıcı Tudora Arnaut Dmitri Karaçobanın yaradıcılığından söz açarkən yazır: “Gagauz halkına “Bän isterim ki, benim kiyatlarım (kitaplarım) insannara taa islää, pak candan, cömert olmaa yardım etsinnär” sözleri ile hitap eden şair kendi arzusuna erişmiştir, çünkü onun işlediği aşk, tabiyat, sosyal hayat, yüksek felsefe, tarih, halk bilimi, yüksek edebiyat, romantizm vb. gibi konular sadeliği ve derinliği ile halkın tüm kitlelerine büyük bir özentiyle ve profesyönelizmle duyurulmuştur. Herbir insan onun şiirlerinde kendinden bir parça bulmaktadır. Oğluna duygularını mektupla ulaştırmaya çalışan validenin:
Oolum, oolum, yalnız uşaam,
Yazayım bir kiyat, kalayım aşaa
Olsa sendä, evlad, bir can
Beni kolay sän annaycan.
Zoor il oldu, sıra geldi,
Da bukamı sana böldüm
Korku çektim senin üçün,
Korkulardan acıyer içim...
sözlerini bir anlayış beklentisi taşırken anne-babaya hatır gütmek, onlara saygı göstermek yine onların evlatlarına karşı yaptıkları adımlarla “Geldim yoldan” şiirinde dile getirilmektedir.
Geldim yoldan digin bän,
Yufka hem diil zengin dä
Da tä küüyä girdiynän,
Selämımı vərdiynän
Küüdä insan bakardı,
Herkez bişey sorardı
Dostum sordu: “Hep dostmusun?”
Ahmak sordu: “Hep prostmusun?”
Sıkı: “Borcu vərecän mi?”
Sarfoş: “İkram edecän mi?”
Kardaş: “Kazanç hiç var mı?
Bana da pay olar mı?”
Karım sordu: “Geldin mi?”
Bobam sordu: “Dindin mi?”
Anam sordu: “İdin mi?”
D.Karaçobanın “İlk laf” (İlk söz, 1963), “Yanıklılık” (Arzu, 1968), “Baylmak” (İlham, 1969), “Persenqeler” (Variatsuyalar, 1970), “Zelennoye plamya” (Yaşıl alov, 1970), “Stixlar” (1984), “Azbuka otkrıtiy” (1989) şeir kitabları, “Alçak saçak altında” (Alçaq dam altında, 1966) hekayələr kitabı çap olunmuşdur (Qaqauz folkloru, 1996:3). Onun şirin hekayələri və kinossenariləri qaqauz ədəbiyyatının inkişafına öz təsirini göstərmişdir. Daim ana dilinin təmizliyi uğrunda mübarizə aparan ədib naturaçılığa meylli olmuşdur. Hekayə yazarkən günlərlə kəndliləri danışdırar, onların söhbətlərini dəftərində qeyd edər, sonra da bu söhbətləri bədiiləşdirərək hekayəyə çevirərmiş. Buna görə də əsərlərində ümumiləşdirmələr, psixoloji dərinlik əvəzinə insanların gündəlik yaşam tərzi üstünlük təşkil edir. Ömrünü mübarizələrdə, qovğalarda keçirən şairin vaxtsız ölümü xalq arasında müxtəlif söz-söhbətin yaranmasına səbəb olmuşdur. Özünü qatarın altına ataraq intihar etməsi haqqında rəsmi dairələrin verdiyi bilgiyə bu gün də inanmayanlar var.