Yasin Qarayev
Quick Facts
Biography
Yasin Mikayıl oğlu Qarayev — Azərbaycanın tanınmış teatr və televiziya aktyoru vəikinci rejissor, Azərbaycanın xalq artisti (2006), "Qızıl Dərviş" mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü.
Həyatı
Yasin Qarayev 22 may 1946-cı ildə Şəmkir rayonunun Qapanlı kəndində anadan olub.1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya fakültəsini bitirmiş, 1974-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yaradıcılıq fəaliyyətinə başlamışdır. Doğma teatrın səhnəsində aşağıdakı rolları ifa etmişdir
- 1. Aşıq Vəli, Mahmud - («Hacı Qəmbər», Nəcəf Bəy Vəzirov)
- 2. Cəlal - («Komsomol poeması», İskəndər Coşğun)
- 3. Volodya Kulikov - («Unutmayın», Yusif Əzimzadə)
- 4. Elşad - («Şəhərli oğlan», Qeybulla Rəsulov)
- 5. Əziz - («Sağlıq olsun», İsi Məlikzadə)
- 6. Qarakişi - («Gəl qohum olaq», İsi Məlikzadə)
- 7. Qulu - («Tamahkar», Süleyman Sani Axundov)
- 8. Azər - («Mahmud və Məryəm», Elçin)
- 9. Əflətun - («Ölüm hökmü», Elçin)
- 10. Qələndərov - («Olmuş əhvalat», Aqşin Babayev)
- 11. Qafar – («Çimnaz xanım yuxudadır», Süleyman Rüstəm)
- 12. Əmi - («Nənənin kələyi», Əhməd Orucoğlu)
- 13. Kürən – («Yaddaş ağrısı», Hüseynbala Mirələmov)
- 14. Qafar - («Çimnaz xanım yuxudadır», Süleyman Rüstəm)
- 15. Aşıq Vəli – («Yağış, yağmur və daldan atılan daş», Nəcəf bəy Vəzirov)
- 16. Mister Bambl – («Oliver Tvistin macəraları» Ç.Dikkens)
- 17. Hacı Qara – («Hacı Qara» M.F.Axundxzadə)
- 18. Vəzir – («Əlincə qalası» Dilsuz)
- 19. Balaəmi - (“Sarıköynəklə Valehin nağılı” İ.Əfəndiyev)
- 20. Bulmaq - (“Qohumlar” V.Şuqrayeva, Ə.Əmirli)
Yasin Qarayev Azərbaycan teatr sənəti sahəsindəki xidmətlərinə görə 1991-ci ildə Əməkdar Artist, 2006-cı ildə isə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilmişdir. 6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Filmoqrafiya
- Şeytan göz qabağında (film, 1987)
- Ağ atlar üçün vals (film, 1987)(tammetrajlı televiziya tamaşası)(Aztv)
- Ömürdən uzun gecə (film, 1996)
- Fatehlərin divanı (film, 1997)
- Nigarançılıq (film, 1998)
- Bağdada putyovka var... (film, 2000)
- Yol yoldaşları (film, 2003)
- Mükafat (film, 2004)
- Ərazi (film, 2005)
- Bəylik dərsi (film, 2007)
- Laplandiyalı qonaq (film, 2009)
- Qaynanamız (serial 2015)