peoplepill id: yasin-qarayev
YQ
1 views today
5 views this week
The basics

Quick Facts

The details (from wikipedia)

Biography

Yasin Mikayıl oğlu Qarayev — Azərbaycanın tanınmış teatr və televiziya aktyoru vəikinci rejissor, Azərbaycanın xalq artisti (2006), "Qızıl Dərviş" mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü.

Həyatı

Yasin Qarayev 22 may 1946-cı ildə Şəmkir rayonunun Qapanlı kəndində anadan olub.1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya fakültəsini bitirmiş, 1974-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yaradıcılıq fəaliyyətinə başlamışdır. Doğma teatrın səhnəsində aşağıdakı rolları ifa etmişdir

  • 1. Aşıq Vəli, Mahmud - («Hacı Qəmbər», Nəcəf Bəy Vəzirov)
  • 2. Cəlal - («Komsomol poeması», İskəndər Coşğun)
  • 3. Volodya Kulikov - («Unutmayın», Yusif Əzimzadə)
  • 4. Elşad - («Şəhərli oğlan», Qeybulla Rəsulov)
  • 5. Əziz - («Sağlıq olsun», İsi Məlikzadə)
  • 6. Qarakişi - («Gəl qohum olaq», İsi Məlikzadə)
  • 7. Qulu - («Tamahkar», Süleyman Sani Axundov)
  • 8. Azər - («Mahmud və Məryəm», Elçin)
  • 9. Əflətun - («Ölüm hökmü», Elçin)
  • 10. Qələndərov - («Olmuş əhvalat», Aqşin Babayev)
  • 11. Qafar – («Çimnaz xanım yuxudadır», Süleyman Rüstəm)
  • 12. Əmi - («Nənənin kələyi», Əhməd Orucoğlu)
  • 13. Kürən – («Yaddaş ağrısı», Hüseynbala Mirələmov)
  • 14. Qafar - («Çimnaz xanım yuxudadır», Süleyman Rüstəm)
  • 15. Aşıq Vəli – («Yağış, yağmur və daldan atılan daş», Nəcəf bəy Vəzirov)
  • 16. Mister Bambl – («Oliver Tvistin macəraları» Ç.Dikkens)
  • 17. Hacı Qara – («Hacı Qara» M.F.Axundxzadə)
  • 18. Vəzir – («Əlincə qalası» Dilsuz)
  • 19. Balaəmi - (“Sarıköynəklə Valehin nağılı” İ.Əfəndiyev)
  • 20. Bulmaq - (“Qohumlar” V.Şuqrayeva, Ə.Əmirli)

Yasin Qarayev Azərbaycan teatr sənəti sahəsindəki xidmətlərinə görə 1991-ci ildə Əməkdar Artist, 2006-cı ildə isə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilmişdir. 6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Filmoqrafiya

  1. Şeytan göz qabağında (film, 1987)
  2. Ağ atlar üçün vals (film, 1987)(tammetrajlı televiziya tamaşası)(Aztv)
  3. Ömürdən uzun gecə (film, 1996)
  4. Fatehlərin divanı (film, 1997)
  5. Nigarançılıq (film, 1998)
  6. Bağdada putyovka var... (film, 2000)
  7. Yol yoldaşları (film, 2003)
  8. Mükafat (film, 2004)
  9. Ərazi (film, 2005)
  10. Bəylik dərsi (film, 2007)
  11. Laplandiyalı qonaq (film, 2009)
  12. Qaynanamız (serial 2015)
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Yasin Qarayev is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Yasin Qarayev
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes