peoplepill id: yaqub-abdullayev
YA
Azerbaijan
2 views today
8 views this week
Yaqub Abdullayev
Azerbaijani professor

Yaqub Abdullayev

The basics

Quick Facts

Intro
Azerbaijani professor
Work field
Gender
Male
Place of birth
Füzuli, Azerbaijan
Death
Age
76 years
Education
Baku State University
The details (from wikipedia)

Biography


Yaqub Hidayət oğlu Abdullayev — Azərbaycan alimi,AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Azotlu birləşmələr" laboratoriyasının sabiq müdiri, kimya üzrə elmlər doktoru, professor.

Həyatı

YaqubHidayətoğluAbdullayev1939-cu il aprelin28-dəFüzulişəhərindəqulluqçuailəsindəanadan olmuşdur. 1946-1953-cüillərdəFüzulirayonundakıB.Sərdarov adınayeddiillik məktəbdə, 1953-1957-ci illərdəPedaqoji texnikumda təhsilinibaşa vurduqdan sonratəyinat üzrəİmişli rayonundaQızılkəndyeddiillik məktəbinin müəllimiişləmişdir. 1957-1959-cu illərdə ordu sıralarında xidmət etdikdən sonra Azərbaycan ElmlərAkademiyası(EA) Neft-KimyaProsesləriİnstitutunun (NKPİ) Təcrübə-Sənayezavodunda operator, 1960-64-cü illərdə isə “Monomerlər kimyası” laboratoriyasındabaş texnik vəzifəsindəfəaliyyət göstərmişdir. 1961-67-ci illərdəBakı DövlətUniversitetinin kimya fakültəsinin axşam şöbəsindəali təhsil alan Y.H.Abdullayev 1964-67-ci illərdə mühəndis, 1967-75-ci illərdə kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1967-71-ci illərdə AzərbaycanEA NKPİ-nin qiyabi aspiranturasında təhsil almışdır. 1975-84-cü illərdə NKPİ-nin “Azotlu birləşmələr” laboratoriyasında baş elmi işçi, 1984-2012-ci illərdə həmin laboratoriyanın müdiri vəzifəsində çalışmışdır.

Y.H.Abdullayev 1972-ci ildə “Tsikloheksan karbohidrogenləri ilə zəngin olan benzin fraksiyalarının oksidləşdirici ammonoliz reaksiyasının tədqiqi” mövzusunda namizədlik, 1991-ci ildə isə “Aromatik nitrillərin, onların amin-vəamid törəmələrinin alınma üsullarının işlənibhazırlanması və onların əsasında yeni oliqomer məhsulların sintezi”mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək “Neft kimyası” ixtisası üzrə müvafiq elmi dərəcələrə yiyələnmişdir. 1998-ci ildə həmin ixtisas üzrə professor elmi adı almışdır.

Kimya elmləri doktoru, professorYaqubHidayət oğlu Abdullayev 2016-cı il 10 mart tarixində Bakıdavəfatetmişdir.

Elmi istiqamətini

Y.H.Abdullayevin əsas elmi istiqamətinioksidləşdirici ammonoliz üsulu ilə nitrillərin sintezi, nitrillərin amidlərə, aminlərə çevrilməsi və onlardan istifadə etməklə fenolformaldehidoliqomerlərininmodifikasiyası proseslərinintədqiqi təşkil edir. İlk dəfə olaraq dar benzin fraksiyalarınınMo-V katalizatoru üzərində oksidləşdirici ammonolizindən benzonitrilin,ftalonitril izomerlərinin alınması və tədqiqi bu istiqamətdə görülən işlərdəndir. Benzonitril və tereftalonitrillərdən müvafiq olaraq benzamid və tereftaldiamidin alınması, tereftalonitrilin ammonyak iştirakında birbaşa hidratlaşmasından çox dəyərli məhsul olan tereftal turşusunun alınma üsulunun işlənib hazırlanması Y.H.Abdullayevin uğurlu tədqiqat işlərindən hesab edilə bilər.

Alimin elmi araşdırmalarının nəticəsi olan benzoquanaminlə modifikasiya olunmuş fenolformaldehid oliqomerininkalium duzu əsasındaBM-204, BM-15 markalı bərk sürtkü qələmi kəsici alətlərin istismar müddətini artıran effektli vasitə kimi keçmiş SSRİ-nin 81 müəssisəsində, o cümlədənUlyanovskMotor Zavodunda, Krasnoyarsk Metallurgiya Zavodunda, Ufa “Geofizcihaz” İstehsalat Birliyində, Orşansk Alət Zavodunda, Kazanbulaq Teatr Avadanlığı Zavodunda, Perm “AVİA Zavod” İstehsalat Birliyində, Kazan “Vertolyot” İstehsalat Birliyində və s. müəssisələrdə tətbiq olunaraq külli miqdarda iqtisadi səmərə vermişdir. Onun bilavasitə rəhbərliyi altında sintez olunmuş benzoquanaminlə funksionallaşdırılmış fenolformaldehid oliqomerinin sulfolaşma məhsulunun kalium duzu beton qarışıqlarıüçün keyfiyyətli superplastifikator kimi praktiki əhəmiyyətə malik olmuşdur. Gəncə “Yağ-piy” kombinatının tullantısı əsasındareagentin davamlı neft emulsiyalarının dağıdılması məqsədilə tətbiqi nəticəsində müsbət nəticələr əldə edilmişdir. Benzoquanaminlə modifikasiya olunmuş alkilfenolformaldehidoliqomerinin kalium duzu əsasında alınmış“Freonsuz sürtkü yağı”Bakı Kondisioner Zavodunda uzun müddət istifadə edilmişdir.

Elmi fəaliyyəti

Elmi fəaliyyətinin son illərində Y.H.Abdullayev benzilamin, benzamid, benzoquanaminlə funksionallaşdırılmış rezol və novolak tipli fenolformaldehid oliqomerlərinin sintezi, çevrilmələri və tədqiqi istiqamətində elmi işlərin aparılması ilə məşğul olmuşdur. Bu sıradan olan azot saxlayan fenolformaldehid oliqomerlərinin yüksək effektli korroziya inhibitorları, ötürücü qayışların hazırlanmasında istifadə olunan rezin qarışıqlarına əlavələr, kompozisiya materiallarında əlaqələndiricilər, mədəni-məişət və təsərrüfat təyinatlı məmulatlar və s. kimi tətbiqinə dair tövsiyələr verilmişdir.

Elmi Tədqiqatları

Y.H.Abdullayevinrəhbərliyi altında 1 elmlər doktoru, 5 elmlər namizədihazırlanmışdır.

Elmi – təşkilati fəaliyyəti

1992-2012-ci illərdə AMEA NKPİ-nin nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmışMüdafiəŞurasının üzvüolmuşdur.

Təltiflər

O, 1989-ci ildə SSRİ-nin Kimya Sənayesi Nazirliyinin “Kimya Sənayesinin Əlaçısı” nişanı ilə təltif edilmişdir.

Əsas elmi əsərlərin adları

Y.H.Abdullayev ümumilikdə 165 elmi əsərin, o cümlədən 35 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir.

  1. Сеидов Н.М., Aбдуллаев Я.Г., Гусейнова Г.А., Мустафаев A.M., Aсланов A.Ф., Алиева Н.M., Гусейнова М.Б. ”Исследование модифицированных каталитических систем на основе металлического алюминия и четырёххлористого углерода.”Журнал “химических проблем”, 2005, №2, с.12-17.
  2. Abdullayev Y.H.,İbrahimov S.İ.”Sinergetik effektli yeni kompozisiyanın deemulsasiya qabiliyyətinin müxtəlif neft nümunələrində tədqiqi”.Azərbaycan neft təsərrüfatı, 2006 il, №12,səh.36
  3. Əzizov A.H.,Abdullayev Y.H.,Ibrahimov S.İ. Deemulqator.Patent 220090098 21/V-2009
  4. Амирасланова М.Н., Абдуллаев Я.Г., Гусейнова Г.А., Алиева Н.М., Рустамов Р.А., Мустафаев А.М. «Влияние азотсодержащих фенольных олигомеров на вязкостно-температурные характеристики базового моторного масла». Журнал «Химия и технология топлив и масел», 2011, №5, s. 47-50.
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Yaqub Abdullayev is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Yaqub Abdullayev
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes