peoplepill id: xan-babaxanov
XB
3 views today
3 views this week
The basics

Quick Facts

Place of birth
Ganja
Death
Place of death
Baku
Age
38 years
The details (from wikipedia)

Biography

Xan Məmmədəli oğlu Babaxanov (26 sentyabr 1943(1943-09-26), Kirovabad1982, Bakı) — Yunan-Roma güləşi üzrə tanınmış Azərbaycan mütəxəssisi, Ümumittifaq və beynəlxalq yarışların mükafatçısı, SSRİ və Azər­baycan çempionu, beynalxalq dərəcəli idman ustası, 1972-ci ildə Münhendə ke­çirilmiş Yay Olimpiya oyunlarının iştirakçısı, Yunan-Roma güləşi üzrə gənc­lər­dən ibarət Azərbaycan komandasının baş məşqçisi (1979-1982).

Həyatı

Xan Məmmədəli oğlu Babaxanov 26.09.1943-cü ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Güləşlə 1959-cu ildən məşğul olmağa başlamışdır. İlk qələbələrini Bakıda “Ehtiyat əmək qüvvələri” cəmiyyətində çıxış edərkən şəhər və respublika birinciliklərində qazanmışdır. 60-cı illərdən etibarən Ümumittifaq yarış­la­rın­da iştirak etməyə başlamış, 1962-ci ildə bir neçə məsul turnirdə müvəffəqiy­yətlə çıxış etdikdən sonra SSRİ idman ustası adına layiq görülmüşdür. 1968-ci ilədək zona yarışlarında 3 dəfə qüvvəsini sınayaraq birinciliyə nail olmuşdur. Xan Babaxanov Belorusiya Bədən Tərbiyəsi İnstitutunun məzunu olmuşdur. 1982-ci ildə Bakıda vəfat etmişdir. AMEA H.Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının həyat yoldaşı olmuşdur.

İdmançı karyerası

1970-ci ildə SSRİ yığma komandasının tərkibində beynəxalq turnirlərdə çıxış etməyə başlamışdır. İlk dəfə Polşada keçirilən yarışda SSRİ yığmasının şərəfini qorumuşdur. Sonralar Rumıniya, Çexoslovakiya, Almaniya və digər xarici ölkələrdə təşkil olunan beynəlxalq səviyyəli yarışların iştirakçısı olmuşdur. 70-ci illərin əvvəllərindən etibarən məşhur sovet pəhləvanı İvan Poddubnının xatirəsinə həsr olunmuş idman yarışlarında çıxış etməyə başlamışdır. İlk yarışda İran, Türkiyə, İsveç, Bolqarıstan, Fransadan olan təcrübəli rəqiblərinə qalib gəlsə də, dördüncü yerlə kifayətlənmişdir. 1971-ci ildə sözügedən yarışın bürünc mükafatına layiq görülmüşdür. Nəhayət, 1972-ci ildə məşhur idmançılar Ə.Əliyev, Suriya pəhləvanı H.Bəşər, Misir pəhləvanı S.Manqeday və dəfələrlə dünya və olimpiya çempionu olmuş V.Bakulinə qalib gələrək İ.Poddubnının xatirəsinə həsr edilmiş idman yarışlarında ilk dəfə fəxri kürsüyə yüksəlmişdir. Beləliklə, yarışın şərtlərinə müvafiq olaraq qaliblər, həmçinin X.Babaxanov 1972-ci ildə Münhen Yay Olimpiya oyunlarına vəsiqə qazanmışdır. Münhen Olimpiya oyunlarında X.Baba­xa­nov SSRİ milli komandasının şərəfini ləyaqətlə qorumuşdur.

1973-1979-cu illərdə güləşçi dəfələrlə SSRİ çempionatlarında, beynəlxalq səviyyəli yarışlarda, Avropa və Dünya çempionatlarında gücünü sınamış və uğurlu nəticələrə nail olmuşdur. Bu illər ərzində beynəlxalq dərəcəli idman ustasının normativlərini yerinə yetirən X.Babaxanov beynəlxalq dərəcəli idman ustası adına da layiq görülmüşdür.

Məşqçilik fəaliyyəti

1978-ci ildə Yunan-Roma güləşi üzrə məktəblilərdən ibarət Azərbaycan ko­man­dasının məşqçisi kimi fəaliyyətə başlamış və elə həmin ildə Daşkənddə Ümu­mittifaq məktəblilərinin XV spartakiadasında məşqçi kimi uğurla debüt et­mişdir. Be­lə ki, gənc məşqçinin tələbələrindən ikisi vətənə qızıl medalla qayıtmışdır. 1979-cu ildə Azərbaycan SSRİ Nazirlər Kabineti yanında Bədən Tərbiyəsi və İd­man Komitəsinin qərarı ilə Yunan-Roma güləşi üzrə baş məşqçi-müəllim statusuna yi­­yə­lən­mişdir. Elə həmin vaxtdan etibarən klassik üzrə gənclərdən ibarət Azər­baycan komandasının baş məşqçisi kimi fəaliyyətə başlamışdır. Onun yetişdirdiyi id­man­çılar SSRİ çempionatlarında dəfələrlə ali mükafatlara layiq görülmüşlər. X.Ba­ba­xanov məşqçilik etdiyi 4 il ərzində sonralar SSRİ, Olimpiya və Dünya çem­pionat­larının qalibi olmuş yüzlərlə gəncə Yunan-Roma güləşinin incəliklərini öyrətmişdir. 

Medalları

-  6-8 oktyabr 1961-ci il. Bakı şəhərində Yunan-Roma güləşi üzrə xüsusi komanda birinciliyinin bürünc medalı

-  1-4 iyun 1962-ci il. Sovet İttifaqı qəhrəmanı genaral-mayor İ.V.Panfilov adına yarışın bürünc medalı

-  8 May 1966-cı il. Yunan-Roma güləşiüzrə Azərbaycan SSRİ xüsusi komanda birinciliyinin gümüş medalı

-  Fevral 1967-ci il. SSRİ silahlı qüvvələrinin çempionatında gümüş medal

-  2 iyun 1969-cu il. SSRİ silahlı qüvvələrinin XIV spartakiadasında gümüş medal

-  14 yanvar 1970-ci il. Minskdə V.İ.Leninin 100 illiyinə həsr olunmuş SSRİ silahlı qüvvələrinin çempionatında gümüş medal

-  7 iyul 1970-ci il. Yunan-Roma güləşiüzrə Belarusiya çempionatında qızıl medal.

-  13 dekabr 1970-ci il. Yunan-Roma güləşi üzrə Minsk şəhərinin komanda çempionatında qızıl medal

-  8 aprel 1971 ci il. Belorusiya Bədən Tərbiyəsi İnstitutunda təşkil olunmuş yarışda qızıl medal.

-  16 oktyabr 1972-ci il. Yunan-Roma güləşiüzrə Belarusiya çempionatında qızıl medal.

Məşqçi kimi qazandığı uğurlar

-  1977-ci il. Yunan-Roma güləşi üzrə gənclərdən ibarət Azərbaycan SSR yığma komandasına hazırlığında iştirak etdiyinə görə fəxri fərman.

-   1977-ci il. Məşqçi kimi Gənclərin II Ümumittifaq idman oyunlarında mü­vəf­fəqiyyətli iştirakına görə fəxri fərman.

-  17-21 mart 1979-cu il. Bir qrup tələbəsi respublika çempionatında qalib gəl­diyi üçün ən yaxşı məşqçilər üçün nəzərdə tutulmuş diplom.

-  14-18 dekabr 1980-ci il. Tələbəsi Respublika çempionatının qızıl mükafatına la­yiq görüldüyü üçün məşqçilər üçün nəzərdə tutulmuş fəxri fərman.

-  23 dekabr 1981-ci il. Tələbəsi A.Əliyev Yunan-Roma güləşi üzrə Azər­bay­can SSR gənclərinin idman oyunlarının qalibi olduğu üçün fəxri fərman

-  10 may 1981-ci il. Tələbəsi Yunan-Roma güləşi üzrə gənclər arasında ke­çirilən yarışlarda qalib gəldiyi üçün məşqçi kimi təltifləndirilib.

-  6-9 may 1982 ci il Yunan-Roma güləşi üzrə gənclər arasında SSR birin­cili­yinin qalibi olmuş idmançının məşqçisi kimi mükafatlandırılıb.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Xan Babaxanov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Xan Babaxanov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes