Xalid Quliyev
Quick Facts
Biography
Həyatı
Xalid Quliyev Huseynxan oglu. 1962 sentyabrin 9-da,Baki sheherinde anadan olmushdur. Ali təhsilli.Politexnik institutunu bitirmişdir. Təhsil Nazirliyinin nəzdnində olan Təcrübə sınaq zavodunun Baş mühəndis,sonra isə Baş direktoru vəzifəsində 1992 ilə qədər calışmışdır.
Döyüşdüyü tarixlər
Ölkədə,baş vermiş hadisələr onu dinc buraxmırdı.Son Vertalyot hadisəsində diriykən yandırılmış ziyalıların ölümü,onu sarsıtmışdır.Elə o,gündən ölkənin müdafiyyəsinə,bir başa Daxili qoşunların sırasına könüllü qoşularaq,xüsusi təyyinatlı dəstədə,Ağdərəyə,torpaqlarımızı qorumağa yollandı.Ağdərədə,gedən qanlı döyüşlərdə böyük şücayyətlər etmişdir.Ağdərənin 6-kəndini yağı düşməndən azad etmək üçün əlindən gələn bütün qəhrəmanlıqları esirgəməməmişdir. Naxcivanik kəndi azad olduqdan sonra ən hündürlükdən Azərbaycan bayrağını məhz Xalid Quliyev sancmışdır.Sonuncu döyüşü Manikli kəndində olubdur.Kəndi azad etdikdən sonra,xəbər gəlir ki,3 əsgəriniz mühasirəyə düşüb. O, 1992-ci il,10 iyulzaman Xalid Quliyev dərhal Brd-m sürəkli texnikasına əyləşərək dostlarının köməyinə yollanır və onları mühasirədən azad edib qayıdanda,yolda minaya düşərək həlak olur.
Sərəncamlar
Ölümündən sonra bir çox qazetlər,hörmətli müxbirlər onun qəhrəmanlıq şücayyətləri barədə çox məqalələr dərc etdilər,şeirlər yazıldı,vaxtı ilə təhsil aldığı Nizami rayonunda yerləşən 62-li liseyi onu adına verdilər.Yaşadığı küçəyə adını verdilır. Azərbaycan Prezidenti İlham ƏLİYEV Cənabları tərəfindən ölümündən sonraVətən uğrundamedalı ilə təltif olunub.