Vera Bessantina
Quick Facts
Biography
Bessantina Vera Lvovna — 20 yanvar şəhidi. Bessantina Vera20 yanvar faciəsinin az yaşlı şəhidlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixli fərmanı ilə Bessantina Vera və digər 146 şəhidə "20 Yanvar Şəhidi" fəxri adı verilmişdir. Bessantina Vera milliyyətcə yəhudi idi.
Həyatı
Vera Bessantina 1973-cü ildə hərbi qulluqçu ailəsində anadan olmuşdur, Milliyyətcə yəhudidir. 258 nömrəli orta məktəbin 11-ci sinif şagirdi idi. 23 nömrəli musiqi məktəbinin skripka sinfini bitirmişdi. Musiqi bu incə q ızın qanına hopmuşdu. Baxın, Vivaldinin konsertlərini özünəməxsus məharətlə ifa edirdi. 17 yaşın içində idi. Martın 2-də 17 yaşı tamam olacaqdı, ad günündə qırxı verildi. Vera Bessantina ömrünün akkordları isə yanvarın 20-də vuruldu. ' Yanvarın 19-dək Salyan qazarması ilə üzbəüz binada yaşamışdır. O gecə qazarmadan hər yana atəş açılırdı, hətta yaşayış binalarına... Evin içindəcə Vera qarın nahiyəsindən yaralandı. Bunu görən ailə üzvləri Veranın qarşısında diz çökdülər. Elə bu an diz çökənlərin başı üstündən fasiləsiz avtomat güllələri divarlara sancıldı və evdə yanğın törəndi. Vera oradaca keçindi. Nakam bir qızcığazın ömrü beləcə sındı. Valideynlərinin ürəyi də sındı, inamı da... Partiyaya, hökumətə, dövlətə... Onu torpağa tapşırdıqları gündən o nakam qızcığazla maraqlananların birini də evə buraxmırlar. Bircə söz deyirlər gələnlərə: « Dayte nam pokoya». Şəhidlər xiyabanında dəfn edilib. Bu ünvanda yaşamışdır: Bakı, Naximov küçəsi 29, mənzil 94