Ulviyya Tahir
Quick Facts
Biography
Ülviyyə Tahir (tam adı: Ülviyyə Tahir qızı Mustafayeva; 15 noyabr 1980, Bəydövül, Göyçay rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı yazıçı, tərcüməçi və publisist.
Həyatı
Ülviyyə Tahir qızı Mustafayeva 15 noyabr 1980-ci ildə Azərbaycan SSR, Göyçay rayonunun, Bəydövül kəndində anadan olmuşdur.
Təhsili
1987—1998-ci illərdə Göyçay rayonu, Ə.Əsgərov adına orta məktəbdə təhsil almışdır.
1998-ci ildə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinə daxil olmuş və 2002-ci ildə həmin fakültəni bitirmişdir.
2009-cu ildə Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsinə daxil olmuşdur.
Fəaliyyəti
2009-cu ildə ilk hekayəsini yazmışdır.
2014-cü ildə Hədəf Nəşrlərinin təsis etdiyi, “Kitabevim.Az” və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təşkilatçılığı ilə həyata keçirilən “Anamın Kitabı” pyes müsabiqəsində "Anamın tabutu" adlı pyeslə iştirak etmiş və 44 balla 7-ci yer olub.
"Stokholm Sindromu" hekayəsilə "Ədəbi Azadlıq-2015" müsabiqəsində iştirak edib.
Hazırda 150-ə yaxın hekayə, araşdırma məqalənin və tərcümə kitablarının müəllifidir.
Əsərləri
Müəllifi olduğu əsərlər
- Şeytanın missiyası
- Üzü cəhənnəmə
- Buqələmun
- Ortaq şəhər (hekayələr kitabı)
- ALJİR
- Şükriyyə Taleyim
Tərcümə və şərhçisi olduğu əsərlər
- Co Navarro / Marvin Karlins, Bədən dili
- Nevzat Tarhan, Qadın psixologiyası (Kadın psikolojisi) (nəşr edilməyib)