peoplepill id: tofig-m-hajiyev
TMH
6 views today
6 views this week
The basics

Quick Facts

The details (from wikipedia)

Biography

Tofiq Hacıyev (tam adı: Tofiq Müzəffər oğlu Hacıyev) — Azərbaycanlı dilçi alim; Müasir Azərbaycan dilçisi; Bakı Dövlət Universiteti BDU Filologiya fakültəsi dekanının 1-ci müavini (1993—2000); Filologiya elmləri doktoru (2003); professor (2003); BDU Azərbaycan dilçiliyi kafedrasında professor əvəzi (2003— h.h.); TQDK-nın nəzdində fəaliyyət göstərən Azərbaycan dili və ədəbiyyat üzrə elmi-metodiki seminarın və ekspert qrupunun rəhbəri (— h.h.).

Həyatı

Tofiq Müzəffər oğlu Hacıyev 27 mart 1958-ci ildə Neftçala şəhərində anadan olub.

Təhsili

1975-ci ildə orta məktəbi bitirib.

1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirib.

1986-cı ildə «Tabeli mürəkkəb cümlənin sadə cümləyə transformasiyası» mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

2003-cü ildə «Tabeli mürəkkəb cümlənin struktur-semantikası» mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Əmək fəaliyyəti

1987-89-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) baş laborant.

1990-cı ildən BDU-da müəllim, baş müəllim, dosent işləyib.

1993-2000-ci illərdə BDU Filologiya fakültəsinin dekanının 1-ci müavini işləmişdir.

BDU-da Müasir Azərbaycan dili (morfologiya, sintaksis, qrammatika problemləri) və frazeologiya fənlərindən dərs deyir.

Yaradıcılığı

55 məqaləsi çap olunub.

1 aspirant və 3 dissertanta rəhbərlik edib.

1 kitabı nəşr olunub.

Müasir Azərbaycan dilində mürəkkəb cümlənin struktur semantikası : filologiya elm. dok. ... dis. avtoreferatı: 10.02.02 / T. M. Hacıyev ; AMEA Nəsimi adına Dilçilik İnstitutu. - Bakı, 2003. - 70 s. ; 20,5 sm. - 100 экз.. -

Seçilmiş əsərləri

  1. 2004, Dərəcə budaq cümləsinə dair- «Mədəniyyət dünyası»-Bakı, s.259-263
  2. 2004, Mürəkkəb cümlədə komponentlərin semantik əlaqəsinin formalaşmasında bağlayıcı vasitələrin rolu- Pedaqoji Universitetin Xəbərləri, Bakı, №2, s.201-204
  3. 2006, «Kitabi-Dədə Qorqud»un dilindəki frazeologizmlərin müasir taleyi. BDU Xəbərləri (humanitar seriya) №2, s.58-63

Şəxsi həyatı

Ailəlidir: 2 övladı var.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Tofig M. Hajiyev is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Tofig M. Hajiyev
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes