peoplepill id: timuchin-afandiyev
TA
Russia Azerbaijan
6 views today
6 views this week
Timuchin Afandiyev

Timuchin Afandiyev

The basics

Quick Facts

Work field
Gender
Male
Place of birth
Baku, Russian Empire
Age
79 years
Family
The details (from wikipedia)

Biography

Timuçin İlyas oğlu Əfəndiyev (17 iyul 1945(1945-07-17), Bakı) — tənqidçi, ədəbiyyatşünas, 1987-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1999), professor (2002), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2000), Azərbaycan Respublikasının əməkdar elm xadimi (2013), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sabiq rektoru (1987–2014), Bakı Xoreoqrafiya Akademiyasının rektoru (2014-cü ildən).

Həyatı

Timuçin Əfəndiyev 1945-ci il iyulun 17-də Bakı şəhərində tanınmış alim və ictimai xadim, xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində anadan olmuşdur. 7 saylı orta məktəbi(1952-1963) bitirdikdən sonra o, 1963-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşdur. 1968-ci ildə universiteti bitirdikdən sonra Timuçin Əfəndiyev Respublika Gənclər Təşkilatında çalışmışdır. O, 1969-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasına qəbul olunmuş, 1972-ci ildə aspiranturanı bitirərək "Hüseyn Cavidin yaradıcılığı" mövzusunda dissertasiya müdafiə etmiş və elmlər namizədi adını almışdır. Elə həmin ildən Timuçin Əfəndiyev Azərbaycan Milli Elmlər Akademiyasında elmi katib vəzifəsində çalışmışdır.

Timuçin Əfəndiyev 1977–2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işləyib. O, burada əvvəlcə baş müəllim, sonra dosent vəzifəsi tutmuş, 1987-ci ildən isə professor elmi dərəcəsinə layiq görülmüşdür. 1978-ci ildən 1987-ci ilədək fakültə dekanı olmuşdur. 1987-2014-cü illərdə Timuçin Əfəndiyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru olmuşdur. O, 1999-cu ildə "Romantik dramaturgiyada tarixilik və bədiilik" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

İlk ədəbi-tənqidi məqalələri 1973-cü ildə "Ulduz" jurnalı səhifərində çap olunan Timuçin Əfəndiyev rektor vəzifəsində çalışdığı dövrdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti simpoziumlarda məruzəçi kimi iştirak etmişdir. O, Azərbaycanda və xaricdə nəşr olunmuş bir çox kitabın, monoqrafiya və elmi məqalələrin müəllifidir. Pedaqoji fəaliyyəti ilə yanaşı, ədəbi-elmi yaradıcılığını ardıcıl davam etdirir. Azərbaycan sovet ədəbiyyatının aktual nəzəri və ədəbi-tarixi problemləri ilə məşğul olur. "Tanıtım" jurnalı redaksiya heyətinin və Türkiyə "Vəqfi"nin üzvüdür (1991)

Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə 10 dekabr 2013-cü ildə "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. 26 dekabr 2014-cü ildə Bakı Xoreoqrafiya Akademiyasının rektoru vəzifəsinə təyin edilmişdir.

Mükafatları

  • Timuçin Əfəndiyev 2005-ci ildə 60 illik yubuleyi ilə əlaqədar "Şöhrət ordeni" ilə təltif olunmuşdur.
  • İngiltərənin Kembric Universitetinin Beynəlxalq Biblioqrafik mərkəzi professor Timuçin Əfəndiyevi "2005-ci il dünyanın aparıcı pedaqoqu" nominasiyasına layiq görmüşdür.
  • Akademik Yusif Məmmədəliyev adına mükafatın laureatıdır.
  • 1 sentyabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilmişdir.

Ailəsi

Evlidir. Bir qızı, bir oğlu var.

  • Yazıçı İlyas Əfəndiyevin oğludur.
  • Yazıçı Elçinin qardaşıdır.
  • Rəssam Yalçın Əfəndiyevin atasıdır.

Mənbə

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Timuchin Afandiyev is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Timuchin Afandiyev
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes