peoplepill id: tevadros-mirzabekyan
TM
Russia Azerbaijan
2 views today
2 views this week
Tevadros Mirzabekyan
Azerbaijani Bolshevik revolutionary

Tevadros Mirzabekyan

The basics

Quick Facts

Intro
Azerbaijani Bolshevik revolutionary
Gender
Male
Birth
Place of birth
Lüləsaz, Tartar District, Azerbaijan
Place of death
Baku, Baku Uyezd, Baku Governorate, Russian Empire
Age
53 years
The details (from wikipedia)

Biography

Tevadros Konstantinoviç Mirzəbekyan (rus. Тевадрос Константинович Мирзабекян) və ya Tevadoros Mirzəbekyants (erm. Թևադորոս Միրզաբեկյանց; 1885, Lüləsaz, Cavanşir qəzasıyanvar 1938, Bakı) — erməni əsilli Azərbaycan bolşevik inqilabçısı, dövlət xadimi. O, Azərbaycan SSR xalq maliyyə komissarı (1923–1924) və AK(b)P Xanlar rayon komitəsinin katibi (1933–1936) olmuşdur.

Həyatı

Tevadros Konstantinoviç Mirzəbekyan 1885-ci ildə Rusiya imperiyasına bağlı, indiki Azərbaycanın Tərtər rayonunda yerləşən Lüləsaz kəndində anadan olmuşdur. O, etnik olaraq erməni idi. İbtidai təhsil almışdır. Mirzəbekyan 1907-ci ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvü olmuşdur. 1917-ci il Fevral inqilabından sonra Əlibala Rəhimovun və Tevadros Mirzəbekyanın rəhbərliyi altındakı kəndlilər Cavanşir qəzasında inqilabi mübarizə aparmağa başlamışdılar. Odur ki, Mirzəbekyan Azərbaycanda sovet hakimiyyətinin qurulmasının fəal iştirakçılarından olmuşdur. 1923–1924-cü illərdə Azərbaycan SSR xalq maliyyə komissarı kimi xidmət göstərmişdir. 1928-ci ildə erməni milliyətçilərinə qarşı kampaniya nəticəsində Mirzəbekyan partiya üzvlüyündən çıxarılmışdır. O, rəsmi olaraq "cinayət işinin araşdırılması zamanı sənədləri məhv etməyə cəhddə" ittiham olunmuşdur. Partiya səlahiyyətliləri 1929-cu ildə ona tətbiq edilən cəzanı şiddətli töhmətlə əvəz etmiş, Mirzəbekyanın üzvlüyünü bərpa etmişdir. Mirzə Bala Məmmədzadənin yazılarına görə, Mirzəbekyan və AK(b)P Mərkəzi Komitəsinin üzvü Armenak Qaragözyan Qarabağda muxtar erməni vilayətinin təşkilində fəal iştirak etmişdir. Məmmədzadə əlavə etmişdir ki, Mirzəbekyan bununla kifayətlənməmiş, Gəncəni Ermənistan SSR-yə birləşdirməyi təklif etmişdi.

Mirzəbekyan 1933–1936-cı illərdə AK(b)P Xanlar rayon komitəsinin katibi olmuşdur. Mirzəbekyan və başqaları 7 dekabr 1937-ci ildə İosif Stalinin siyahısına uyğun hərəkət edən Mircəfər Bağırovun göstərişi ilə Azərbaycan SSR NKVD-si tərəfindən "sağların antisovet terror-təxribat təşkilatının üzvü" kimi yaşadığı Xanlar şəhərində həbs edilmişdir. O, 1938-ci ilin yanvarında Bakıda edam edilmişdir. Mirzəbekyan Bakıda dəfn edilmişdir. O, 23 mart 1955-ci ildə bəraət almışdır. 26 aprel 1956-cı ildə Mirzəbekyanın partiya üzvlüyü bərpa olunmuşdur.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Tevadros Mirzabekyan is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Tevadros Mirzabekyan
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes