peoplepill id: tavakkul-aliyev
TA
2 views today
2 views this week
The basics

Quick Facts

The details (from wikipedia)

Biography

Təvəkkül Rəsul oğlu Əliyev (d. 30 may 1955, Ağcabədi, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı arxeoloq-alim, tarixçi.Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, institut Elmi Şurasının üzvü və Çöl tədqiqatları sektorunun müdiri (2000-ci ildən). 2007-ci ildən Mil-Qarabağ arxeoloji ekspedisiyasının Qalatəpə dəstəsinə və 2009-cu ildən isə Azərbaycan–Almaniya beynəlxalq ekspedisiyasına rəhbərlik etmişdir.

Həyatı

Əliyev Təvəkkül Rəsul oğlu 1955-ci il may ayının 30-da Ağcabədi rayonunun Kəbirli kəndində anadan olmuşdur. 1972-ci ildə Kəbirli kənd M.Ə.Sabir adına kənd orta məktəbini, 1977-ci ildə Bakı Dövlət Universitetinin tarix fakultəsini bitirmişdir. 1978-ci ildə Azərbaycan EA Tarix institutu Arxeologiya və Etnoqrafiya sektorunun Çöl tədqiqatları şöbəsində baş laborant vəzifəsində işə başlamışdır. 1981-1985-ci illərdə həmin institutun aspiranturasında arxeologiya ixtisası üzrə təhsil almışdır. Prof. C.Xəlilovun rəhbərliyi ilə hazırladığı “Azərbaycan ərazisində siklopik tikililər” adlı dissertasiyasını 1988-ci ildə SSRİ EA Arxeologiya və Etnoqrafiya institutunun Leninqrad bölməsində müdafiə edib arxeologiya ixtisası üzrə tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 2000-ci ildən AMEA Arxeologiya və Ütnoqrafiya institutu Çöl tədqiqatları sektorunun (hazırda bölməsinin) rəhbəri vəzifəsində çalışır. İnstitutun Elmi Şurasının üzvüdür. 1992-2004-cü illərdəmüxtəlif ali və orta məktəblərdə dərs demişdir.

Ailəlidir, 2 övladı var.

Elmi fəaliyyəti

T. Əliyevin tədqiqatları Azərbaycan ərazisindəki erkən sinifli cəmiyyətlərin öyrənilməsinə yönəlmişdir. 1979-1981-ci illərdə Quba-Xaçmaz bölgəsində aparılan çöl tədqiqatlarında yaxından iştirak etmiş, “Şimal-şərqi Azərbaycanın arxeoloji abidələri” külliyatının hazırlanmasında xidməti olmuşdur. 1981-1985-ci illərdə Gəncə-Qazax arxeoloji ekspedisiyasının tərkibində Gədəbəy və Daşkəsən rayonlarındakı son tunc və erkən dəmir dövrünə aid qədim qalaları – siklopik tikililəri tədqiq etmişdir. Bu araşdırmalar zamanı əldə etdiyi nəticələri dissertasiya şəklində müdafiə edərək alimlik dərəcəsi almışdır. I Qarabağ müharibəsi dövründə Cəbrayıl, Zəngilan və Qubadlıda araşdırmalar aparmış, buradakı maddi mədəniyyət abidələri haqqında ilkin material toplayıb məqalələr yazmışdır. Onun elmi fəaliyyətində Mil-Qarabağ abidələrinin tədqiqi xüsusi yer tutur. Son illər Qarqarçayın sağ sahilində - Ağcabədi rayonu ərazisində yerləşən, antik və orta əsrlərə aid alban şəhər məskəni olanQalatəpədə və neolit-eneolit dövrü yaşayışməskəni Kamiltəpədə apardığı tədqiqatlarböyük maraq doğurmuşdur. 2007-ci ildən Mil-Qarabağ ekspedisiyası Qalatəpə dəstəsinə rəhbərlik edir. 2009-2015-ci illərdə Mil-Qarabağ düzündə tədqiqat aparmış Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyasının Azərbaycan tərəfindən rəhbəri olmuşdur. Dağlıq Qarabağda – Xocavənd rayonu ərazisindəki Nərgiztəpə arxeoloji abidələr kompleksində ilk tədqiqatların başlanması da onun adı ilə bağlıdır. 2013-cü ildə II Şuşa qrantı müsabiqəsinin qalıbı olan T.Əliyev layihə rəhbəri kimi 2014-2015-ci illərdə "Qarabağda Nərgiztəpə arxeoloji abidələr kompleksi" mövzusu üzrə tədqiqat aparmış və digər layihə iştirakçıları ilə (B.İbrahimli, G.Əliyeva) birlikdə həmin adda əsəri dərc edilmişdir (Bakı: Mütərcim, 2017).

T. Əliyevin Almaniya, İngiltərə, Rusiya, Cənubi Koreya Respublikası və Gürcüstanda keçırılən beynəlxalq konfranslarda elmi məruzələri dinlənilmiş, Berlin, Bonn, London, Tbilisi, Seul, Moskva və b. şəhərlərdə məqalələri, Berlində monoqrafiyası (müştərək) nəşr olunmuşdur.Elmi işlərlə yanaşı, T.R.Əliyev həm də pedaqoji fəliyyətlə məşğul olub interaktiv təlim üsullarının Azərbaycan məktəblərində yayılmasında, təhsillə bağlı bir sıra layihələrin həyata keçirilməsində, tarix proqramlarının, dərslik və dərs vəsaitlərinin hazırlanmasında yaxından iştirak etmişdir. O, bir müddət Azərbaycan Tarix Müəllimləri İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tarix fənni üzrə eksperti kimi fəaliyyət göstərmişdir.Onun təşəbbüsü və təşkilatçılığı ilə 2002-ci ildə Bakıda Avropa Tarix müəllimlərinin (EUROKLİO) beynəlxalq konfransı keçirilmişdir.

Elmi-pedaqoji fəaliyyəti dövründə tarix üzrə fəlsəfə doktoru T.R.Əliyevin 120-dən artıq elmi, elmi-publistik əsəri, dərslik və dərs vəsaitləri, o cümlədən 5 kitabı çapdan çıxmışdır. Hazırda, o, ibtidai icma və erkən sinifli cəmiyyətlər tarixi üzrə tədqiqatlarını davam etdirir.

Əsərlərinin siyahısı

1. Əmirəhməd və Qurd təpələri haqqında ilk məlumat. Azərb.SSR EA-nın Xəbərləri, tarix, fəlsəfə və hüquq seriyası. -1982,№ 4, s.82-87.

2. Rustəpə yaşayış yeri haqqında ilkin məlumat. Azərb.SSR EA-nın Məruzələri.-1984, № 6, s.85-88.

3. Azərbaycanın siklop tikililəri. Azərbaycanda arxeoloji və etnoqrafik tədqiqatlar (1979-cu il). –Bakı, Elm, 1984, s.26-29.

4. Quba və Dəvəçi rayonlarında arxeoloji tədqiqatlar. Azərbaycanda arxeoloji və etnoqrafik tədqiqatlar (1979). –Bakı, Elm, 1984, s.29-33 (C.Xəlilov,R.Arazova və b. ilə birlikdə).

5. “Kitabi Dədə-Qorqud”da təsvir olunan qalaların tarixi kökləri haqqında. Gənc ədəbiyyatçıların IV Respublika konfransının materialları. –Bakı, Elm,1984, s.66-67.

6. Qızılca qalasının arxeoloji tədqiqi. Azərb.SSR EA Tarix institutu və ADU-nun tarix fakultəsi gənc alimlərinin elmi konfransının materialları. –Bakı, Elm,1985, s.39.

7. Исследование курганов у с. Сеюдли и циклопических крепостей близ Кедабека. Археологические открытия 1983 года (AO). –Москва, «Наука», 1985, стр.487-488 (H.Kəsəmənli, M.Hüseynova ilə birgə).

8. Археологические исследования циклопических сооружений Азербайджана за 1983-1984 гг. Всесоюзная археологическая конференция «Достижения Советской археологии в XI пятилетке». Тезисы докладов. –Баку, 1985, стр.55-57.

9. Təpəgöz qalaları. “Elm və həyat” jurnalı, 1985, № 11, s.13-14.

10. Gədəbəy rayonunda yeni aşkar olunmuş siklop tikililəri. Azər.SSR EA-nın Məruzələri. -1986, № 6, s.77-80 (H.Kəsəmənli ilə birgə).

11. Azərbaycan siklop tikililərinin tikinti texnikası haqqında. Azərb.SSR EA aspirantlarının Respublika elmi konfransının (iyun 1985) materialları. –Bakı, Elm, 1986, s.66-67.

12. Gədəbəy rayonunda tədqiqatlar. Azərbaycanda arxeoloji və etnoqrafik tədqiqatlar (1980-1981-ci illər). –Bakı, Elm, 1986, s.80-85 (H.Kəsəmənli, M.Hüseynova ilə birgə).

13. Xantəpə yaşayış yerində kəşfiyyat işləri. Azərbaycanda arxeoloji və etnoqrafik tədqiqatlar (1985). –Bakı, Elm, 1986, s.73-74.

14. Mil düzünün qədim abidələri. “Elm və həyat” jurnalı, 1987, № 4, s.15-16.

15. Coğrafi mühit və Azərbaycan siklop tikililərinin yayılma arealına dair. Gənc alimlərin II Respublika konfransının materialları.II hissə. –Bakı, Elm,1987, s.268-273.

16. Циклопические сооружения на территории Азербайджана. Автореферат диссертации на соискание ученой степени кандидата исторических наук. –Ленинград, 1987, 22 стр.

17. Некрополь эпохи средней бронзы вблизи с. Сеидли Хачмасского района . Тезисы докладов конференции «Развитие археологической и этнографической науки в Азербайджане». –Баку, «Элм», 1988, стр.28-29.

18. Исследования слоя эпохи средней бронзы на поселении Бориспольтепе (Серкертепе). Тезисы докладов конференции «Развитие археологической и этнографической науки в Азербайджане». –Баку, «Элм», 1988, стр.29-30.

19. Azərbaycan siklop tikililərinin funksiyası. Azərb.SSR EA Tarix institutu gənc alimlərinin elmi konfransının (oktyabr 1987) materiallarının tezisləri. –Bakı, Elm, 1988, s.88.

20. Yardımlı rayonunda açılmış qədim küp qəbirləri. Azərb.SSR EA gənc alimlərinin elmi konfransının əsərləri. –Bakı, Elm, 1988, s.96 (T.Əzizovla birgə).

21. Xaçmazda bir abidə var. “Elm və həyat” jurnalı, 1988, № 7, s.20-22.

22. “Kitabi Dədə Qorqud”da təsvir olunan qalalarla bağlı səhifələr. “Elm və həyat” jurnalı, 1989, № 10, s.21-22.

23. Tariximizi yaşatmalıyıq –bu bizim vətəndaşlıq borcumuzdur. “Azərbaycan gəncləri” qəzeti, 21 yanvar 1989-cu il (0,5 ç.v.).

24. Şərqi Zaqafqaziyanın mədəni-tarixi inkişafında bir dönüş haqqında. Azərb.SSR EA Tarix institutu elmi konfransının materialları. –Bakı, Elm,1989, s.10-12.

25. Mifik obraz və maddi mədəniyyət abidələri. Folklor və mədəniyyət. Filoloqların IV Respublika konfransının materialları (dekabr 1989). –Bakı, Elm, 1990, s.34-36.

26. Sirik qalası. “Elm və həyat” jurnalı, 1991, № 5, s.8-9.

27. Torağaytəpə yaşayış yeri. 1990-cı ildə aparılmış çöl tədqiqatlarının yekunlarına aid konfransın materialları. BDU (24-25 aprel 1991). –Bakı, 1991, s.13.

28. Niftalı kurqanları. Azərbaycanda arxeologiya və etnoqrafiya elminin son nəticələrinə həsr olunmuş elmi konfransın materialları. –Bakı, Bilik, 1992, s.21-23.

29. Zəngilandan təsadüfi tapıntılar. Azərbaycanda arxeologiya və etnoqrafiya elminin son nəticələrinə həsr olunmuş elmi konfransın materialları. –Bakı, Bilik, 1992, s.92-94.

30. Cəbrayıl rayonunun tunc və ilk dəmir dövrü abidələri. “Azərbaycan tarixinin problemləri” məcmuəsi. –Bakı, 1992, s.9-13.

31. Yardımlının dağıdılmış abıdələri. “Aydınlıq” qəzeti, 17 iyul 1992-ci il (0,2 ç.v.).

32. Vənədli Məti (30-cu illərin qurbanları). “Ədalət” qəzeti, 4 avqust 1992-ci il (0,2 ç.v.).

33. Daşlı –kəsəkli istiqlal yolu. “Ordu” qəzeti, 3 sentyabr 1992-ci il (0,2 ç.v.).

34. Zəngilan miladdan əvvəl. “Novruz” qəzeti, 23 0ktyabr 1992-ci il (0,3 ç.v.).

35. Xəyanət tarixindən səhifələr. “Novruz” qəzeti, 23 oktyabr 1992-ci il (0,2 ç.v.).

36. Циклопические сооружения на территории Азербайджана. (Mонография. Под ред. Проф. Дж.А.Халилова). Баку, 1993, 9 п.л.

37. Günəş dənizdən doğur. Bakı, “İşıq”, 1993, 6 ç.v.

38. Şabran şəhər yerində arxeoloji kəşfiyyat işləri. Azərbaycanın maddi mədəniyyəti. XI cild. –Bakı, Elm, 1993, s.68-79 və 160-165 (C.Xəlilov, Q.Qoşqarlı və b.ilə birlikdə).

39. Gavurarxboyu arxeoloji abidələr. S.Qazıyevin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi konfaransın materialları. –Bakı, Elm, 1994, s.52-54.

40. Torpaq islahatları tarixindən. Qrakx qardaşlarının aqrar qanunu. “İstiqlal” qəzeti, 3 yanvar 1998-ci il (1 ç.v.).

41. Vətəndaş cəmiyyəti və demokratiyanın əsasları. Bakı, “Profile” tədqiqat mərkəzi, 1998, 3 ç.v. (E.Məhərrəmov, H.Həsənov, M.Bağırzadə ilə birlikdə).

42. Tarix. Abituriyentlər üçün testlər. Bakı, “Kür” , 1998,1999, 2000 (üç dəfə təkrar nəşr edilmişdir), 8 ç.v.

43. Tarix. Abituriyentlərə kömək üçün vəsait (rus dilində). Bakı, “Kür”, 2000, 8 ç.v.

44. Юго-Западный Азербайджан в эпоху бронзы и раннего железа. Международная научная конференция «Археология и Этнография Кавказа». Краткое содержание докладов. –Баку, 2000, стр.61-62.

45. Tur Heyerdal və Azərbaycan. “Azərbaycan arxeologiyası” jurnalı, 2002, № 1-2, s.145-148.

46. Erkən orta əsrlərdə türk cəmiyyəti. AMEA-nın mübir üzvü, prof. A.Axundovun 70 illiyinə həsr olunmuş elmi konfransın materialları. –Bakı, Elm, 2002, s.139-140.

47. Azərbaycanın ilk paleolitşünas alimi. 2000-2001-ci illərdə aparılmış apxeoloji və etnoqrafik tədqiqatların yekunlarına həsr olunmuş sessiya. Tezislər. Bakı,2002, s.123-127 (M.Mənsurovla birlikdə).

48. Orta əsrlər tarixi. 7-ci sinif . Dərslik. Bakı, “Yeni nəsil”, 2002-2003, 14 ç.v.(A.Allahverdiyevlə birlikdə).

49. Orta əsrlər tarixi. 7-ci sinif. İş dəftəri. Bakı, “Yeni nəsil”, 2003, 4 ç.v. (F.Babayev, A.Allahverdiyevlə birlikdə).

50. Azərbaycanın cənub – qərb bölgəsinin arxeoloji tədqiqinə dair. “Azərbaycan arxeologiyası və etnoqrafiyası” jurnalı, 2003, № 1, s.81-90.

51. Tunc və erkən dəmir dövründə Azərbaycanda demoqrafik sıçrayış (tarixi – arxeoloji təhlil). Arxeologiya və Etnoqrafiya institutunun 10 illiyinə həsr olunmuş elmi konfransın materialları. –Bakı, 2003, s.46-48.

52. V.Kərimov, V.Sturfiel “Kiş”( Bakı, 2003) kitabı haqqında.“Azərbaycan arxeologiyası və etnoqrafiyası” jurnalı, 2003, II c., s.322.

53. Orta məktəbdə ictimai fənlərin tədrisinə dair tövsiyələr. Bakı, “Araz” nəşriyyatı, 2003, 8 ç.v. (T.Dostiyev, İ.Cəbrayılov və b. ilə birlikdə).

54. Şimal–Şərqi Azərbaycanın son tunc və erkən dəmir dövrü abidələri. “Azərbaycan arxeologiyası və etnoqrafiyası” jurnalı, 2004, № 2, s.50-57.

55. Dəvəçi rayonunun erkən dəmir dövrü abidələri, 2003-2004 – cü illərdə aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunlarına həsr olunmuş elmi sessiyanın materialları. -Bakı, 2005, s.38-39.

56. Qarabağ – Azərbaycanın qədim sivilizasiya mərkəzi kimi. “Qarabağ– dünən ,bu gün və sabah” məcmuəsi. Bakı, 2005, s.178-183.

57. Azərbaycantarixifənni üzrə test tapşırıqları (Orta ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün dərs vəsaiti). TQDK. –Bakı, 2005, 2011,2012, 10 ç.v.(Y.Mahmudlu, N.Məmmədova və b.).

58. Sinifli cəmiyyətə keçid dövrünün monumental tikililəri və Azərbaycan tarixinin öyrənilməsində onların rolu. AMEA Şərqşünaslıq institutunun “Elmi araşdırmalar” jurnalı, 2006, № 1-4, s.348-352.

59. Ibtidai cəmiyyətin dağılması gedişində Azərbaycanda demoqrafik dəyişikliklər. “Azərbaycan arxeologiyası” jurnalı, 2006, № 1-4, s.54-62.

60. Qarabağın arxeoloji abidələri (Ən qədim dövrlərdən erkən Əhəməni dövrünə qədər) “Azərbaycan arxeologiyası və etnoqrafiyası”, 2006, № 1, s.58-66.

61. H.P. Kəsəmənli. “Azərbaycan arxeologiyası və etnoqrafiyası”, 2006, №1, s.292-293.

62. Qarabağın tarix və mədəniyyət abidələrinə qarşı terror. “Azərbaycan arxeologiyası” jurnalı, 2007, №3-4, s.105-114.

63. Бронзовые топоры -секиры из погребений каменных ящиков Калакента. Aрхеология, этнология и фольклористика Кавказа. –Тбилиси, 2007, стр.27-29.

64. Gədəbəy rayonundakı arxeoloji abidələrin dövrləşməsinə dair. 2006-2007-ci illərdə Azərbaycanda aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunları. –Bakı, 2007, s.48-51.

65. Mil – Qarabağ bölgəsində 2007-ci ildə aparılan arxeoloji kəşfiyyat işləri. 2006-2007-ci illərdə Azərbaycanda aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunları. –Bakı, 2007, s.43-46 (F.İ.Babayevlə).

66. Mil – Qarabağ bölgəsində Qafqaz Albaniyasının daha bir şəhəri aşkar olundu. “Azərbaycanda arxeoloji tədqiqatlar” (2008). –Bakı, 2008, s.78-83.

67. Завоевательные походы урартийцев и их воздействие на культурно-хозяйственную жизнь племен северо-восточных склонов Малого Кавказа. Кавказ. Археология и Этнология. Материалы международной научной конференции в Шамкире (сентябрь 2008). –Баку, 2009, стр.113-114.

68. Карабах – центр древней цивилизации Азербайджана. «Карабах – вчера, сегодня и завтра». Сб. статей. –Баку, 2009, стр.174-181.

69. Saxtakarlığa gerçəklikdən daha tutarlı cavab ola bilməz. “Elm” qəzeti, 29 iyun 2009,s.10.

70. Qalatəpə yaşayış məskənində Qafqaz Albaniyasının Enian şəhərinin izləri. “Azərbaycan arxeologiyası”, 2009, № 1, s.132-138.

71. Bərdə şəhərinin yaranması və “Bərdə” toponiminin etimologiyasına dair. Qarabağın tarixi, arxeologiyası, etnoqrafiyası və Bərdənin 3000 illiyi. Elmi-praktik konfransın materialları. –Bakı, 2009, s.38-40.

72. Расписная керамика энеолитического поселения Кямильтепе в Мильско-Гарабагской зоне. Археология, этнология, фольклористика Кавказа. –Тбилиси, 2010, стр.42-45.

73. Археологические раскопки в городище Галатепе. Археология, этнология, фольклористика Кавказа. –Тбилиси, 2010, стр.46-47 (F.Babayevlə).

74. Qalatəpə şəhər yeri və nekropolunda arxeoloji tədqiqatlar. Azərbaycanda arxeoloji tədqiqatlar (2009). –Bakı, 2010 s.187-192 (F.Babayev,V.Əliyev, T.Hüseynova ilə birlikdə).

75. Kamiltəpə yaşayış məskənində arxeoloji tədqiqatlar. Azərbaycanda arxeoloji tədqiqatlar (2009). –Bakı, 2010, s.281-286 (B.Helvinglə).

76. Ayniana - Yunan şəhəri haqqında (Yazılı mənbələr və son arxeoloji tədqiqatlar əsasında). “Azərbaycan arxeologiyası və etnoqrafiyası”, 2010, № I , s.113-127 (R.Məlikovla).

77. Об албанском городе Айниана –Йунан. Проблемы истории, филологии, культуры (ПИФК). –Москва-Магнитогорск, 2011, № 4, стр.309-321 (с Р.Меликовом).

78. Orta əsrlər tarixi. Dərs vəsaiti. Bakı, Altun kitab, 2011, 6 ç.v. (Ə.Qocayev, F.Babayev vəA.Allahverdiyevlə birlikdə).

79. Buraxılış imtahanlarının test bankı. XI sinif. I hissə, Azərbaycan tarixi bölməsi. Bakı, “Şərq-Qərb” nəşriyyat evi, 2010, 2011, 2012, s.135-180 (F.Babayevlə).

80. Qalatəpə şəhər yerində 2010-cu ildə aparılan tədqiqatlar haqqında. Azərbaycanda arxeoloji tədqiqatlar (2010). –Bakı, 2011, s.179-185 (F.İ.Babayev və T.T.Hüseynova ilə).

81. Azərbaycan-Almaniya arxeoloji ekspedisiyasının 2010-cu il çöl tədqiqatları haqqında. Azərbaycanda arxeoloji tədqiqatlar (2010). –Bakl, 2011, s.333-338 (B.Helvinglə).

82. Arxeoloji irsə daimi qayğı və onun qorunmasına yanaşma. Muzeylərin müasir durumu və inkişaf perspektivləri. Beynəlxalq elmi konfransın materialları. –Bakı, 2011, s.6-8 (S.Qasımova vəM.Yoşida ilə birlikdə). 83. Antik və orta əsr alban şəhəri: Ayniana – Enian – Yunan. “Elm” qəzeti, № 17-18 (1035-1036), 18 may 2012-ci il, s.8.

84. Об Албанском городе Айниана –Йунан (по материалам письменных источников и новейших археологических исследований). Труды Международной конференции «Место и роль Кавказской Албании в истории Азербайджана и Кавказа». –Баку, 2012, стр. 304-315 (с Р.С.Меликовом).

85. Qalatəpə şəhər yerində arxeoloji tədqiqatların ilkin nəticələri. Antik və orta əsr Azərbaycan şəhərləri: Arxeoloji irsi, tarixi və memarlığı. Beynəlxalq elmi konfransın materialları. –Bakı, 2012, s.135-155.

86. Исследования международной немецко-азербайджанской археологической экспедиции на поселение Кямильтепе. Раннеземледельческие культуры Кавказа. Сб.MMH конференции посвященной 60-летию открытия памятника Кюльтепе в Азербайджане. Баку, 2012, стр. 55-61 (с Барбара Хельвингом).

87. Qalatəpə şəhər məskənində yeni arxeoloji tədqiqatlar. Azərbaycanın qədim şəhər mədəniyyəti dünya urbanizasiya konteksində. Beynəlxalq konfransın tezisləri. 6-10 noyabr 2012, s.114-115.

88. Qalatəpədə aparılan arxeoloji tədqiqatlar haqqında. Azərbaycanda arxeoloji tədqiqatlar (2012). Bakı, 2013, s.202-207 (F.Babayev, T.Hüseynova və b. ilə birlikdə).

89. Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyasının çöl tədqiqatlarının hesabatı. Azərbaycanda arxeoloji tədqiqatlar (2012). Bakı, 2013. s.335-341 (B.Helving və A.Ricci ilə).

90. Qalatəpə antik və orta əsr şəhər məskənində tədqiqatlar. Azərbaycan Arxeologiya və Etnoqrafiya elmləri müstəqillik illərində. Beynəlxalq elmi konfransın materialları. Bakı, 10-14 noyabr 2013. s.159-160 (G.Hüseynova və V.Əliyevlə birlikdə).

91. Azərbaycanın şimalında neolitləşmə. Mil düzündə Azərbaycan–Almaniya birgə tədqiqatlarının ilkin nəticələri. Azərbaycan Arxeologiya və Etnoqrafiya elmləri müstəqillik illərində. Beynəlxalq elmi konfransın materialları. Bakı, 10-14 noyabr 2013 (İngilis dilində). s.40 (B.Helvinglə).

92. Secondary-school teaching of controversial subjects that require a special approach (based on the subject: culture of the Turkic nations). Activities for the Development and Consolidation ofDemokratik Stability (ADACS). Reports ofnationalseminars in 2000–Strasbourg, 2000 (06), p.12-16.

93. History textbook development project. Korea Institute of Curriculum and Evaluation (KICE) - Seoul, 2001, p.107-123 E.Kazımzadə

94. Garabagh as a center of ancient civilization of Azerbaijan. Azerbaijan and Azerbaijanis. Vol.103-104 No.1-2. –Baku-2009, p.157-162; Garabagh yesterday, today and tomorrow. Volume II. – Baku, 2009, p.203-209.

95. Kamiltepe in Der Milebene. Archäologische Untersuchungen 2009. Archäologische Mitteilungen Aus Iran Und Turan 41 (Berlin, 2009), p.23–45 (with B.Helwing).

96. Mounds and Settlements in the Lower Qarabakh - Mil Plain, Azerbaijan. InTells: Social and Environmental Space. Proceedings of the International Workshop “Socio-Environmental Dynamics over the Last 12,000 Years: The Creation of Landscapes II (14th-18th March 2011)” in Kiel. Universitätsforschungen Zur Prähistorischen Archäologie 207. Bonn, 2012, p.67–77. (with B.Helwing and A. Ricci).

97. The Neolithic on the Move: High Resolution Settlement Dynamics Investigations and Their Impact on Archaeological Landscape Studies in Southwest Azerbaijan. eTopoi. Journal for Ancient Studies 3 (26–6, 2012): 369-375. (with A. Ricci and B. Helwing) http://journal.topoi.org/index.php/etopoi/article/view/136.

98. Ancient Kura 2010-2011: The First Two Seasons of Joint Field Work in the Southern Caucasus.Archäologische MItteilungen Aus Iran Und Turan 44 (Berlin, 2012), p.1–189. (with L. Bertille, F. Guliev, B. Helwing, S. Hansen and G. Mirtskhulava).

99. Strabon “Ayniana”sının axtarışında //“Azərbaycan arxeologiyası” jurnalı, 2013, Cild 16, № 1, s. 77-87.

100.A landscape of survival:  Towards sustainable preservation of the archaeological heritage in the Mil Steppe, lower Karabakh region / In ICOM-CC 17th Triennial Conference Preprints, Melbourne,15–19 September 2014, art. 1518, 9 pp. Paris: International Council of Museums. (ISBN 978-92-9012-410-8). 2014 (with M.Yoshida, B. Helwing and A. Ricci).

101.Sərsəng SOS: təhlükə altında qalan tarixi və mədəniyyət abidələri. Bakı: “Mütərcim”, 2014 (Azərbaycan, ingilis və rus dillərində ayrı-ayrı 3 kitabça), 7,25 ç.v.(M.Zülfüqarlı, M.Əsədova ilə).

102.Nərgiztəpədə ilkin arxeoloji tədqiqatlar // “Azərbaycan arxeologiyası” jurnalı, 2015, Cild 18, № 1, s. 67-75 (B.İbrahimli, G.Hüseynova ilə).

103.Nərgiztəpədə türk-avşar qəbristanlığı // “Azərbaycan arxeologiyası və Etnoqrafiyası” jurnalı, 2015, № 1, s.117-124 (B.İbrahimli, G.Hüseynova ilə).

104.Lowe Qarabagh: A melting pot of Neolithic cultures / Qarabağın arxeoloji irsi. Beynəlxalq elmi konfransın materialları. Bakı-2016, s. 29-31 (with B.Helwing).

105.Nərgiztəpədə ilkin arxeoloji tədqiqatların nəticələri /Qarabağın arxeoloji irsi. Beynəlxalq elmi konfransın materialları. Bakı-2016 (ingilis dilində), s. 51-52.

106.Naxçıvan diyarının qədim əhalisinin təhlükəsizliyində qalaların rolu // Naxçıvan. İctimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnal. Təsisçi: Naxçıvan Muxtar Respublikasının Ali Məclisi. № 35 – 2016, s. 102-115.

107. The Mil steppe Painted ware / Проблемы археологии Кавказа и Передней Азии. Неолит – поздняя бронза. Баку, 2017, c. 59-81 (with B.Helwing).

108.Nərgiztəpənin antik dövr təbəqəsində tədqiqatlar /Beynəlxalq elmi seminar – Qəbələ arxeologiyası. Bakı-2017(Azərbaycan və ingilis dillərində), s. 204-209.

109.Qarabağda Nərgiztəpə arxeoloji abidələr kompleksi. Bakı: “Mütərcim”, 2017. (Azərbaycan və ingilis dillərində), 6 ç.v. (B.İbrahimli, G.Əliyeva ilə).

110.The Kura Projects. New rezerarch on the later Prehistory of the Southern Kaukasus. AMIT, Band 16, Berlin, 2017, 28 ç.v. (451 p.). (B.Helving, L.Bertil, F.Quliyev və b.ilə).

111.Azərbaycan tarixi. 10-cu sinif. Dərslik. Bakı: Şərq-Qərb nəşriyyatı, 2017, 13 ç.v. (P.Ağalarzadə, N.Quliyev və b.)

112.Ümumi tarix. 10-cu sinif. Dərslik. Bakı: Şərq-Qərb nəşriyyatı, 2017, 13 ç.v. (P.Ağalarzadə, N.Quliyev və b. ilə).

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Tavakkul Aliyev is in following lists

By work and/or country

comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Tavakkul Aliyev
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes