Taleh Yuzbayov
Quick Facts
Biography
Taleh Zeynəddin oğlu Yüzbəyov (d. 6 dekabr 1986, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan aktyoru və video bloqqeri.
Həyatı
1986-cı il 6 dekabr tarixindəBakı şəhərində anadan olub.
1994-ci ildə Binəqədi rayon 143 saylı orta məktəbində 1-ci sinifə gedib. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyoru ixtisasını bitirib. 2008-ci ildə universitetin 3-cü kursundan Azərbaycan Dövlət Pantomima Teatrında çalışmağa başlamış, "Dulusçu", "Çərçivə", "Pantomim buketi", "Tıq-Tıq xanım" və s. tamaşarda rol almışdır.
2009-cu ildə ali məktəbi bitirib, hərbi xidmətə yola düşmüş, Qazax rayonu N saylı hərbi hissəsində xidmət etmişdir. Hərbidən sonra 2010-cu ildə teatrda işləməyə davam etmiş, 2011-ci ildən isə "Azerfon" şikətində işə başlamışdır. 2017-ci ildə "YÜZ production" şirkətini qurmuş, bir çox yerli və qlobal şirkətlərə reklamlar çəkmişdir.
2015-ci ildən kino karyerasına başlayıb. "Oğlan evi: Azərbaycansayağı qarət (film, 2015)", "21 sual (film, 2017)", "Qız qaçırtma (film, 2017)", Qızqaçırtma filmi və s. filmlərində rol alıb.
2016-cı ildən videoblogger kimi fəaliyyət göstərir. Facebook, Youtube, Instagram sosial şəbəkələrində paylaşdığı videoları ilə məşhurlaşıb.
Şəxsi həyatı
Evlidir, iki uşağı var.
Çəkdiyi bir sıra qısa filmlər (Youtube)
- Zəhər tuluğu (4 bölümlük serial)
- Ortastatistik Rasim (8 bölümlük serial)
- Evli kişinin dramı
- Əbədi atəşkəs
- Bizim serial
- Təsadüf
- Adam kişi olar?
- Azərbaycan kinosu
- Made in Chine
- Nigah
Filmoqrafiyası
İl | Film | Janr | Obraz |
---|---|---|---|
2015 | Oğlan evi: Azərbaycansayağı qarət (film, 2015) | Komediya | İsmayıl |
2016 | 21 sual (film, 2016) | Komediya | Eldar |
2017 | Qız qaçırtma (film, 2017) | Komediya | Gündüz |
2017 | Tayson | Komediya | Həkim |
2017 | Kəklikotu (film, 2017) | Komediya | Epizodik |
2018 | Son nəfəsədək | Dram | Səməd |
2018 | Fəlakət | Komediya | Bomj |
2018 | Oxşarabad | Komediya | Əziz |
2019 | Beşinci fəsil | Dram | |
2019 | Ağacdələn | Dram | Həkim |
2019 | Qış nağılı | Komediya | Elşən |
2019 | Daxildəki ada | Dram | Polis |
2019 | Oxşarabad 2: Korifeylər | Komediya | Əziz |