peoplepill id: shakhriyar-jafarov
SJ
Azerbaijan
7 views today
7 views this week
Shakhriyar Jafarov
Azerbaijani ballet dancer

Shakhriyar Jafarov

The basics

Quick Facts

Intro
Azerbaijani ballet dancer
Work field
Gender
Male
Birth
Place of birth
Baku, Baku Uyezd, Baku Governorate, Russian Empire
Age
38 years
Education
Baku Choreography Academy
Baku, Baku Uyezd, Azerbaijan
Employers
Republican Arts Gymnasium
Baku, Baku Uyezd, Azerbaijan
The details (from wikipedia)

Biography

Şəhriyar Cəfərov (1986, Bakı) — baletmeyster-xoreoqraf, balet artisti, rəqqas, "Rəqs sultanları" qrupunun bədii rəhbəri.

Həyatı

Şəhriyar Aydın oğlu Cəfərov 1976-cı ildə Bakı şəhərində anadan olub.

1984-1986-cı illərdə Moskva şəhərində məşhur çeçen rəqqası,SSRİ-nin balet artisti, xoreoqraf,SSRİ Xalq Artisti Mahmud Esambayevin rəqs məktəbində təhsil alıb və Mahmud Esambayevin Azərbaycanda yeganə tələbəsi olmuşdur.1986-1994-cü illərdə Bakı Xoreoqrafiya məktəbində balet artisti ixtisası üzrə təhsil almışdır. Oranı bitirdikdən sonra 1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Dram teatrı və kino aktyoru" ixtisası üzrə təhsil almışdır. Daha sonra 2003-2007-ci illərdə isə ikinci təhsil olaraq xoreoqraf-baletmeyster ixtisası üzrə təhsil almışdır. İstanbuldan qayıtdıqdan sonra 2003-2010 A.N.Ələkbərov adına Respublika İncəsənət Gimnaziyasında klassik rəqs fənni üzrə dərs deyib. Daha sonra bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.2013-cü ildən 2019-cu ilə kimiMüdafiə Nazirliyinin H.Aslanov adına Mərkəzi Zabitlər Evində məşqçi xoreoqraf-pedaqoq kimi çalışmışdır. 2020-ci ildən etibarən İstanbulda yaşayır və Memar Sinan İncəsənət Universitetində müəllim vəzifəsində çalışır.

1993-cü ildən 1999-cu ilə kimi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində balet solisti kimi çalışmışdır.İşlədiyi illər ərzində aşağdakı balet və opera tamaşalarında ifa etmişdir.

  • .Pero və Çin kuklası-P.Çaykovski ("Şelkunçik" balet)
  • .Təlxək-P.Çaykovski("Qu gölü" baleti.)
  • . Mənfi qüvvəli təlxək- Çaykovski ("Romeo və Cülyetta" baleti)
  • Sehirbaz Droselmeyr- P. Çaykovski ("Şelkuncik" baleti.)
  • Baş quldur-F.Əmirov ("Min bir gecə" baleti
  • Qaraçı rəqsi solo-L.Minkus ("Don kixot" baleti)
  • Özbək rəqsi solo,şələqov rəqsi solo-Ə.Bədəlbəyli ("Qız qalası" baleti)
  • Varlı Leonardo-R.Driqo ("Arlekinado" baleti)
  • Solo balero-J.Bize,R.Şidren ("Karmen suita" baleti)
  • Solo balero-(J.Bize "Karmen" opera)
  • Toy rəqs solo-M.Maqomayev ("Şah İsmayıl" opera)

Bir müddət Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet məşqçi-pedaqoq vəzifəsində çalışıb.Çalışdığı illərdə F.Liqar "Şən dul qadın"(1999), M.Fətəli Axundzadənin "Kimyagər"(2012) musiqili komediyalarında xoreoqraf-baletmeyster kimi çalışmışdır.

2000-2003-cü illərdinə Türkiyə Cumhuriyyəti İstanbul Dövlət Opera və Balet Teatrında balet solisti çalışmışdır.

  • Baş zabit-( "Çanaqqala" baleti)
  • Təlxək--(A.Məlikov "Məhəbbət əfsanəsi" baleti)
  • Pa-de-trua-( P.Çaykovski "Fındıqqıran")
  • Sarayın baş rəqqası-( "Hürrəm sultan" baleti)
  • Qartal-("Salome" baleti)


Şəhriyar Cəfərov 2001-ci ildə Azərbaycanda ilk dəfə "Uzundərə " xalq rəqsinə duet rəqsi olaraq quruluş vermiş və İstanbulda Show tv-də yayımlanan "Hülya show" proqramında Ebru Önal ilə birlikdə ifa etmişdir. 2003-cü ildə Qırğızıstanda keçirilən – ''Issık göl-2003'' beynəlxalq müsabiqəsində birincilik qazanmışdır. 2009-cu ildə Türkiyənin Antalya şəhərində keçirilən2-ci beynəlxalq Antalya rəqs müsabiqəsində "müasir rəqs" kateqoriyası üzrə qalib adını qazanmışdır.

Quruluş verdiyi xoreoqrafik kompozisiyalar və rəqslər

    • "İspan" rəqsi (1998)
    • "Rubikon - F.Sinatra mahnısına (1998)
    • "Uzundərə" – xalq rəqsi (2001)
    • "İlan" rəqsi (solo) (2001)
    • "Arşın mal alan" - Ü.Hacıbəyli (2004)
    • "Sertaki" yunan rəqsi (2005)
    • "İki qərənfil" (bir pərdəli balet tamaşası) - 20 yanvar şəhidləri İlham və Fərizəyə ithaf (2006)
    • "Min bir gecə" - xoreoqrafik kompozisiya (Fikrət Əmirov) (2006)
    • "Şərq aləmi" - xoreoqrafik kompozisiya (2008)
    • Libertanqo (2009)
    • "Şələ qoy" solo rəqsi (2009)
    • "Kütləvi" vals və "Duet fransız vals” (2009)
    • "Gedirsən get "- Ələkbər Tağıyevin musiqi əsasında (2010)
    • "Şələ qoy" kütləvi rəqsi (2012)
    • Sarı Gəlin (xalq mahnısı) solo rəqsi (2012)
    • "Görüş" duet rəqsi (2012)
    • "Mirzəyi-Vağzalı" xalq rəqsi (2013)
    • 20 yanvar şəhidlər xoreoqrafik kompozisiya (2015)
    • "Qazağı" kütləvi rəqsi (2015)
    • "Odlar yurdu" – (Elşad ritm qrupu) (2015)
    • "Türk" rəqsi (2015)
    • "Şən rəqs" – Vasif Adıgözəlovun musiqisi əsasında (2016)
    • "İnnabı" – xalq rəqsi (2016)
    • Xocalı - xoreoqrafik kompozisiya (2016)
    • "Külək "- Ələkbər Tağıyevin musiqi əsasında (2016)
    • "Kalinka" rus rəqsi (2016)
    • "Yeni Bakı" - xoreoqrafik kompozisiya (Rövşən ritm qrupu) (2017)
    • "Odlar Yurdu" - Eldar Mansurovun musiqi əsasında (2017)
    • "Azərbaycan qızıyam "- Ələkbər Tağıyevin musiqi əsasında (2020)
    • "Küçələrə su səpmişəm" qızlar rəqsi (2021)
    • "Sarı Gəlin" qızlar rəqsi (2021)
    • "Novruz" rəqsi (musiqi Məmmədbağır Bağırzadə) (2021)
    • "Ayrılıq" (musiqi Əli Səlimi) (2021)
    • "Çırpınırdı Qara Dəniz" (Ü.Hacıbəyli) (2021)
    • "Leyli və Məcnun duet rəqsi (musiqi Taner Demiralp) (2021)
    • "Xarıbülbül" rəqsi (2021)
    • "Xarıbülbül" suitası (musiqi Emin Sabitoğlu) (2021)
    • Tarantella qızlar rəqsi (2022)
    • Karmen qızlar rəqsi (2023)

Mənbə

Video

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Shakhriyar Jafarov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Shakhriyar Jafarov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes