peoplepill id: sg-mussajev
SM
Georgia
2 views today
2 views this week
Səlim Musayev
Botanist

Səlim Musayev

The basics

Quick Facts

Intro
Botanist
A.K.A.
Mussajev
Places
Work field
Gender
Male
Birth
Place of birth
Georgia
Age
73 years
The details (from wikipedia)

Biography

Səlim Musayev — Azərbaycanda biologiya sahəsində tanınmış aqrostoloq, Milli Elmlər Akademiyasının müxbir üzvi, Botanika

İnstitutunun laboratoriya müdiri, biologiya elmlərdoktoru

Həyatı

Səlim Hüseynpaşa oğlu Musayev 1937-ci ildə may ayının 29-da Gürcüstan Respublikasının Başkeçid (indiki Dmanisi) rayonunun Yuxarı Oruzman kəndində anadan olmuşdur.

1951-ci ildə Yuxarı Oruzman kənd 8-illik məktəbini, 1954-cü ildə isə Hamamlı kənd 11-illik məktəbini bitirmişdir. Üç il təsərrüfatda işlədikdən sonra 1957-1960-cı illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir.

1961-ci ildə Həsənbəy Zərdabi adına Gəncə Dölət Pedaqoji İnstitutunun biologiya fakültəsinə daxil olmuş, burada institutun ictimai həyatında yaxından iştirak edərək Ali bitkilərin sistematikası sahəsinə xüsusi maraq göstərmiş, institutun tələbə elmi cəmiyyətinin fəal üzvlərindən biri olmuşdur. 1966-cı ildə həmin institutun biologiyaa fakültəsini biologiya və kəndtəsərrüfatının əsasları ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

Elmi-pedoqoji fəaliyyətləri

1966-cı ilin avqust ayından 1967-ci ilin noyabr ayının 17-nə kimi Azərbaycan Respublikasının Balakən rayonunun Meşəşambul kənd 8-illik məktəbində kimya-biologiya müəllimi işləmişdir.

Ali bitkilərə, xüsusən onların sistematikasına olan marağı S.Musayevi Azərbaycan Elmlər Akademiyasının V.L.Komarov adına Botanika İnstitutunun aspiranturasına gətirib çıxarmışdır. O, çox böyük həvəs və inadkarlıqla bitki sistematikasının sirlərini öyrənməyə başlamış, bu sahədə geniş elmi-tədqiqat işləri aparmışdır. O, 1967-ci ildə biologiya elmləri doktoru Y.M.İsayevin rəhbərliyi ilə “Vələmir cinsinin Qafqaz növləri” mövzusunda vaxtından 6 ay əvvəl namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.

S.Musayevin apardığı tədqiqatlar nəticəsində Qafqaz flaorasının Avena L. Cinsinin növ tərkibi müəyyənləşdirilmiş, keçmiş İttifaq məkanı üçün 3 növ və 8 növmüxtəlifliyi, Qafqaz florası üçün bir növ və Azərbaycan florası üçün 5 növ ilk dəfə olaraq göstərilmişdir. Bununla yanaşı Qafqaz vələmirlərinin əmələ gəlməsi və formalaşmasına dair bir sıra elmi dəyərlər irəli sürmüşdür. Bunlardan biri Vələmir cinsinin filogenetik ağacının verilməsi, iri toxumların (dənlərin) şərqdə, xırda toxumlu növlərin isə qərbdə rast gəlməsi elmi dəlillərlə əsaslandırılmış və bitkilərin şərqdən qərbə miqrasıyası açıqlanmışdır.

1971-ci ildən başlayaraq S.Musayev “Azərbaycan taxılları” mövzusunda doktorluq dissertasiyası üzərində ciddi elmi axtarışlar aparmağa başlamışdır.

Uzun illər ərzində apardığı çöl və kameral tədqiqatların nəticələrinə dair 1990-ci ildə Ukrayna Respublikasının Kiyev Botanika İnstitutunda S.H.Musayev biologiya elmlər doktoru alimlik dərəcəsini almaq üçün “Azərbaycan taxılları” mövzusunda müvəffəqiyyətlə dissertasiya müdafiə etmişdir.

S.H.Musayev bir çox illər ərzində apardığı araşdırmalar nəticəsində elm üçün 10 növ təsvir etmişdir ki, bu da dünya botanikləri tərəfindən yüksək qiymətləndirilmiş, qəbul edilmiş və Beynəlxalq Nomenklatur Botanika Kodeksinə daxil edilmişdir. O, elm üçün təsvir edilmiş növlərdən başqa Avrasiya florası üçün 12 növ, Qafqaz florası üçün 7 növ və qeyd edilənlərdən başqa Azərbaycan florası üçün 10 cinsə aid 150 növü ilk dəfə olaraq qeyd etmişdir. Bununla yanaşı, S.H.Musayev respublikanın iri botaniki-coğrafi rayonları üçün də xeyli sayda növlərin ilk dəfə yayılmalarını qeyd etmişdir. S.H.Musayev apardığı tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Azərbaycan florasında Qırtıckimilər (Taxıllar) fəsiləsinin 120 cinsinə aid 454 növü yayılmışdır. Bu da “Azərbaycan florası” (1950) əsərinin birinci cildindən 24 cins və 150 növ çoxdur.

S.H.Musayev hələ 1970-1985-ci illərdə Naxçıvan MR və Azərbaycanın digər bölgələrinə təşkil edilmiş ekspedisiyalara rəhbərlik etmiş, Mərkəzi Herbarium fondunu yeni herbari nüsxələri ilə zənginləşdirmişdir.

S.H.Musayev Ali bitkilərin sistematikası, xüsusən aqrostologiya sahəsində MDB-də çalışan 5 nəfər mütəxəssisdən biri idi. Gərgin əməyi, elmi axtarışları 140-dan çox elmi məqalədə və 5 monoqrafiyada öz əksini tapmışdır. Onlardan “Azərbaycan taxılları” (1991), “Azərbaycan taxıllarının təyinedici” (1980), “Azərbaycanın paxlalı bitkiləri”  (1996), Bromeac dum. tribinin Naxçıva növlərininsistematikası və bioekoloji xüsusiyyətləri” (2000) və başqalarını qeyd etmək olar.

S.H.Musayevin elmi tədqiqatları arasında faydalı, nəsli kəsilməkdə olan bitkilərin öyrənilməsində də xidməti böyükdür. Bu baxımdan 1989-cu ildə nəşr edilmiş, kollektiv müəlliflər tərəfindən tərtib edilmiş “Azərbaycanın Qırmızı Kitabı”nda respublikamızın ərazisində rast gələn nadir, relilkt, endemik, təsərrüfat baxımından çoxyaşlı 140 bitki növləri haqqında, onların yayılması, mühafizəsinə dair əməli tədbirlər sisteminin hazırlanmasında yaxından iştirak etmişdir.

Akademik V.Hacıyevlə birlikdə biologiya elmləri doktoru S.H.Musayev 1996-cı ildə nəşr olunmuş, "Azərbaycanın "Qırmızı” və “Yaşıl kitabları"na tövsiyə olunan bitki və bitki formasiyaları" adlı əsərdə Azərbaycan ərazisində rast gəlinən 4500-ə qədər ali sporlu, çılpaqtoxumlu və çiçəkli bitkilərdən 416 növ bitkinin arealları, qısalan, nadir, endemik və s. bitkilər haqqında, eyni zamanda otlaq və biçənəklərdə sıradan çıxmış və məhv olmaya məruz qalmış bir neçə bitki formasiyaları haqqında da məlumat verilir.

1978-1987-ci illərdə Səlim Musayev Azərbaycan EA-nın Botanika İnstitutunun Həmkarlar Təşkilatının sədri və institutun partiya bürosunun katibi işləmiş, Botanika İnstitutunun və 1986-cı ildən Azərbaycan Respublikası Ekologiya Dövlət və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin (hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi) elmi şuralarının üzvülərindən biri, Botanika İnstitutunun Mərkəzi Herbarium laboratoriyasının müdiri olmuşdur. AMEA-nın “Xəbərlər” (Biologiya elmləri seriyası) jurnalının redaksiya heyətinin üzvü kimi ictimai vəzifəni layiqincə yerinə yetirmişdir. Onun rəhbərliyi altında 4 nəfər elmlər namizədi hazırlanmış və 8 nəfər dissertantın elmi işinin rəhbəri olmuşdur. Bunlardan 6 nəfəri müdafiə etmiş və Respublika yanında AAK-ın qərarı ilə elmlər namizədi alimlik dərəcəsi adı verilmişdir. 

Mükafatlar

Səlim Musayev AMEA-nın Botanika İnstitutunun 50 illiyi ilə əlaqədar gənclərin kommunist tərbiyyəsində roluna görə Azərbaycan LKGİ MK, Böyük Oktyabr Sosialist inqilabının 60 illiyi ilə əlaqədar H.Zərdabi adına GDU-nin rektorluğunun və Böyük Oktyabr Sosialist inqilabının 70 illiyi ilə əlaqədar Sovet İKP MK-nin, SSRİ Nazirlər Sovetinin, ÜİLKGİ MŞ-nın və ÜİHİMŞ-nın “Fəxri fərmanları” ilə təltif edilmişdir.  

S.Musayev 2010-cu il aprelin 7-də vəfat edib.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Səlim Musayev is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Səlim Musayev
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes