peoplepill id: sardar-asad
SA
Azerbaijan
3 views today
3 views this week
Sardar Asad
Azerbaijani poet

Sardar Asad

The basics

Quick Facts

Intro
Azerbaijani poet
was
Work field
Gender
Male
Place of birth
Jabrayil District, Azerbaijan
Place of death
Baku, Baku Uyezd, Baku Governorate, Russian Empire
Age
45 years
The details (from wikipedia)

Biography

Sərdar Əsəd (tam adı: Sərdar Heydər oğlu Əsədov) — Azərbaycan şairi.

Həyatı

Sərdar Əsəd 1929-cu il avqustun 29-da Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Atası Heydər kişi savadsız bir kəndli, anası Həsyə xanım təhsil görməmiş kənd qadınlarından idi.

1955-ci ildə - APİ-nin filologiya fakültəsini bitirmişdi. 1955-ci ildə institutun ali məktəblərarası ştanq yarışlarında Sərdar Əsəd birinci yeri tutmuşdur.

Sərdar Əsəd “Ədəbiyyat və incəsənət” qəzetində (indiki “Ədəbiyyat” qəzeti) düz beş il - 1958-1963-cü illərdə işləmişdir.

30 iyun 1975-ci ildə vəfat etmişdir..

Yaradıcılığı

İstedadlı şair Sərdar Əsəd də hələ gənclik illərini başa çatdırmamış ömrünü başa çatdırsa da, kifayət qədər bədii irs qoyub gedib. Sərdar ədəbiyyata 50-ci illərdə gələn Əli Kərim, Qulu Xəlilov, Əlfi Qasımov, Tofiq Mütəllibov, Fikrət Sadıq nəslinin nümayəndələrindən idi.

Sərdar Əsəd 40 yaşının tamamında yazdığı "Ömür keçdi yarıdan" şeirində mənalı həyat yolunun çətinliklərini qeyd etmişdir.

Yaradıcılığının lap erkən çağında - 1954-cü ildə qələmə aldığı "Şairin arzusu" şeirini onun poeziya yolunun proqram sənədi saymaq olar.

Yer ulduzu" (1974) kitabından aydın olur ki, mərkəzi mətbuatda hələ APİ-nin filologiya fakültəsinin birinci kurs tələbəsi olduğu dövrdən - 1952-ci ildən çap olunmağa başlayıb. "Gənclik illəri" adlı ilk şeir kitabını 1957-ci ildə nəşr etdirə bilmişdi. Bu kitabda və bundan üç il sonra çap etdirdiyi "Səni axtarıram" kitabında hər bir şeirin yazılma tarixi var. 1960-cı ildə nəşr olunan "Səni axtarıram" kitabında son şeirləri 1957-ci ilə aiddir. Bu, o dövrdə nəşr işinin nə qədər çətin olduğunu, bir kitabın çapı üçün ən azı üç il gözləmək lazım gəldiyini göstərən bir faktdır. 50-ci illərə aid bir sıra şeirlərinin "Yanan memar" (1963), "Cərrah ürəyi" (1965), "Simlərin tufanı" (1971) kitablarına daxil edilməsi göstərir ki, ilk kitabları yazdıqlarını əhatə etməmiş, seçmə şeirlərdən ibarət olmuşdu. Sağlığında bunlarla yanaşı, "Gözəl", "Meşədə qonaqlıq" və başqa şeir, həmçinin Bartodan, Rodaridən tərcümə kitablarını da çap etdirə bilmişdi. Kitabları İ.Soltan, N.Həsənzadə, M.Araz, E.Borçalı, Ə.Salahzadə və başqalarının redaktorluğu ilə çap olunmuşdu.

1977-ci ildə - vəfatından iki il sonra şeir və poemalardan ibarət "Dağları aşdı sellər" kitabı nəşr olunub.

Kitabları

  • "Gənclik illəri" 1957
  • "Səni axtarıram"1960
  • "Yanan memar" (1963),
  • "Cərrah ürəyi" (1965),
  • "Simlərin tufanı" (1971)
  • "Yer ulduzu" (1974)
  • "Dağları aşdı sellər"
  • "Gözəl",
  • "Meşədə qonaqlıq"

Ədəbiyyat

  1. Vaqif Yusifli. “Sərdar Əsəd- Sevgidən intihara”, “Ulduz” jurnalı-2012(3)
  2. Savalan Fərəcov. “Şair ürəyinin çırpıntıları”, “Mədəniyyət” qəzeti, 02.07.2010
  3. Qəzənfər Kazımov. “Sərdar Əsəd kifayət qədər bədii irs qoyub gedib”, “Xalq cəbhəsi” qəzeti, 18 iyun 2011-ci il
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Sardar Asad is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Sardar Asad
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes