Samira Bayramova
Quick Facts
Biography
Bayramova Samirə Teymurxan qızı(4 oktyabr 1988, Marneuli) —ictimai xadim, fəal, jurnalist, hüquq müdafiəçisi və sosioloq.
Sovet İttifaqının dağılması və Gürcüstan vətəndaş müharibəsi başlaması ölkədə insanların sosial vəziyyətinə mənfi təsir göstərmiş, insanların rifahi sürətlə pisləşməsi nəticəsində yüz minlərlə insan ölkəni tərk etmişdir.Etnik azərbaycanlıların kompakt şəkildə yaşadıqları azərbaycanlıların Borçalı, gürcülərin Kvemo-Kartli adlandırdıqları regionda da vəziyyət fərqli olmadı. Gürcüstan müstəqillik qazandıqdan sonraki illər ərzində regionda yaşayan altı yüz min azərbaycanlıdan təxminən üç yüz əlli mindən çoxu ölkəni tərk etdi. Ölkəni tərk edənlər əsasən ziyalılar, ixtisaslı kadrlar və s. olduğu üçün sonrakı illərdə Kvemo-Kartlidəki vəziyyət daha da qəlizləşdi. Müstəqilliyin ilk illərində hakimiyyətdə milliyətçilərin olması, gürcü dilinin çətinliyi, üstəlik Azərbaycan iqtisadiyatının sürətli inkişafıvə azərbaycan dilinin linqva franka olması gürcüstan azərbaycanlılarının gürcü cəmiyyətinə inteqrasiyası qarşısında əsas maneə olmuşdu. Bütün bu hadisələr fonunda islamın radikal cərayanları və panmilliyətçilik cəmiyyət arasında ayaq açmağa başlamışdır. Böyük Azərbaycan tarixçisi Ziya Bünyadovun dilə gətirdiyi panmilliyətçilyin azərbaycanlılara vura biləcəyi zərərlər artıq gerçəkliyə çevrilirdi. Bir qrup insan özünü azərbaycanlı deyil qarapapaq türkü olaraq təqdim edir. Mixeil Saakaşvili hakimiyyətə gəlişi ilə təkcə Gürcüstan deyil, bütün Cənubi Qafqaz demokratiya ilə daha dərindən tanış oldu və gürcüstan azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyası sürətləndi. Bu demokratikləşmə prosesi nəticəsində Kvemo Kartlidəki bir qrup tərəqqipərvər gənc ictimai sektora atıldı. Tezliklə bu gənclər içərisində Samirə Bayramova öz biliyi, zəkası, cəsarət və xarakteri ilə insanların diqqətini cəlb etməyə başladı.
Həyatı
Bayramova Samirə Teymurxan qızı 4 oktyabr 1988 ci il Gürcüstan Sovet Sosialist Respublikasının Marneuli rayonun Görarxı sovetliyinin Alget kəndində kəndli ailəsində anadan olub. Uşaqlıq illəri Sovet İttifaqının dağıldığı dövrə təsadüf etdiyindən regionda baş verən geosiyasi hadisələr digər insanların olduğu kimi onun da həyatında dərin izlər qoyub.
Təhsili
Orta təhsilini 1995–2006- illərdə Ayvaz Dursun oğlu Həsənov adında liseydə alıb. 2008–2012 ci illərdə Tbilisi Avropa Universitetində hüquq elmləri üzrə təhsil alıb. Sonra 2015-ci ildə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetininsosial-siyasi elmlər fakultəsinə qəbul olub. 2020–2022-ci illərdə Gürcüstan İctimaiyyətlə Əlaqələr İnstitundadövlət siyasəti üzrə magistratura dərəcəsi alıb
Dünya Görüşü
Siyasi Görüşü
Siyasi görüşünə görə mötədil bir insandır.
Milli Kimlik Haqqında Fikirləri
Dini Görüşü
Fəaliyyəti
İlkin fəaliyyət illərində Marneulidə olan yerli qəzetlərə “Ziya”, “Region Press”, “Ozan” -a Gürcüstan azərbaycanlılarının problemləri və üzləşdikləri sosial məsələlər haqqında məqalələr yazmağa başlayıb. Yerli və mərkəzi tədbirlərdə tələbələrin, gənclərin problemlərindən danışıb və müvafiq dövlət orqanları və təşkilatları məsələnin həllinə səsləyib. Regionda daha çox tənqidçi, ictimai fəal və hüquq müdafiəçisikimi tanınır.
2010-cu ildə Dövlət Statistika Departamentində ştatdan kənar işçi kimiişə başlayıb. Həmin il BMT-nin layihəsi çərçivəsində konkursu uğurlu keçərək Ədliyyə Nazirliyinin Vətəndaş Restrində bir illiktəcrübə proqramına qoşulub.
2010-cu ildən aktiv şəkildə QHT sektoruna qoşularaq yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edib. NORG Chicago Urban University, ISFED, ISR, CSRC, ACT, IRMS, USAID, OXFAM, PIG, MERCY CORPS, CESKO, EMC, NDI, CSS kimi təşkilatlarla əməkdaşlıq edib və onların layihələrdində, tərcüməçi, layihə kordinatoru və fasiltator kimi çalışıb. Bu kimi təşkilatları Kvemo Kartliyə cəlb edərək azərbaycanlıların sosial və iqtisadi vəziyyətinin araşdırılması, seçki məlumatlılığının artırılması, erkən nikah və ailə zorakılığı ilə bağlı əhalinin məlumatlandırılması, etnik azlıqların sosial və siyasi qoşululuğunu artırılması, etnik azlıqlar arasında Aİ-yə inteqrasiya haqqında biliklərin artırılması, yerli bələdiyyələrin büdcə şəffaflığı, , etnik azlıqlar üçün bərabər hüquqlu və ədalətli mühitin yaradılması, kritik və siyasi məktəb istiqamətində fəaliyyət göstərib. Hazırda Beynəlxalq Təşkilatda Monitoring, Araşdırma və Analiz üzrə baş ofiser vəzifəsində çalışır.
2010-cu ildən bu günə kimi əsas prioritet iş fəaliyyəti erkən yaşlı qızların evləndirilməsinə qarşı çıxmaq və gənclərin təhsilə yiyələnməsinə xidmət göstərməkdir. Bu istiqamətdə bir çox layihələr həyata keçirir.
Yerli və xarici konfranslarda spiker və iştirakçı kimi iştirak edərəkGürcüstan azərbaycanlılarının problemləri, Gürcüstan dövlətinin etnik və inteqrasiya siyasəti və sosial və siyasi məsələlər haqqında çıxışlar edib. Tez-tez mərkəzi mediada bir çox verlişlərdə iştirak edir və azərbaycanlıların problemlərinin Gürcüstanın ümumi siyasətininvə gündəmi olmasına çalışır.
İtaliyada, Polşada, Türkiyədə və ABŞ-da dəyişim proqramlarında iştirak edib.
Bununla yanaşı azərbaycanlıların ana dilinin və mədəniyyətinin qorunması sahəsində bir çox layihələr həyata keçirib. Həmçinin 2019-cu ildən təhsil ekspertləri ilə etnik azlıqların bərabər hüquqlu təhsil məsələsi ilə məşğuldur. Etnik azlıqlar üçün xüsusi təhsil proqramının “1+4” proqramının təkminləşdirilməsi və gürcü dili hazırlıq hissəsinin pulsuz olmasını, Gürcüstan Ali Universitetlərində Ana dili və ədəbiyyatı fakultəsinin yaradılmasını və Gürcüstan vətəndaşlarının qanunla pulsuz fakultələrinin etnik azlıqlar üçün də olmasını tələb edir. Təhsil nazirliyinin əməkdaşları, Gürcüstan Parlamentinin təhsil komitəsinin rəhbərliyi ilə məsələ ətrafında görüşlər keçirib və artıq bu problemlər təhsil islahatlarına daxil edilib. Etnik azlıqların qeyri-bərabər hüquqlu təhsil problemi ilə bağlı beynəlxalq təşkilatlara hesabatlar göndərib.
Novruz Bayramının Qanun Layihəsi
2017-ci ildə bölgələrdə və kəndlərdə Novruz Bayramının hissəsi olan çərşənbələri bərpa edib. Bu bayram gürcü cəmiyyəti tərəfindən maraqla qarşılanıb və bir çox yerli və xarici medialar sujetlər, bloglar və verlişlər hazırlayıb. 2021-c ildə Novruz Bayramının Gürcüstanda qeyri-iş günü olması ilə bağlı Gürcüstan Parlamentinə qanun-layihə təqdim edib. Gürcüstan Parlamentində sözü gedən qanun-layihə müzakirə olunub və Parlamentin İnsan Hüquqları və Müdafiəsi Komitəsi tərəfindən dini bayram kimi qələmə verilərək qəbul olunmayıb. Hazırda bu istiqamətdə bir çox qurumlarla əməkdaşlıqlar davam edir. Dünyada baş verən pandemiya səbəbindən bir çox bayramların qeyd olunmasına qadağa qoyulmuşdur. Bununla yanaşı Gürcüstan dövləti etnik azlıqların dini və mədəni bayramlarında pandemiya ilə bağlı qadağaları ləğv etmədi və bu etnik və dini azlıqların etirazına səbəb oldu. Yerli təşkilatlar Gürcüstanın Baş Nazirinə müraciət edərək Novruz Bayramı günü qadağaların ləğv olunmasını tələb etsədə müraciətə rədd cavabı gəldi. Samirə Bayramova öz sosial hesabından mən qadağaları pozaraq Novruz Bayramını qeyd edəcəm deyə çıxış etdi. Bir çox müxalifət partiyaları, ictimai və siyasi fəallar, eləcə də təşkilatlar Gürcüstan dövlətini Novruz Bayramı günü qadağanın ləğvini tələb etsədə qəbul edilmədi. 21 mart günü Samirə Bayramova Marneuli Bələdiyyəsinin qarşısına çıxaraq etiraz olaraq bayramı qeyd etdi. Tiflisdən, Rustavidən, Kutaisidən bir çox gürcü fəalları Marneuliyə gələrək Samirə Bayramovaya dəstək oldu və Marneulidə birlikdə Novruz Bayramını qeyd etdilər və mərkəzi media bu günü canlı yayımla göstərdi və bütün Gürcüstan əhalisi tərəfindən bu etiraz böyük maraqla izlənilirdi və onlar yayın zamanı dəstəklərini bildirirdi.
Səfirlər Layihəsi
Etnik azlıqların sosial rifahını yaxşılaşdırmaq və mədəniyyətlərini tanıtmaq üçün səfirlər layihəsi həyata keçirir. Bu layihə dövründə Almaniyanın Gürcüstandakı səfirini Kvemo Kartliyə dəvət edərək buradakı gənc təşkilatlar tanış etmiş, onların fəaliyyətilə səfir yaxından məlumatlı olmuşdur. Səfiri Marneulidə Tea House Mərkəzində Azərbaycan mədəniyyəti, mətbəxini göstərmiş və regionda olan sosial, iqtisadi vəziyyətlə qonağı tanış etmişdir.
Ana Dilim Video Çarxı
2020-ci ildə Ana dilinin qorunması və təbliğatını artırmaq üçün hüquq müdafiəçisi Elbrus Məmmədovla birlikdə dahi Azərbaycan şairi Bəxtiyar Vahabzadənin Ana Dilim şerinə video çarx çəkiblər. Bu video çarx vasitəsi ilə Ana diliminin qorunmasına və yerli azərbaycanlılar arasında təbliğinə, gələcək nəsillərin də bu dili qoruyub saxlamasına töhfə verməyə çalışıblar. Videoçarxda eyni zamanda tariximiz, keçmişimiz, milli kimliyimiz tərənnüm edilib. Şeirlərin səsləndirildiyi səhnələr də xüsusi həssaslıqla seçilib və bu yerlər azərbaycanlıların tarixi ilə sıx bağlıdır. Gürcüstan azərbaycanlıları içindən müxtəlif yaş qruplarından və sosial təbəqələrdən insanları bu layihəyə cəlb edilib.
Dini Diskriminasiya
2020-ci ildə Marneuli bələdiyyəsini dini ayrı-seçkiliklə bağlı məhkəməyə verənlərdən biridir. Marneuli Bələdiyyəsi əhalinin 90% müsəlman olmasına rağmən onlara qarşı böyük diskriminasiyaya yol vermişdir. Bələdiyyə Marneulidə olan dini təşkilatlarla və gürcü yepiskopluğuna büdcə ayırmışdır. 450 000 lari 10 % provoslov kilsə üçün cəmi 10 000 lari isə məscdilər üçün. Samirə Bayramova isə dini təşkilatların mərkəzi büdcədən maliyyələşməsini vəYerli Bələdiyyə Haqqında Məcəllədə dini qurumlarla büdcə ayırılmamasını arqument gətirərək ümumiyyətlə yerli bələdiyyədən dini qurumlara maliyyənin dayandırılmasını və əvəzinə əlil şəxslərə, qaçqınlara və sosial az təminatlı ailələrin güzəranını yaxşılaşdırılması üçün verilməsini tələb edirdi.Bundan sonra bir çox radikal qrupların və partiyaların hədəfinə çevrildi. Həmin qruplar Marneuliyə gələrək burada etiraz aksiyaları keçirdi.
Marneuli Fm-də Müzakirə Nöqtəsi
2008-2019-cu illərdə Marneuli FM-dəMüzakirə Nöqtəsi verlişi aparıcısı işləyib. Bu layihə Samirə Bayramovanın özünün şəxsi layihəsi olmuşdur. Regiondakı bir çox ictimai xadim, siyasətçi, icitmai sektorun üzvləri, din adamları və s. verlişdə qonaq qismində çıxış etmişlərdir. Proqramın əsas müzakirə mövzuları regionun sosial-iqtisadi vəziyyəti, etnik kimlik, etnik azlıqların gürcü cəmiyyətinə inteqrasiyası, inteqrasiya prossesinde etnik azlıqların qarşılaşdıqları problemlər və s. olmuşdur. 24 may 2021-ci ildə Müzakirə Nöqtəsinin qonağı Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili olmuşdur.
Altinfo hadisələri
Rusiyanın Ukraynanı işğalına etiraz olaraq Gürcüstanda yerləşən Rusiya meyilli alt-info partiyasının emblemini Ukraynanı dəstəkləmək məqsədi sarı və mavi rənglərlə boyadı. Onun bu hərəkəti ölkədəki Rusiya meyilli fraksiyaların ciddi etirazlarına səbəb oldu. Həmçinin rusiya meyilli Alt-info siyasi fraksiyasının embleminin üzərində gürcü xaçı olduğuna görə bu radikal dini cərəyanların da etirazına səbəb olmuşdur.
Evə-Avropaya Doğru Hərəkatı
Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra regiondakı ictimai fəallar, siyasətçilər və hətta sıravi vətəndaşlar da necə bir təhlükə ilə üz-üzə qaldıqlarını dərk etdilər. Bütün karyerası boyunca daima Avropa dəyərlərini, demokratiyanı və Hüququn aliliyini müdafiə etmiş biri olaraq Samirə Bayramova bu hərəkatda da ön sıralarda yer aldı. Priveli Kanalında azərbaycan dilində və gürcü dilində çıxış edərək Gürcüstan vətəndaşlarını, xüsusilə də etnik azərbaycanlıları Parlament qarşısında keçiriləcək mitinqdə iştirak etməyə çağırdı. Həmçinin parlament qarşısında keçrilimiş mitinqdə nitq söyləyərək insanları səslədi.