Salman Bayramov
Quick Facts
Biography
Salman Bayram oğlu Bayramov — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2014).
Həyatı
Salman Bayramov 1994-ci ildə Perm Dövlət Mədəniyyət İnstitutunun xalq teatrları fakültəsinibitirib. 1996-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram teatrının aktyorudur. Bu illər ərzində bir çox rollar oynamışdır. O, uşaqlar üçün tamaşalarda Kral (V.Livanov "Bremen musiqiçiləri"), Leopold (B.Dmitriyev "Novıye priklüçeniya kota Leopolda"), Baba Yaqa (Y.Çernyak "Vasilisa Prekrasnaya") kimi obrazlar yaratmışdır.
Böyüklər üçün tamaşalardan: Corc (A.Ostrovski "Krasaves-mujçina"), Oyunbaz (M.F.Axundov "Lənkəran xanının vəziri"), Antonio (U.Şekspir "12-ci gecə"), Ulus (N.Xəzri "Burla xatun"), Qulam (R.İbrahimbəyov "Neft bumu"), Osvald (U.Şekspir "Kral Lir"), Fərhad (S.Vurğun "Fərhad və Şirin").
Salman Bayramov Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Filmoqrafiya
- Nə gözəldir bu dünya... (film, 1999)
- Ovsunçu (film, 2002)
- Bir dəfə Qafqazda (film, 2007)
- Cavid ömrü (film, 2007)
- Dayanacaq (film, 2009)
- Qardaşımdan yaxşısı yox idi (film, 2010)
- Səhərə inan... (film, 2011)
- Vicdan haqqı (teleserial, 2016)
- Ana və poçtalyon (2020)