Saleh Ahmedov (politician)
Quick Facts
Biography
Saleh Süleyman oğlu Əhmədov (23 oktyabr 1958, Kirovabad – may 2020, Bakı) — Gəncə Şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin başçısı, Gəncə Şəhər Xalq Deputatlar Məclisinin Deputatı (1990-1995).
Həyatı
Saleh Əhmədov 1953-cü il oktyabrın 23-də Gəncə şəhərində anadan olub. Orta məktəbi Gəncədəki Səməd Vurğun adına 16 nömrəli məktəbdə almışdır. 1969-cu ildə Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunun Mühəndiz Mexanik fakültəsinə daxil olub və 1974-ci ildə həmin institutdan məzun olmuşdur. Təhsilini başa vurduqdan sonra 1974–1976-cı illərdə Qori şəhərində həqiqi hərbi xidmətdə olub. Uzun illər Bakı və Gəncə şəhərində müxtəlif vəzifələrdə çalışdıqdan sonra 1992-ci ildə Gəncə Şəhəri Nizami Rayonu İcra Hakimi, 1992–1993-cü illərdə isə Gəncə Şəhər İcra Başçısının Müavini vəzifələrində çalışmışdır. 2020-ci ilin may ayında Bakı şəhərində uzun sürən xəstəlikdən sonra vəfat etmiş və Gəncə şəhərində dəfn olunmuşdur.
Ailəsi
- Bir qızı, iki oğlu var. Oğlu Tural Əhmədov 1981-ci ildə Gəncə şəhərində anadan olub. Ali təhsillidir. Hal-hazırda sahibkarlıqla məşğul olur və "Salehoğlu" MMC-nin icraçı direktorudur.
- Digər Oğlu Fariz Əhmədov Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin Direktorudur.
- Qızı Əhmədova Aygün Saleh qızı Ali təhsillidir. Hal hazırda Gəncə regional elm mərkəzində kimya və biologiya lobaratoriyasında baş mütəxəssidir.
Fəaliyyəti
- 1970–74-cü illər ərzində Bakı Metal Neft Qabları zavodunda, Respublika Səhiyyə Nazirliyinin xüsusi şöbəsində, Bakı Şəhəri Xüsusi Mexanikləşdirilmiş idarəsində və müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olub.
- 1976-cı ildən 1978-ci ilə kimi Bakı Limanında motorcu, Gəncə şəhər ixtisaslaşmış sənaye tikinti mexanizasiya trestinin 5 nömrəli idarəsində mexanik, xüsusi avtomobil sahəsində rəis vəzifələrində çalışıb.
- 1980–83-cü illərdə Gəncə şəhər 4 nömrəli ixtisaslaşmış mexanizasiya idarəsində rəis müavini əmək fəaliyyətini davam etdirib.
- 1983–91-ci illərdə Gəncə şəhər qaz istismar idarəsində rəis müavini və rəisi; vəzifəsində çalışmışdır.
- 04.01.1991-ci ildən 11.05.1992-ci illədək Gəncə şəhər ixtisaslaşdırılmış istehsalat təmir-tikinti trestində müdir vəzifəsində işləyib.
- 11.05.92-ci ildən 26.11.92-ci ilədən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı işləyib.
- 26.05.92 ci ildən 18.06.93-cü ilədək Gəncə şəhər İcra Hakiminin başçısının müavini vəzifəsində işləyib.
- 1990-cı ildə Gəncə Xalq Deputatları Məclisinə seçilmişdir və 1995-ci ilə qədər Gəncə şəhər deputatı olmuşdur. Eyni zamanda 1994–1995-ci illərdə Gəncə Şəhər Xalq Deputatlar məclisinin müşaviri işləmişdir.
- 1995-ci ildən ömrünün sonuna qədər "Salehoğlu" MMC-nə rəhbərlik etmişdir.