Sahin Hasanov
Quick Facts
Biography
Şahin Hümmət oğlu Həsənov (30 sentyabr 1962, Laçın, Kəlbəcər rayonu) — Texniki elmləri doktoru, professor.
Həyatı
Şahin Hümmət oğlu Həsənov 30 sentyabr 1962-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Laçın kəndində anadan olmuşdur.1969-cu ildə Laçın kənd ibtidai məktəbinin birinci sinfinə qəbul edilmişdir.1979-cu ildə Zülfüqarlı kənd orta məktəbinin onuncu sinfini bitirmişdir.Həmin ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “ Avtomobil yolları üzrə mühəndis-inşaatçı” fakültəsinə qəbul olmuşdur və müvəffəqiyyətlə bitirmişdir. YAP-nın üzvüdür.
Fəaliyyətləri
1984—1985–ci illərdə Azərbaycan Respublikası Meşə Təsərrüfatı Nazirliyi sistemində məsul vəzifədə işləmişdir.
1985—1993-cü illərdə Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyində texniki idarənin eksperti, Yol hərəkətinin təşkili və təhlükəsizlik texnikası şöbəsinin böyük mühəndisi, Nəzarət-Təftiş İdarəsində mühasib-təftişçisi, aparıcı mütəxəsis, rəis müavini, rəis və digər rəhbər vəzifələrdə işləmişdir.
1993—2003-cü illərdə ”Azəravtoyol” Dövlət Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışmışdır.
Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyində və "Azəravtoyol" Dövlət Şirkətində işlədiyi illərdə Texniki Şuranın, Tender Komissiyasının, Avtomobil yollarının və körpülərin mühafizəsi və istismarı zamanı fövqəladə hallar üzrə komissiyanın sədri, uzun müddət (12 il ərzində) Kollegiya üzvü,Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvü kimi, Baş nazirin yanında yol hərəkətinin təhlükəsizliyi üzrə komissiyasının üzvü olmuşdur.
1994—1996-cı illərdə Azərbaycan İnşaat Mühəndisləri İnistitutunda Dövlət İmtahan Komissiyasının sədri olmuşdur.
1996-cı ildə "Avtomobil yollarında çatların inkisafının kostruktiv dayandırılması mexanikası məsələləri" mövzusunda namizədlik disertasiyasını müdafiə etmişdir. Rusiya,Finlandiya,Almaniya və Yaponiyada Ali inşaat tədris kursları keçirmişdir.
2010-cu ildə "Yol örtüyünün gərgin deformasiya vəziyyətinin və dağılmasının modernləşməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.Ali Attestasiya komissiyasının Rəyasət Heyətinin 04.02.2011-ci il tarixli qərarı ilə təsdiqi alınmışdır. Texniki elmlər doktorudur.
AzVirt Almaniya Azərbaycan şirkətində Beynəlxalq layihələr üzrə məsləhətçi və Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqqları İnstitutunun Azərbaycan üzrə koordinatorudur.
TACİS VƏ TRASECA proqramlarının Azərbaycanda ilk koordinatoru olmuşdur.
Hal-hazırda Azərbaycan Texniki Universitetində “Avtomobil daşımaları və yol hərəkətinin təhlükəsizli Arxivləşdirilib 2018-03-18 at the Wayback Machineyi” kafedrasında professor vəzifəsində işləyir.
Kitabları
- 9 səmərələşdirici təklifin, 118 elmi əsərin (bunlardan 99-si elmi məqalə, 19-si kitab, dərslik, fənn proqramı və dərs vəsaitləridir) və bir neçə fənn proqramının müəllifidir.
- 56 elmi məqaləsi bir sıra xarici ölkələrin (52 yerli nəşr) Ali Attestasiya Komissiyalarında qeydiyyatdan keçmiş nüfuzlu jurnallarında (İnfofacts) dərc edilmişdir ( Qeyd: 13 may 2022-ci ilə olan məlumat ).
Mükafatları
- 16.06.2011-ci il tarixində Azərbaycan Respublikasının Fəxri Yol İşçisi adına layiq görülmüşdür.
- 28 noyabr 2012-ci ildə avtomobil yollarının tikintisi və istismarı sahəsində çoxillik səmərəli fəaliyyətinə görə Müstəqil Dövlətlər Birliyinin Hökumətlərarası yol işçiləri Şurasının fəxri Şəadətnaməsi ilə təltif edilmişdir.
- "Xudafərin" Ali Yol Mükafatı ilə təltif olunub.
- Azərbaycanın Fəxri Yol inşaatçısıdır.
- 2018-ci ildə "Azərbaycan avtomobil yolları — 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
İstinadlar
Xarici keçidlər
- http://www.kalbajar.com Arxivləşdirilib 2017-05-31 at the Wayback Machine