peoplepill id: saday-budagli
SB
Russia Azerbaijan
4 views today
5 views this week
Saday Budagli
Azerbaijani writer, translator

Saday Budagli

The basics

Quick Facts

Intro
Azerbaijani writer, translator
Work field
Place of birth
Gazakh, Gazakh District, Azerbaijan
Age
69 years
Education
Maxim Gorky Literature Institute
Moscow, Moscow Governorate, Russia
Genre(s):
The details (from wikipedia)

Biography

Saday Budaqlı (13 noyabr 1955, Qazax) — Azərbaycanlı yazıçı, tərcüməçi. Azərbaycan Yazıçılar Birliyinin Qazax şöbəsinin katibi (1989-1993), Azərbaycan Dövlət Radiosunda baş redaktor (1993-2009), Maksim Qorki adına Ümumittifaq Mükafatı, Moskvada nəşr edilən "Nedelya" həftəlik məcmuəsinin laureatı, "Drujba Narodov" jurnalının "İlin ən yaxşı hekayəsi" mükafatını alıb (1982). 2009-cu ildə Azərbaycan Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" mükafatına layiq görülüb.

Həyatı

Saday İsmayıl oğlu Budaqlı 1955-ci il noyabrın 13-də Qazax rayonunda anadan olub. 1984-cü ildə M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

Fəaliyyəti

1984-1989-cu illərdə "Yazıçı" nəşriyyatında redaktor işləyib. 1989-1993-cü illərdə Yazıçılar İttifaqının Qazax şöbəsinin katibi olub. 1993-2009-cu illərdə Azərbaycan Dövlət Radiosunda baş redaktor vəzifəsində çalışıb. Povest və hekayələrdən ibarət kitabları Bakıda və Moskvada Azərbaycan və rus dillərində çapdan çıxıb. Hekayələri ingilis, yapon, litva, türk və başqa dillərə də tərcümə olunub.

Kitabları

1984-cü ildə Moskvada "Uduş" adlı kitabı işıq üzü görüb. 1985-ci ildə Bakıda "Döngə" adlı kitabı çapdan çıxıb. 1987-ci ildə "Çat" adlanan yeni kitabıyla oxucuların görüşünə gəlib. 2000-ci ildə Moskvada "Torpaq" adlı kitabı nəşr edilib.

2015-ci ildə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yazıçı-tərcüməçi Saday Budaqlının 60 yaşının tamamı münasibətilə nasirin "Yolüstü söhbət" kitabını nəşr edib.

Kitabda yazıçının "Zədə" romanı, povestləri, 1990–2000-ci illərdə yazdığı hekayələri toplanıb.

"Yolüstü söhbət" Saday Budaqlının latın qrafikasında nəşr olunan ilk kitabıdır.

Uğurları

Moskvada çıxan "Uduş" kitabına görə M. Qorki adına Ümumittifaq Mükafatına layiq görülüb. Moskvada nəşr edilən "Nedelya" həftəlik məcmuəsinin laureatıdır. 1982-ci ildə "Drujba Narodov" jurnalının "İlin ən yaxşı hekayəsi" mükafatını alıb. 2009-cu ildə M. Bulqakovun "Master və Marqarita" romanının Azərbaycan dilinə uğurlu tərcüməsinə görəAzərbaycan Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" mükafatına layiq görülüb.

Tərcümələri

Saday Budaqlı Mixail Bulqakovun "Master və Marqarita" romanını, Yasunari Kavabata və Migel Delibesin seçilmiş əsərlərini, "Latın Amerikası romanı" və Kazuo İşiquronun "O günlərdən qalanlar" kitabını, Nikolay Xomiçin "Sərdabənin sirri" romanını Azərbaycan dilinə çevirib. O, həmçinin, Qabriel Qarsiya Markes, Mario Varqas Lyosa, Xuan Karlos Onetti və Kamilo Xose Sela kimi müəlliflərin əsərlərini Azərbaycan dilinə tərcümə edib.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Saday Budagli is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Saday Budagli
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes