peoplepill id: sabir-aliyev
SA
Russia Azerbaijan
7 views today
7 views this week
The basics

Quick Facts

Work field
Gender
Male
Birth
Place of birth
Kalavan, Gegharkunik Province, Armenia
Age
81 years
Education
Azerbaijan Medical University
The details (from wikipedia)

Biography

Sabir Cahan oğlu Əliyev (d.  1944, Əmirxeyir, Çəmbərək rayonu, Ermənistan SSR, SSRİ) — Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru (2001-indi), tibb elmləri doktoru (1992), professor (1993); "Tərəqqi" medalı laureatı (14 iyun 2007), Azərbaycan Respublikasının əməkdar elm xadimi (20 sentyabr 2010)

Həyatı

Sabir Əliyev 1944-cü ildə Çəmbərək rayonunun Əmirxeyir kəndində anadan olub. 1961-ci ildə Gölkənd kənd orta məktəbini qızıl medalla bitirmişdir.

1967-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini bitirib. Təyinatla Naftalan sanatoriyasında həkim-ordinator, sonra müalicə işləri üzrə şöbə müdiri təyin olunub.

Elmi fəaliyyəti

1969-1972-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda patoloji fiziologiya kafedrasında aspirantura keçıb. 1973-ci ilin mart ayında namizədlik dissertasiyasını müdafiə edib. 1972-ci ildə kafedrada assistent, 1973-cü ildə baş müəllim, 1976-cı ildə isə dosent vəzifəsinə seçilib. Uzun illər kafedranın tədris hissə müdiri vəzifəsində çalışıb. 1992-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1993-cü ildə həmin kafedranın professoru vəzifəsinə seçilib. 1994-cü ildə AAK tərəfindən patofiziologiya ixtisası üzrə professor elmi adına layiq görülüb. 1999-2001-ci illərdə I MPF-nin dekanı işləyib.

2001-ci ilin fevral ayında patoloji fiziologiya kafedrasının müdiri vəzifəcinə seçilib, həmin ilin may ayında isə universitetin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikasının Təhsil Nazirliyində fəaliyyət göstərən "Tibbi-nəzəri bölmə"nin, universitetin Mərkəzi Metodik Komissiyasının və “anatomiya, patofiziologiya, biokimya, farmakologiya” üzrə ixtisaslaşmış Müdafiə Şurasının sədridir. Universitetin Böyük Elmi Şurasının və pediatriya fakultəsinin Elmi Şurasının, Azərbaycan Tibb jurnalı Redaksiya Şurasının və AMEA-da “Tibb” şurasinin üzvüdür.

1992-ci ildən YAP-ın üzvü və universitetin YAP təskilatinin sədridir.

27 fevral 2008-ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası İlimlər Akademisi tərəfindən Tibb bölümü üzrə akademik seçilib.

306 elmi əsərin, 6 dərsliyin, 4 dərs vəsaitinin, 4 elmi-populiyar brosuna, dünyada ilk dəfə 3 dildə (azərbaycan, rus, ingilis) cap olunan patofizioloji atlas elektron-dərslik kitabının, bir neçə tədris-metodik vəsaitin müəllifidir.

Rəhbərliyi altında 12 namizədlik dissertasiyası müdafiə olunmuş, 5 namizədlik və 4 doktorluq dissertasiyalari üzərində elmi-tədqiqat işləri davam etdirilir.

Mükafatları və təltifləri

1986-cı ildə “Səhiyyə əlaçısı”, 2000-ci ildə "Respublikanın əməkdar müəllimi" fəxri adlarına layiq görülüb. 2004-cü ildə Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə, 14 iyun 2007-ci ildə isə "Tərəqqi" medalı ilə təltif olunub.

6 mart 2009-cu ildə isə həmin akademiya tərəfindən "Türk dünyasına hizmetlerindən dolayı uluslararası altun yıldız" medalı ilə təltif olunub.

15 dekabr 2009-cu ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Mükafatlar Komitəsinin Elm və Tədris sahəsində qazandıgı nailiyyətlərə görə Avropa “Şərəf və Vicdan” ordeni ilə təltif olunmusdur.

12 may 2010-cu ildə Avropa Akademiyası tərəfindən Nikolay Piroqov ordeni ilə təltif olunmusdur.

20 sentyabr 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının əməkdar elm xadimi fəxri adı almışdir.

24 dekabr 2011-ci ildə Beynəlxalq təltiflər ittifaqi tərəfindən "Hippokrat" ordeni ilə təltif olunmusdur.

26 mart 2014-cü ildə Türk Dünyası Araşdırmaları Uluslararası İlimlər Akademisi tərəfindən Tibb bölümüne üstün hizmetlerinden dolayi "İbn-İ-Sina" diplomu ilə təltif olunub.

Kitabları

Elmi kitabları

  1. Rusca-azərbaycanca tibbi patoloji terminlər lüğəti. Bakı, "Təbib", 1996.
  2. Новые иммуномодуляторы растительно-го происхождения. Интер. Иммуно-реабил. — М., 1996.
  3. Kütləvi Tibb Ensklopediyası. Bakı, "Azərbaycan Ensklopediyası" Nəşriyyatı Poliqrafiya birliyi, 2000.
  4. Patoloji fiziologiyadan təcrübi dərs vəsaiti. Bakı, 2004
  5. Tibbi biliklərin əsasları. Bakı, ATU, 2004. 483 səh.
  6. Patoloji fiziologiyadan situasiya məsələləri. Bakı, 2004
  7. Patoloji fiziologiyadan tədris proqramı. Bakı, 2005.
  8. Patoloji fiziologiyadan atlas. Dərslik 3 ciliddə. Bakı, "Azərbaycan Neşriyyatı", 2008. 468 səh.
  9. Patoloji fiziologiyadan testlər. Dərslik 3 ciliddə. Bakı, "Təbib Nəşriyyatı", 2011.
  10. Tibbi biliklərin əsasları Dərslik. Bakı, "Təbib Nəşriyyatı" 2013. 519 səh.
  11. Müasir tibbi təhsilinin əsasları. Kitab. Bakı, "Bilik Nəşriyyatı", 2014.

Bədii-publisistik kitabları

  1. El atası və varisi. Bakı 2003.

Məqalələri

Elmi məqalələri

Bədii-publisistik məqalələri

  1. Xalq məhəbbəti sonsuzdur. Müdriklik zirvəsi Bakı, 2004, №6, s.18-19
  2. Xatirələrdə həmişə yaşayacaq. "Təbib" qəzeti, 2005, №8, s.3
  3. Müdrik dövlət xadimi. "Müdriklik zirvəsi" jurnalı, 2005, №2-3, s.9-10
  4. Azərbaycan Tibb Universiteti inkişaf yollarında Heydər Əliyevin rəhbərliyi dövründə tibb elminin inkişafı yüksək səviyyədə olub. "Presinforma" qəzeti, 2005, №4, s.6
  5. Müdrik dövlət xadimi. Qoşa Qanad ictimai-siyasi publisistik jurnal, Bakı, 2006, s.30-31
  6. Azərbaycan tibb elminin beşiyi. "Pillələr" qəzeti, №4, 2006
  7. Tibb universitetinin kafedraları tədris terapevtik klinikasına köçürüləcək. "Yeni Azərbaycan" qəzeti, 19.09.2007, s.5
  8. Unudulmaz tarixi şəxsiyyət. Qoşa ulduz jurnalı Bakı 2012, №02-03 (49) S.2-3.
  9. Müasir Azərbaycanın qurucusu. Sağlam xəbər. Bakı 01 may 2013, №05 (82); s.2.
  10. Unudulmaz tarixi şəxsiyyət. Qoşa ulduz jurnalı, Bakı, №55, 2013, səh. 2-4.
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Sabir Aliyev is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Sabir Aliyev
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes