peoplepill id: sabir-adnayev
SA
2 views today
2 views this week
The basics

Quick Facts

Place of birth
Russian Soviet Federative Socialist Republic, Soviet Union
The details (from wikipedia)

Biography

Bu şəkildə Sabir Adnayev təsvir edilmişdir

ADNAYEV SABİR ADNAYEVİÇ 1949-cu il noyabrın 7-də SSRİ-nın Murom şəhərində (hazırki Rusiya Federasiyasında) anadan olmuşdur, Azərbaycan vətəndaşıdır, Azərbaycan Respublikasının əməkdar həkimi, fəlsəfə doktorudur. Azərbaycanda ilk özəl tibbi servis şirkəti "MediClub" MMM-nin, Sığorta şirkəti "A-Group" Açıq Səhmdar Cəmiyyətinin təsisçisi və sahibi, Milli İdman Tibb və Reabilitasiya İnstitutunun (MİTRİ) yaradıcısı və direktoru, Gürcüstanda isə "MediClubGeorgia"-nın təsisçisi və həmsahibidir.

TƏRCÜMEYİ HAL

Sabir Adnayev hərbi qulluqçu ailəsində anadan olub. Ailənin yeganə övladıdır. Atası – Adnayev Adna Bayramqulu oğlu – Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) polkovniki, əməkdar çekist. Anası – Adnayeva Lyudmila Mixaylovna – əməkdar müəllim, fizika və riyaziyyət pedaqoqu. 1957-ci ildə ailə Bakıya köçüb. Sabir Adnayev Bakıda 160 saylı orta məktəbi bitirib.1966-1972-ci illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsində təhsil alıb.1983-1987-ci illərdə Leninqrad Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda "İctimai gigiyena və səhiyyənin təşkili" ixtisası üzrə qiyabı aspirantura keçib. 1989-cu ildə “Yol qəzalarında təcili tibbi yardımın təşkilinin təkmilləşdirilməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib – bu Azərbaycanda ilk təcili tibbi yardımın təşkili üzrə müdafiə olunan dissertasiyadır. Qızı və 2 nəvəsi vardır.

PEŞƏKAR BACARIQLAR

40 ildən artıq peşə təcrübəsi vardır. İş fəaliyyəti zamanı Sabir Adnayev özünü savadlı, düşüncəli mütəxəssis kimi göstərmiş, istər dövlət, istərsə də özəl sektorda səhiyyə sahəsində mükəmməl təşkilatı bacarıqları ilə tanınır. 1981-1994-cü illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təcili tibbi yardımın təşkili üzrə Baş mütəxəssisi olub. 1981-1994-cü illər ərzində Azərbaycan Respublikası Tibb İşçiləri Həmkarlar İttifaqı Komitəsinin rəyasət heyətinin üzvü, 1986-1994-cü illərdə SSRİ Tibb İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin plenumunun üzvü olmuşdur. O, Azərbaycan Respublikasının Səhiyyəsinin təşkilinə mühüm töhfələr vermişdir. 80-ci illərin sonlarında Bakı şəhərinin təcili tibbi yardım xidməti Sovet İttifaqında ən yaxşılardan biri hesab olunurdu. 1986-1994-cü illər Həkimlərin Attestasiya Komissiyasının sədri, 1991-ci ildə"ARXA" adlı Azərbaycanda ilk sığorta səhmdar cəmiyyətinin təsisçisi və prezidenti olmuşdur. 1995-ci ildən Azərbaycanda ən uğurlu on sığorta şirkətlərindən biri olan "A-Group" Açıq Səhmdar Cəmiyyətinin sahibidir. Daha sonra 1998-ci ildə Azərbaycanda ilk özəl tibbi şirkət "MediClub" MMM-ni təsis etmişdir. 1999-cu ildən Gürcüstanda "MediClubGeorgia"-nın yaradıcısı və həmsahibidir. Şirkət şəbəkə strukturuna malikdir və öz fəaliyyəti ilə Xəzər dənizindən Qara dənizə qədər ərazinin əhəmiyyətli bir hissəsini əhatə edir. 2014-cü ildə Milli İdman Tibb və Reabilitasiya İnstitutunu (MİTRİ) yaratmışdır. Hazırda"A-Group" Sığorta Şirkətinin Müşahidə Şurasının sədri, "MediClub" MMM şirkətinin Baş Direktoru, Milli İdman Tibb və Reabilitasiya İnstitutunun (MİTRİ) Direktorudur.

FƏRDİ KEYFİYYƏTLƏRİ

Həmişə zamanla ayaqlaşan və həmişə yeni layihələrə hazır olan böyük bir təşkilatçıdır.

ƏMƏK FƏALİYYƏTİ

1972-1977-ci illərdə TTYX, 4 saylı Şəhər Klinik Xəstəxana, Azərbaycan SSR Səhiyyə Nazirliyinin IV baş idarəetmənin 1 saylı xəstəxanasının anestezioloq-reanimatoloqu.

1977-ci ildən 1978-ci ilədək Bakı şəhəri "Neft daşları" 12 saylı tibbi-sanitar hissənin Baş həkimi.

1979-cu ildən 1980-cı ilədək Bakı ş. 16 saylı poliklinikanın Baş həkimi.

1980-1994-cü illərdə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Baş həkimi.

1991-1995-ci illərdə "ARXA" Sığorta Səhmdar Cəmiyyətinin Prezidenti.

1998-ci ildən hal-hazıradək özəl tibbi şirkət "MediClub" MMM-nin Baş direktoru.

1995-ci ildən hal-hazıradək "A-Group" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının Direktoru.

2014-cü ildən hal-hazıradək Milli İdman Tibb və Reabilitasiya İnstitutunun (MİTRİ) Direktorudur.

MÜKAFATLAR

1985-ci ildə səhiyyənin təşkilatı ixtisası üzrə yüksək ixtisas kateqoriyası ilə təltif edilmişdir.

1986-cı ildə " SSRİ Səhiyyəsinin Əlaçısı” fəxri nişanı və “Şərəf nişanı” ordeni ilə,

2015-ci ildə “Azərbaycan Respublikasının Səhiyyə Əlaçısı" fəxri nişanı ilə mükafatlandırılmışdır.

2016-cı ildə Azərbaycan Respublikasının əməkdar həkimi adına layiq görülmüşdür.

NƏŞR EDİLMİŞ MƏQALƏLƏRİN SİYAHISI

7 nəşr edilmiş məqaləsi və 4 səmərələşdirici təklifi vardır.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Sabir Adnayev is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Sabir Adnayev
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes