peoplepill id: ruefat-hueseynzada
RH
3 views today
3 views this week
Rüfat Hüseynzada

Rüfat Hüseynzada

The basics

Quick Facts

Gender
Male
Birth
Age
74 years
The details (from wikipedia)

Biography

Rüfət Lətif oğlu Hüseynzadə — Əməkdar müəllim,

1951-ci ildə Naxçıvan şəhərində müəllim ailəsində doğulmuşdur.

XX əsrin ziyalı nəslinə mənsub olan atası Lətif Hüseynzadə (2008-ci ildə 106 yaşında dünyasını dəyişmişdir) "İstiqlal" ordeni ilə təltif olunmuş, "Əməkdar Müəllim" adına layiq görülmüş, tədqiqatçı,alim, pedaqoq olmuşdur.

R.L.Hüseynzadə 1971-ci ildə ADPU-nun pedaqoji fakültəsindən məzun olmuş, Abşeron rayonunda müəllimlik etmiş və 1974-cü ildən isə Azərbaycan Müəllimlər İnstitutunda çalışmaqdadır. İnstitutda əvvəlcə tərbiyə işləri metodkabinetinə metodist vəzifəsinə qəbul olunmuş, 1983-cü ildə pedaqogikanın nəzəriyyəsi və tarixi ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etdikdən sonra pedaqogika kafedrasına müəllim, baş müəllim və dosent vəzifəsinə keçirilmişdir.

2000-ci ildə əlavə təhsil üzrə rəhbər pedaqoji kadrlar fakültəsinə dekan, daha sonra isə institutun bakalavr pilləsində pedaqogika və filologiya fakültəsinə dekan vəzifəsinə seçilmişdir.

R.L.Hüseynzadə 2007-ci ildə pedaqogikanın nəzəriyyəsi və tarixi ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edərək, pedaqoji elmlər doktoru elmi dərəcəsini almış, 2008-ci ildə pedaqogika kafedrasına müdir, professor vəzifəsinə təyin olunmuşdur.

2009-cu ilin 07 dekabrında Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin imzası ilə R.L.Hüseynzadənin şərəfli elmi – pedaqoji əməyi yüksək qiymətləndirilərək ona "Əməkdar Müəllim" adı verilmişdir.

Prof. R.L.Hüseynzadənin əsas tədqiqat sahəsi qədim və orta əsrlər dövründə Azərbaycanda tərbiyə, təhsil və pedaqoji fikir tarixinin öyrənilməsi və araşdırılmasıdır ki, bu sahədə dəyərli əsərlərin müəllifidir. Onun 10-yaxın monoqrafiya, kitab, metodik vəsaiti, bir neçə tədris proqramı və 100-ə yaxın pedaqoji elmin nəzəriyyə və tarixinə dair elmi əsəri nəşr olunmuşdur.

Çap olunmuş əsərləri

MONOQRAFIYALAR, METODİK VƏSAİTLƏR, KITABLAR

  1. Təhsilin humanistləşdirilməsi və demokratikləşdirilməsi. Bakı, 1997.
  2. Müasir məktəb və yeni pedaqoji düşüncələr. Bakı, 1998
  3. Erkən orta əsrlər dövründə Azərbaycanda məktəb və pedaqoji fikir. Bakı, MBM (Monoqrafiya), 2005.
  4. Məhəmməd Tağı Sidqi dilimiz və məktəbimiz haqqında. Bakı, Müəllim, 2005.
  5. Qədim və erkən orta əsrlər dövründə Azərbaycanda tərbiyə, təhsil və pedaqoji fikir. (Monoqrafiya), "Nurlar" nəşriyyatı, 2007.
  6. Ögretmen-ögrenci ilişgileri.(Monoqrafiya) Türkiye, Adana, 1998
  7. Qaraqoyunlu Cahanşah Həqiqi(L.Hüseynzadə ilə birlikdə). Bakı,Çənlibel, 1999, 9 ç.v.
  8. Magistr dissertasiyası.(Metodik vəsait). Bakı, Nurlar, 2009.
  9. Pedaqoji təcrübə. (Metodik vəsait). Bakı, Nurlar, 2010.

PROQRAMLAR

  1. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı, ADPU,2010.
  2. Tərbiyə işinin metodikası. Bakı, 2010.
  3. Pedaqogika elminin tarixi və metodologiyası(Təhsilin magistratura pilləsi üçün). Bakı, ADPU, 2010

Məqalələr

  1. Oğuznamələr və onların pedaqoji əhəmiyyəti. AMİ-nin Xəbərləri.2007, № 4
  2. Mövlana Cəlaləddin Rumi və Mövləvilikdə mənəviyyat aləmi.Bakı Slavyan Universiteti "Humanitar elmlərin öyrənilməsinin aktual problemləri.2008, № 1.
  3. Məhəmməd Tağı Sidqinin yeni Əlyazmaları və pedaqoji fikirləri.Azərbaycan Müəllimlər İnstitutunun Xəbərlər"i, 2009, № 2.
  4. Zaqafqaziya Müəllimlər Seminariyasının naxçıvanlı məzunları.Azərbaycan məktəbi 2010 № 1.

Mənbə

  • "Zəhmətin bəxş etdiyi xoşbəxtlik". Fərrux Rüstəmov. Pedaqoji oçerklər: Sələflərim və müasirlərim. Bakı: Elm və təhsil, 2010. - səh. 239.
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Rüfat Hüseynzada is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Rüfat Hüseynzada
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes