peoplepill id: ruefat-asadov
RA
Azerbaijan
2 views today
2 views this week
The basics

Quick Facts

Intro
Actor
Gender
Male
Place of birth
Nakhchivan, Nakhchivan Autonomous Republic, Azerbaijan
Age
64 years
The details (from wikipedia)

Biography

Rüfət Əsədov (tam adı Əsədov Rüfət Nadir oğlu; d. 30 avqust 1960; Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı rejissor, aktyor. Azərbaycan Kinematoqrafçılar İttifaqının və Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü.

Həyatı

Rüfət Əsədov 30 avqust 1960-cı ildə Azərbaycan SSR-in Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında anadan olmuşdur.

Rusiya SFSR-da Leninqrad Texnoloji Universitetində və "Lenfilm"in nəzdindəki Kino Məktəbində təhsil almışdır.

1999-cu ildə Amerikalı prodüser O. Harençarın rəhbərlik etdiyi "Sənədli filmlərin istehsalı" kurslarınının dinləyicisi olmuşdur.

2000-ci ildə ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşən "Promatheus Production" kinostudiyasında staj keçmişdir.

Rüfət Əsədovun "Kənddə sonuncu yəhudi" sənədli filmi İsrailin Afula şəhərində keçirilmiş Near Nazaret Film Festivalında nümayiş olunaraq, festivalın iki diplomuna layiq görülüb. Diplomun biri məhz xalqlar arasında anlaşma və dostluğun möhkəmlənməsinə görə verilib.

Ailəsi

Rüfət Əsədov xalq artisti, tanınmış rejissor Vaqif Əsədovun əmisioğlu, ssenarist Alla Axundovanın bibisioğludur.

Filmoqrafiya

Quruluşçu rejissor olduğu işlər

  1. "Vahimə" (1998)
  2. "Neftçi" (1999)
  3. "Quba yəhudiləri" (1999)
  4. "Sonrakı peşmançılıq" (1999)
  5. "İşıq problemləri" (1999)
  6. "Səndə bir partiya aç..." (1999)
  7. "Qanunsuz dayanacaqlar" (1999)
  8. "Yanacaqdoldurma məntəqələri" (1999)
  9. "Antropoloji sənəd" (2001)
  10. "Nemsə Yunus" (2002)
  11. "Ümidlərin sınağı" (2004)
  12. "Arxada qalmış gələcək" (2005)
  13. "Hamı üçün qələbə" (2005)
  14. "Neft stratejiyası. Üç dəniz əfsanəsi" (2005)
  15. "Azərbaycana xoş gəlmisiniz" (2006)
  16. "Sağlığında qiymət verin insanlara" (2006)
  17. "C.Novruz. İnana bilmirəm..." (2007)
  18. "Sərhəd müstəqillikdir" (2007)
  19. "Sönməyən ocaq" (2008)
  20. "Yeni əsrin şəhəri" (2008)
  21. "İtirilmiş həqiqət" (2010-2012, 3-4-cü seriyalar)
  22. "Sirr" (serial, 2012)
  23. "Ağır illər... Xoş xatirələr" (2014)
  24. "Kənddə sonuncu yəhudi" (2016)
  25. Dönüş (film, 2018) — hərbi həkim İmran Qurbanov haqqında.

İkinci rejissor kimi

  1. "Markovka" (Azərbaycan-Ekvador) - (1992-1993)
  2. "Qeybdən gələn səs" (1996)
  3. "Qobustan" (1996)
  4. "Ömürdən uzun gecə" (1996)

Qısa rollarda

Rüfət Əsədov aktyor kimi aşağıdakı filmlərdə də qısa rol almışdır:

  1. "Markovka" (rejissor V.Burbano)
  2. "Yarasa" (rejissor A.Salayev) - Rejissor rolu
  3. "Beşmərtəbəli evin altıncı mərtəbəsi" (rejissor İ.Ağayev) - Həkim rolu
  4. "Arxada qalmış gələcək" (rejissor R.Əsədov) - Humanitar Təşkilat nümayəndəsi
  5. "Peşəkar"
  6. "Ərazi" (rejissor O.Fikrətoğlu) - Ravvin rolu

Təşkilatçı işlərdə

  1. "Nə gözəldir bu dünya..." (Rejissor: E. Quliyev) - 1998
  2. "Ağrı" (orijinal adı "Seizure"); (Rejissor: O. Harençar, ABŞ) - 2000 / İcraçı prodüser
  3. "Ovsunçu" (Rejissor: O.Mirqasımov) - 2002
  4. "Azərbaycan musiqisi" (Müəllif: N.Həsənova)

Kliplər

  1. "Əllərin əlimə dəymir nə vaxtdır" - müğənni Baloğlan Əşrəfov (2001)
  2. "Cəngi" - müğənni Azərin (2005)
  3. "Yanıram aman" - müğənni Leyla (2006)
  4. "Xatirən qalacaq" - müğənni İlqar Muradov (2007)
  5. "Yəqin dağlar küsüb məndən" – müğənni Fidan Hacıyeva (2007)

Reklamlar

  1. "Ailə planlaşdırma mərkəzi" (2000)
  2. "Aksiz markası" (2001)
  3. "Şokolad" (2002)
  4. "Qızılqazma" istirahət mərkəzi (2005)
  5. "Gün-Səhər" qəzeti (2005)
  6. "Gəlin şəhərimizi təmiz saxlayaq" (2006)

Mükafatlar və festivallar

  • 1998 - "Vahimə" filminə görə:
    • Bakı Şəhər İcra Hakimiyyətinin mükafatı;
    • Beynəlxalq "Humay" mükafatı;
    • Fransanın Lorken şəhərində keçirilən kinofestivalda "Xüsusi Mükafat";
    • Fransanın Paris şəhərində keçirilən "Psixoanaliz və problemlər" simpoziumda diplom;
    • Film Fransanın Lümyer Qardaşları Fonduna daxil edilib.
  • 2000 - "Quba yəhudiləri" filminə görə:
    • ABŞ-ın San-Fransisko şəhərindəki "San Francisco Jewish Film Festival"ında filmin nümayişi;
    • ABŞ-ın Beynəlxalq Yəhudi Konqresinin mükafatı;
    • Film ABŞ-ın Beynəlxalq Yəhudi Konqresinin Kitabxanasına daxil edilib;
    • Film İsrail Film Fonduna daxil edilib.
  • 2002 - "Antropoloji sənəd" filminə görə:
    • Beynəlxalq "Humay" mükafatı;
    • Fransanın Strasburq Kinofestivalında filmin nümayişi.
  • 2003 - "Qızıl çıraq" Milli Kino mükafatı.
  • 2006 - "Arxada qalmış gələcək" filminə görə:
    • Qazaxstanda keçirilmiş Aktau Festivalında II mükafat;
    • V "Qızıl çıraq" Milli Kino mükafatı;
    • Kazanda İslam Filmləri Festivalında filmin nümayişi;
    • İstanbul Uşaq Filmləri Festivalında filmin nümayişi;
    • Rusiyada Azərbaycan Mədəniyyəti günlərində filmin nümayişi.
  • 2007 - "Sərhəd müstəqillikdir" filminə görə Dövlət Sərhəd Xidmətinin diplomu.
  • 2008 - "Arxada qalmış gələcək" filminə görə Beynəlxalq Anım Filmləri diplomu.
  • 2012 - "İtirilmiş həqiqət" filminə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplomu
  • 2016 - "Kənddə sonuncu yəhudi" filminə görə:
    • Xorvatiyada keçirilmiş "Zagreb Jewish Film Festival-Festival of Tolerance"nin Xüsusi Diplomu;
    • İsraildə keçirilmiş "Near Nazaret Film Festival"da 2 diplom;
    • ABŞ-da keçirilmiş "Weyauwega International Film Festival"da ən yaxşı qısametrajlı sənədli film mükafatı.
  • 2017 - "Kənddə sonuncu yəhudi" filminə görə:
    • ABŞ-da keçirilmiş "New York Eurasian Film Festival"da ən yaxşı qısametrajlı sənədli film mükafatı;
    • ABŞ-da keçirilmiş "New York Kew Gardens Festival of Cinema"da ən yaxşı 5 filmdən biri.

"Kənddə sonuncu yəhudi" filmi 30 yaxın Beynəlxalq Kinofestivalda və müxtəlif tədbirlərdə nümayiş olunub və hələ də bu nümayişlər davam etdirilir.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Rüfat Asadov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Rüfat Asadov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes