peoplepill id: qumru-teymurova
QT
Azerbaijan
11 views today
11 views this week
Qumru Teymurova
Azerbaijani physician

Qumru Teymurova

The basics

Quick Facts

Intro
Azerbaijani physician
Work field
Gender
Female
Place of birth
Shusha, Azerbaijan
Age
104 years
The details (from wikipedia)

Biography

Teymurova Qumru Teymur qızı (1920-?) — Tibb xidməti podpolkovniki, həkim, İkinci dünya müharibəsi iştirakçısı.

Həyatı

Tibb xidməti podpolkovniki Qumru Teymurova 1920-ci il dekabrın 24-də Azərbaycanın dilbər guşəsi, Qafqazın konservatoriyası sayılan Şuşa şəhərində dünyaya gəlib.

Bütün həmyaşıdları kimi o da cavanlığında romantik arzularla yaşayırdı. Orta məktəbi bitirdikdən sonra qəti qərara gəlmişdiu: həkim olmaq, həm də hərbi həkim! O zaman, özünün dediyi kimi bəzən yuxuda da özünü əskəri libasda-çal papaqda; boz şineldə görürdü. Necə deyərlər, niyyətin hara, mənzilin də ora. Bu niyyət, bu arzu onu Birinci Leninqrad Dövlət Tibb İnstitutunun hərbi-dəniz tibb fakültəsinə gətirdi.

Quş qanadlı illər bir-birini əvəz etdi. 5 illik təhsil və tələbəlik illəri arxada qaldı. O, ən humanist peşə olan həkim diplomu aldı.

Qırxıncı illərin axırları beynəlxalq vəziyyətin son dərəcə gərgin, səksəkəli dövrüydü. Hitler öz qüdrətli hərb maşının işə salmışdı. Avropanın bir neçə ölkəsi artıq faşist əsgərlərinin tapdağı altında idi.

Ölkənin təmiz səmasını qara buludlar bürümüşdü. Belə bir vaxtda Qumru Teymurova hərbi kommissarlığa ərizə ilə müraciət etdi: "Xahiş edirəm, məni könüllü olaraq Fəhlə Kəndli Qızıl Ordusu sıralarına çağırasınız". Xahişinı əməl etdilər. Onu Hərbi-Dəniz donanmasına göndərdilər...

Polad biləkli oğlanlar, aslam ürəkli, həcər qeyrətli qızlar da Vətənin müdafiəsinə qalxdılar. Gənc həkim Qumru xanım da onların arasında idi. O, ön cəbhədə xidmət etmək istəyirdi. Lakin hələlik ona Qızılbayraqlı Xəzər hərbi-Dəniz Donanmasında xidmət etməyi təklif etdilər. Burada bir qədər işləyəndən sonra onu bir qrup həkimlə Qorki şəhərində yola saldılar. Burada o, hərbi qospitalda xidmətini davam etdirdi. Qospital işçiləri bombardman şəraitində işləməli olurdular. Lakin belə vəziyyətdə işləmək xüsusilə yaralılar üçün böyük təhlükə idi. Buna görə də hərbi qospitalı Həştərxana köçürməli oldular. Burda Qumru xanlm komandalığın əmri ilə sualtı qayıqlar divizyasına həkim təyin olunurdu.

Q. Teymurova dənizçilərin sevimlisi idi. Şirin dili, şəfalı əlləri, peşəsinə vurğunluğu ona xəstələr və yaralılar arasında böyük şöhrət və hörmət qazandırmışdı.

Bəzən gecə-gündüz bir an çimir etmədən işləməli olurdu. Lakin bircə dəfə də "yoruldum" deməzdi. Qumru xanım yaralılara və xəstələrə bacı məhəbbətilə yanaşar, şəfqət göstərər, onları diqqətlə, səylə müalicə edər, tez sağaldıb cəbhəyə qaytarmaq üçün qüvvə və bacarığını əsirgəməzdi. Ən ağır vəziyyətdə olanlara belə ürək-dirək verər, onları ruhdab düşməyə, bədbinliyə qapılmağa qoymazdı.

Xəstənin, yaralının müalicənin başa vurub sağ-salamat cəbhəyə yola düşməsi həkim üçün ən dəyərli mükafat idi. Qumru xanım belə "mükafatlarla" çox layiq görülüb. Lakin dövlət də xalqımızın Həcər qeyrətli bu mərd qızının zəhmətini və igidliyini yüksək qiymətləndirilib. Onun sinəsində ondan artıq döyüş ordeni və medalı parçalıyırdı. Sinəsində parlayan Qırmızı Ulduz ordeni yüzlərlə yaralı əsgərin təşəkkür və minnətdarlığının bariz ifadəsi və nişanəsi idi.

"Döyüş xidmətlərinə görə", Qafqazın müdafiəsinə görə" və s. medalları müharibə illərində əsgər və zabitlərin həyatları uğrunda mübarizəsinin şirin mükafatı, çəkdiyi zəhmətin əvəzsiz bəhrəsi idi. Hər dəfə bir yaralı əsgər və zabit görəndə, saçına dən düşmüş hər əsgər sağalanda, cəbhədən qələbə sədası eşidəndə qoluna qüvvət, gözünə işıq gələrdi.

Müharibədən sonra Q. Teymurova Qırmızı Bayraqlı Xəzər Donanmasının tibb müəssisələrində xidmətin davam etdirmiş, 1951-ci ildən Azərbaycanın hərbi komissarlığında xidmət göstərməyə başlamışdır. Burada da o, orduda xidmət üçün tibb kadrlarının hazırlanması, əsgəri xidmətə çağrılan çağırışçıların tibbi müayinədəb keçirilməsi və müalicə edilməsi sahəsində çox məhsuldar işləmişdir.

1967-ci ildə ordudan buraxılandan sonra o, 1979-cu ilədək, yəni ömrünün axırınacan Mərkəzi hövzə polikinikasında endokrinoloq həkim işləmişdir. Qumru xanım ordu sıralarında 30 ildən çox xidmət etmiş yeganə azərbaycanlı qadın idi.

Mənbə

  • Həmidov Ə. Loğmanlar yurdu. Bakı, İşıq, 1991,
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Qumru Teymurova is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Qumru Teymurova
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes