Parviz Gasimov
Quick Facts
Biography
Pərviz Qasım oğlu Qasımov (28 aprel 1991, Bakı) — Azərbaycan xanəndəsi, müəllim, Televiziya Muğam Müsabiqəsi və Beynəlxalq Muğam Müsabiqəsinin qalibi, Prezident təqaüdçüsü.
Həyatı
Pərviz Qasım oğlu Qasımov 1991-ci il 28 apreldə Bakıda doğulub. Əslən Abdal Gülablı kəndindəndir. 2001-ci ildə Respublika İncəsənət Gimnaziyasına daxil olub. İlk müəllimi xalq artisti Əlibaba Məmmədov və xalq artisti Elmira Rəhimova olub. 2008-2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. Universitetdə müəllimi əməkdar artist Ruzə İbişova olub. 2017-ci ildə iştirak etdiyi Televiziya Muğam Müsabiqəsində birinci yerə layiq görülmüşdür. 2017-ci ildən Təyyar Bayramovun tələbəsidir. Eyni ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. 2018-ci ildə Beynəlxalq Muğam Müsabiqəsinin qalibi olub. 2019-cu ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” festivalına qatılıb. 75 ölkənin qatıldığı festivalda Pərviz Qasımov birinci yerə layiq görülmüşdür. Hal-hazırda Azərbaycan Milli Konservatoriyasında müəllim işləyir. Ailəlidir, bir oğlu var.
Uğurları
- Televiziya Muğam Müsabiqəsinin qalibi (2017)
- Beynəlxalq Muğam Müsabiqəsinin qalibi (2018)
- “Şərq təranələri” musiqi festivalının qalibi (2019)
Diskoqrafiya
Mahnıları
- Ana Yurdum
- Qal Sənə Qurban
- Var gülüşündə
- Vətən gözəl
- Yaşa məhəbbətim
- Yaşayıram el üçün
- Aldandın şöhrətə
- Anama deyin
- Ay bəri bax
- Dərdin alım
- Bahar Sənsiz
- Menim Azərbaycanım
- Naz et
- Olmalıydın, olmadın
- Sarı gəlin