peoplepill id: oqtay-samil
OS
Azerbaijan
2 views today
2 views this week
Oqtay Samil
Azerbaijani poet

Oqtay Samil

The basics

Quick Facts

Intro
Azerbaijani poet
Work field
Gender
Male
Place of birth
Bico, Azerbaijan
Age
80 years
The details (from wikipedia)

Biography

Şamilov Oqtay İmanqulu oğlu — şair, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1988).

Həyatı

Oktay Şamil 1944-cü il fevralın 17-də Ağsu rayonunun Bico kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1950-1960). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1962-1967).

Əmək fəaliyyətinə Şamaxı rayonu Həmyə kənd səkkizillik məktəbində müəllim kimi başlamışdır (1967-1968). "Yeni Şirvan" rayon qəzeti redaksiyası nəzdində yerli radio verilişləri şöbəsində təşkilatçı müxbir (1968), Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında incəsənət şöbəsinin əməkdaşı kimi çalışmışdır (1969-1970). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Uşaq" və "Gənclik" redaksiyalarında şöbə müdiri və baş redaktor müavini işləmişdir.

İctimai məzmunlu ilk ciddi yazısı "Şamaxı" adlanır (1963). Ədəbi aləmə 1965-ci ildən dövri mətbuatda çap etdirdiyi şeirlərlə daxil olmuşdur. Əsərləri "İstoki" almanaxında, "Molodaya poeziya Azerbaydjana" antologiyasında işıq üzü görmüşdür. "İstək" adlı ilk kitabçası 1970-ci ildə çap olunmuşdur. Türkiyədə Diyanət Vaqfının ilk dəfə təşkil etdiyi micat yarışında xüsusi mükafata layiq görülmüşdür (1991). İran, Türkiyə, Bolqarıstan, Suriya mətbuatında şeirləri dərc olunmuşdur.

Oktay Şamil 1988-ci ildən SSRİ Yazıçılar İttifaqının (indiki Azərbaycan Yazıçılar Birliyi) üzvüdür. Yazıçılar Birliyində 2 il Şirvan bölgəsinə rəhbərlik etmişdir (2003-2004). Bir il Yazıçılar Birliyi bədii tərcümə mərkəzində tərcüməçi işləmişdir (2005).

Oktay Şamilin sözlərinə bəstəkarlardan Elza İbrahimova, Eldar Mansurov, Tofiq Babayev, Ruhəngiz Qasımova mahnılar bəstələmişlər ("Sevgimiz elə bu qədərmiş", "Qayıt ana", "Yox, mən səni görməmişəm", "Bağışla", "Narıncı dünya", "Suraxanı", "Sevgi nədir bilərsən", "Bəyaz gecələr" və s.). Bu mahnıları xalq artistləri Flora Kərimova, İlhamə Quliyeva, Yalçın Rzazadə, Azər Zeynalov, "Qaya" vokal kvarteti, Səməd Səmədov, Türkiyəli müğənni Hayfı, bolqar müğənnisi Lili İvanova və başqaları ifa etmişlər. Oktay Şamilin mahnıları, eləcə də şeirlərindən ibarət poeziya buketi Azərbaycan radiosunun qızıl fondunda saxlanılır. "Sevgimiz elə bu qədərmiş" mahnısı Flora Kərimovanın ifasında qramofon valına yazılmışdır (1984).

Oktay Şamil 5 şeir kitabının və 1 seçilmiş əsərlər toplusunun müəllifidir.

Əsərləri

  1. İstək. Bakı: Gənclik, 1970, 33 səh.
  2. Girdmandan gələn səs. Bakı: Yazıçı, 1984, 99 səh.
  3. Tut ağacı. Bakı: Gənclik, 1985, 23 səh.
  4. Sözün gerçəkliyi (şeirlər). Bakı: Yazıçı, 1989, 64 səh.
  5. Sevgimiz elə bu qədərmiş. Bakı: Ağrıdağ, 2000
  6. Azadlığın quşqonmazında ay haləsi. Bakı: Şirvannəşr, 2010
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Oqtay Samil is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Oqtay Samil
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes