Oqtay Eynullayev
Quick Facts
Biography
Oqtay Ədməd oğlu Eynullayev - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının zabiti.
Həyatı
Oqtay Eynullayev 9 dekabr 1970-ci ildə Cəlilabad rayonununGöytəpə qəsəbəsində müəllim ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində 1987 - 1991-ci illərdə Ali Hərbi Məktəbdə təhsil alıb.Biz də şəhidin ailəsinə baş çəkmək üçün doğulub boya-başa çatdığı Göytəpə qəsəbəsində yerləşən ata evinə yollandıq. İlk diqqətimizi çəkən də məhz şəhidin ailəsinin yaşadığı küçənin onun adını daşıması oldu. Bizi qardaşı Altay qarşıladı və evə daxil olduqdan sonra, şəhidin anası Səyyarə xanımla görüşüb, Oqtayla bağlı xatirələri varaqladıq. Birinci dəfə xidmətə Naxçıvan şəhərində başladı...Anası Səyyarə xanım o günləri dünən kimi xatırlayır:- 1991-ci ildə Ali Hərbi Məktəbi bitirdikdən sonra Azərbaycana qayıtdı. Oqtay zabit kimi xidmətə Naxçıvan şəhərində başladı. 6 ay Naxçıvan şəhərində xidmət etdikdən sonra Bakının Biləcəri qəsəbəsində yerləşən Daxili Qoşunlarda xidmətinə davam etdi. Həmin vaxtı Qarabağ döyüşləri başladığından Oqtay da döyüşə yollandı. İlk döyüşü Zəngilan şəhərinin müdafiəsindən başladı...- Oqtayın ilk döyüşü Zəngilan şəhərinin müdafiəsindən başladı. Döyüşdə göstərdiyi şücaətə görə bir neçə dəfə təltif də olunmuşdu. Sonra Tərtər şəhərində döyüşlərə başladı və Ağdərə istiqamətində gedən döyüşlərdə qolundan yaralandı. Hospitalda yatdı, sağalandan sonra evə də gəldi. Bizimlə görüşəndən sonra yenidən döyüşə qayıtdı. Ağdama gedəndə Oqtaya nişan şirnisi aparmışdım...- Oqtay Zəngilan şəhərindən sonra Ağdam şəhərinə yollandı. Ağdamın Salahlı kəndində gedən döyüşlərdəiştirak edirdi. Yanına getmişdim, on dəqiqə Oqtayla görüşdüm. Qonşuda nişan olmuşdu, oradan konfet götürmüşdüm, Oqtaya da verdim, dedim ki, bu il İnşallah nişanlayaram səni. Füzulidə başından yaralanaraq şəhid oldu...- 1994-cü ildə Oqtay Füzulinin Horadiz kəndində xidmət edirdi. Elə olur ki, yanvar ayının 12-də atışma başlayır və Oqtay döyüş tapşırığı hazırlayarkən, elə masa arxasında başından aldığı qəlpə yarası ilə ağır yaralanır. Oradan Oqtayı Bakıya xəstəxanaya gətirirlər və orada müalicə alır. Bizə yanvar ayının 19-da xəbər verdilər ki, bəs Oqtay yaralanıb, Bakıda xəstəxanadadır. 20 yanvar günü torpağa tapşırdıq... -Biz atasıyla və atsının dostlarıyla ora çatanda artıq gec idi, Oqtay şəhid olmuşdu. Həmin axşamı Oqtayı evə gətirdik. Gecə dəfn etmək istədilər, qoymadım. Səhərə kimi Oqtayın başını dizimin üstünə qoyub lay-lay dedim, başını sığalladım. Ona heç nə olmamışdı, bədəni tər-təmiz idi, bircə gicgahından qəlpə dəydiyindən iki yerdən tikmişdilər. 20 yanvar günü Oqtayı yaşadığımız qəsəbədə yerləşən qəbristanlıqda dəfn etdilər. Oqtaydan sonra iki dəfə əməliyyat keçirdim...- Oqtaydan sonra hər şey alt-üst oldu. İki dəfə ürəyimdən əməliyyat keçirdim. Atası iki il öncə ürək tutmasından vəfat etdi. Həmişə istəyirəm ki, evdə tək qalım və onunla öz-özlüyümdə danışım! İndi evdə balaca nəvəm var, adını Oqtay qoymuşuq. Beş yaşı var balaca Oqtayın, inanırıq ki, o da əmisi kimi vətənə layiqli bir övlad olacaq.- Səyyarə xanımsonda bizə minnətdarlığını bildirir…- Çox sağ olun ki, qapımızı açıb bizimlə maraqlanırsınız. Allah işinizi avand eləsin. Allah vətənimizə həmişə sülh, əminamanlıq gətirsin!