peoplepill id: nofal-tairzade
NT
Russia
5 views today
5 views this week
Nofal Tairzade
architect

Nofal Tairzade

The basics

Quick Facts

Intro
architect
Places
Work field
Gender
Male
Place of birth
Qabala District
Place of death
Russia
Age
22 years
The details (from wikipedia)

Biography

Nofəl Şərif oğlu Tahirzadə — Sovet dövründə Azərbaycanda milli hərəkatçı, memar, rəssam və dissident.

Həyatı

Nofəl Şərif oğlu Tahirzadə 5 sentyabr 1955-də Qəbələ rayonunun Xırxatala kəndində anadan olub. Beşinci babası Məhəmmədtahir ağa Nəzirməhəmməd oğlundan (XIX yüzilin başlanğıcı) üzübəri bütün babaları xalqı savadlandırmaqla, yurddaşlarını Allah yoluna çağırmaqla məşğul olub – mollalıq və müəllimlik edib.

Ata babası Molla Yusif Baba oğlu (1899-1962) müdrik el ağsaqqalıydı, ana babası Molla Çərkəz əfəndiyəsə (1882-1970) təkcə Qəbələ mahalında yox, ətraf bölgələrdə də sonsuz ehtiram vardı. Atası – “Xalq maarifi əlaçısı” Şərif Tahirli (1929) 42 il millət balalarına savad verib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, 11 kitabın müəllifi olan Şərif müəllimi respublikada daha çox satirik şair kimi tanıyırlar. Anası Ruqiyyə xanım (1929-1992) yüksək təhsil almasa da övladlarının oxumasıyçün əlindən gələni etmiş geniş dünyagörüşlü və hədsiz qayğıkeş qadındı.

Nofəl Şərif müəllimin 4 övladından ikincisiydi. Ona 7 yaşınacan hamı «Afər» deyib, ancaq birinci sinifdə jurnal yazılanda üzə çıxıb ki, gerçək adı Nofəlmiş. Babası Yusif doğum şəhadətnaməsini alanda «Afər» yerinə «Nofəl» yazdırıbmış.

1972-ci ildə Xırxatala kənd orta məktəbini əla qiymətlərlə bitirən Nofəl ozamankı Əcəmi adına Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsinə qəbul olunub. 1977-ci ildə diplomunu alan kimi təyinatla Rusiyaya – Mordoviyanın mərkəzi Saransk şəhərinə göndərilib və "Mordovskqrajdanpro­yekt" (“Mordoviyamülkilayihə”) layihə institutunda işləməyə başlayıb. Məzuniyyət götürüb evə gəlməyinə bir neçə gün qalmış – 6 avqust 1978-də Saranskda bir göldə çimərkən müəmmalı şəkildə boğularaq həlak olub. (Bu işi sovet DTK-sının törətdiyinə ciddi gümanlar var). Cənazəsi avqustun 11-də ata yurduna gətirilərək dədə-baba məzarlığında torpağa tapşırılıb.

1975-ci il Nofəl Tahirzadənin həyatında və dünyagörüşündə ciddi dönüş ilidir. Elə həmin ildən onda Azərbaycanı gerçəkdən müstəqil etmək, onun öz ordusunu yaratmaq ideyası baş qaldırıb. Bu məqsədlə o, təkcə SSRİ-nin deyil, dünyanın aparıcı dövlətlərinin ordularını, onların silah növlərini, döyüş taktikalarını, ümumənhərbi işi peşəkar səviyyədə öyrənirdi. O, xəritələr üzərində də ciddi çalışır, hərbi və tarixi xəritələr çəkirdi.

Yaşıyla heç uyuşmayan heyrətamiz geniş dünyagörüşlü Nofəl Tahirzadə memar, rəssam, heykəltəraş, yazıçı, şair, tarixçi, dilçi, hərbçi kimi çox zəngin irs qoyub. Bu sahələrin bəzilərində o, həvəskar olsa da xüsusən memarlıq və rəssamlıqda yetərincə peşəkardı. Saransk şəhərində onun layihəsi üzrə bir neçə memarlıq işi istifadəyə verilib.

O, hələ orta məktəbdə oxuyarkən məzhəkəli səhnəciklər yazıb. Ən dəyərli bədii əsəri isə Babəkin həyat və çarpışmalarından danışan “Babək” tarixi povestidir (1975-1976). Şeirlərində Bəxtiyar Vahabzadənin güclü təsiri duyulur.

Nofəl qonşularımız gürcülər və ermənilər kimi bizim də əlifbamızın olmasını istəyirdi, buna görə də Azərbaycan milli əlifbasını yaratmışdı və demək olar ki, əksər qeydlərini bu əlifbada aparırdı. O, eksperimental dil üzərində də çalışırdı.

N.Tahirzadə 1975-ci ilin sentyabrında gələcək MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNİN gerbinin və bayrağının eskizlərini hazırlayıb!

Müstəqil Azərbaycanın Milli Ordusunun təşkili üzərində ciddi düşünən Nofəl hələ 1975-də (20 yaşında!) AZƏRBAYCAN ORDUSU QƏRARGAHININ SXEMİni yaradıb! Azərbaycan milli əsgər və zabitinin geyim forması və poqonu üzərində də o, çox düşünüb, xeyli eskizlər işləyib.

Hərbi ədəbiyyatın ana dilimizə çevrilməsinə, türkcəmizdə hərbi terminologiyanın yaradılmasına da böyük önəm verən N.Tahirzadə rusca çoxlu hərbi terminlərin dilimizdə qarşılığını tapıb, yaxud yaradıb.

Azərbaycanın müstəqil olacağına şübhə etməyən Nofəl 15-16 il öncədən buna hazırlıq görür, bu ideal uğrunda hay-küysüz, qışqırıqsız, heç kəsin diqqətini cəlb etmədən, ancaq bir an da dincəlmədən və həyatını təhlükəyə ataraq inadla çarpışırdı.

“Nofəl Tahirzadə – Müstəqil Azərbaycan Dövləti uğrunda mücahid” adlı kitabda (Bakı: "Nurlar", 2015) onun haqqında xatirələrlə yanaşı, özünün yazdığı və yaratdığı bədii-siyasi əsərlər, memarlıq, rəssamlıq, heykəltəraşlıq, dilçilik örnəkləri də toplanıb.

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Nofal Tairzade is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Nofal Tairzade
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes