Niyam Salami
Quick Facts
Biography
Niyam Salami (doğum adıyla: Niyaməddin Salam oğlu Səfərov; d. 15 fevral 1976, Masallı) — Azərbaycan müğənnisi
Həyatı
Səfərov Niyaməddin Salam oğlu 1976-ci il fevral ayının 15-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. 1982–1992-cü illərdə Masallı rayonu, Ərkivan kənd orta məktəbində təhsil almışdır. 1994–1996-ci illərdə Bakı şəhərində Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində rəssamlıq ixtisası üzrə tədris almışdır. 2009–2021-ci illərdə Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli ilə işbirlikləri olmuş, bəstəkardan vokal dərsləri almış və onun müğənni üçün bəstələdiyi 7 mahnısını ifa etmişdir.
Ailəsi
Atası Səfərov Salam İsmayıl oğlu 1956-cı ildə Masallı rayonundə Ərkivan kəndində anadan olmuşdur. Uzun illər Dəmir yollarında mexanik vəzifəsində çalışmışdır. 2001-ci ildə dünyasını dəyişib. Anası Səfərova Hacıxanım Fərhad qızı Astara rayonunun Kakalos kəndində anadan olmuşdur. Evdar qadın olmuşdur. 2019-cu ildə dünyasını dəyişmişdir.
Şəxsi həyatı
Subaydır. Övladı yoxdur.
Karyerası
İlk dəfə professional fəaliyyətini 1997-ci ildə bəstəsi Elşən Allahverdiyevə məxsus "Kim ağlayar görən məni" adlı mahnısını ifa edərək, həmin il də eyniadlı "Kim ağlayar görən məni" albomunu buraxaraq solo karyerasına başlamışdır.
Azərbaycanın tanınmış bəstəkarları ilə birgə fəaliyyət göstərərək, Nailə Mirməmmədli, Fidan Süleymanova, Hacı Nazim, Rəhim Rəhimli, Xanım İsmayılqızı kimi bəstəkarların ona yazılmış yeni mahnılarını ifa etmişdir.
2018-də Türkiyədə Bodrum şəhərində, tanınmış türk sənətçisi Fateh Erkoçun özəl konsertində çıxış etmişdir.
2019-cu ildə Türkiyənin populyar müğənnisi və bəstəkarı Cansevər ilə duetləri və işbirliyi olmuşdur. 2022-ci ildə yeni layihələri də gözlənilir.
Bir çox dövlət tədbirlərində, Heydər Əliyev Sarayında çıxışları olmuşdur.
Azərbaycan Respublikasının Xalq artisti Röya Ayxan, tanınmış müğənnilər Səidə Sultan, Aynur Dadaşova, Mətanət Əsədova, Nurlan Təhməzli, Rüfət Axundov və reper Dado ilə duetləri olmuşdur.
2002-ci ildə "Subaylıq-sultanlıq", 2005-ci ildə "Ay ürək", 2009-ci ildə "Dön gəl", 2012-ci ildə "Sana haram eller deymiş", 2017-ci ildə "Bir şans ver", 2018-ci ildə "Günahkar", 2019-cu ildə "Çağırma məni", 2021-ci ildə "Anlamı nədir dünyanın" adlı mahnılarını ifa edərək populyarlıq qazanmışdır.
2015 və 2019-cu illərdə Azərbaycanın ən populyar yarışması olan Maşın Şouda iştirak etmişdir.
2021-ci ildə ARB TV-də özünün müəllif və aparıcı oluğu "Salami Şou" teleşousu ilə televiziyada çalışmışdır.
Hal-hazırda professional solo karyerasını davam etdirir. Biznes sahəsində isə öz adı ilə fəaliyyət göstərən restoranlar şəbəkəsini işlətməkdədir.
Diskoqrafiyası
Albomlar
- "Gözüm səni axtarır" (1997)
- "Haram əllər" (2012)
- "Bir şans ver" (2017)
- "Zəfər marşı" (2022)
Sinqllar
- "Subaylıq — sultanlıq"
- "Ay ürək" (duet, Röya Ayxan){
- "Dön gəl",
- "Sana haram eller deymiş",
- "Bir şans ver"
- "Günahkar"
- "Çağırma məni"
- "Anlamı nədir dünyanın"
- "Karusel"
- "Gözəllər"
- "Qonağam bu şəhərdə mən"
- "Ədalətətsiz"
- "Без меня"
- "Mən xəstə, sən də xəstə"
- "Danışmadan keç"
- "Yandır yax"
- "Gecələr"
- "Sevgimi qaytar"
- "Yenə mənsiz"
- "Unut məni"
- "Ben yaşacayam"
- "İnanmazdım"
- "Birimizi seç" (duet, Rüfət Axundov)
- "Без меня"
- "Zəfər marşı"
- "Neynəyə billəm" (duet, Aynur Dadaşova)
- "Yetiş ya Muhammed, Yetiş ya Ali"
- Rollardasın sadece (duet, Cansever)