Nikolay Ryabov
Quick Facts
Biography
Nikolay Ryabov (rus. Никола́й Ря́бов; doğ. 9 dekabr 1946, Salsk, Rostov vilayəti, RSFSR, SSRİ) — Rusiya dövlət xadimi, diplomat. Fövqəladə və Səlahiyyətli səfir (1996).
Həyatı
Aleksandr Bloxin 1946-ci il dekabrın 9-da Rostov vilayətinin Salsk şəhərində anadan olub. O, Salsk Kənd Təsərrüfatı Texnikumunu bitirib. 1966-cı ildən 1977-ci ilə kimi Budennı adına at zavodunda traktorçu kimi çalışıb. 1972-1973-cü illərdə "Salskselmaş" zavodunda mühəndis vəzifəsində işləyib. 1973-1990-cı illərdə Salsk Kənd Təsərrüfatı Texnikumununda müəllim və direktor müavini işləyib. 1979-cu ildə Rostov Dövlət Universitetinin (axşam şöbəsi) hüquq fakültəsini bitirib.
Siyasi fəaliyyəti
- 1990—1991 — RSFSR Ali Sovetinin qanunvericilik üzrə komitəsinin alt komitəsinin sədri.
- 2 oktyabr 1991 — 23 dekabr 1992 — Rusiya Ali Sovetinin Respublika Şurasının sədri.
- 14 dekabr 1992 — 23 sentyabr 1993 — Rusiya Federasiyası Ali Sovetinin sədrinin müavini.
MSK rəhbərliyi
- 24 sentyabr 1993 — 14 noyabr 1996 — Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri.
1993 və 1995-ci illərdə Dövlət Dumasına keçirilən seçkilərdə və 1996-cı il prezident seçkiləri zamanı seçki prosesinə rəhbərlik edib.
Diplomatik fəaliyyəti
- 12 noyabr 1996 — 9 sentyabr 2000 — Rusiya Federasiyasının Çexiyadakı Fövqəladə və Səlahiyyətli səfiri.
- 9 sentyabr 2000 — 19 oktyabr 2004 — Rusiya Federasiyasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri.
- 19 oktyabr 2004 — 27 iyul 2007 — Rusiya Federasiyasının Moldovadakı Fövqəladə və Səlahiyyətli səfiri.
2007-ci il iyulun 27-də Moskvaya geri çağırıldıqdan sonra isə təqaüdə çıxıb.
Şəxsi həyatı
Ailəlidir, bir oğlu var.
Diplomatik rütbəsi
- Fövqəladə və səlahiyyətli səfir (12 noyabr 1996).