Nemat Basir
Quick Facts
Biography
Nemət Bəsir (tam adı: Nemət Ağabala oğlu Hacıyev; 20 mart 1889, Balaxanı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1943, bilinmir) — şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həyatı
Hacıyev Nemət Ağabala oğlu 1889-cu il martın 20-də Bakı quberniyasının Balaxanı kəndində anadan olmuşdur. İbtidai təhsilini mədrəsədə almışdır. Kiçik yaşlarından bədii ədəbiyyata güclü meyl göstərmişdir.
Mirzə Ələkbər Sabirlə Balaxanı kənd məktəbində işləməsi və dostluq əlaqəsi onda yazıb-yaratmaq həvəsi oyatmışdır. Şerlərini "Dəli Nemət", "Əyyar", "Məşəl", "Köhnə Əyyar" gizli imzalan ilə dərc etdirmişdir. Onun şerlərindən xoşlanan M.Ə.Sabir rəvayətə görə ona "Bəsir" təxəllüsünü vermişdir. İnqilabdan əvvəl dövri mətbuatda müntəzəm çıxış etmiş, bir sıra kitabları nəşr olunmuşdur.
Repressiyaya məruz qalmış şair Sibirə sürgün edilmişdir. Bəzi mülahizələrə görə, sürgündən qayıdarkən yolda acından və soyuqdan vəfat etmişdir. Qəbrinin yeri bilinmir. Bəzi mülahizələrə görə, Balaxanıda dəfn edilmişdir.
Əsərləri
- Aləmi-nisvan. Bakı: Elektrik mətbəəsi, 1910;
- Fəryad. Bakı: Kaspi mətbəəsi, 1910;
- İki nakam (vaqe olmuş bir əhvalatı təsvir edən aşiqanə bir romandır). Bakı: Məktəb elektrik mətbəəsi, 1916;
- Rümuzat (əşari mütəfərriqə). Bakı: Orucov qardaşlarının mətbəəsi, 1915.
Ədəbiyyat
- Hüseyn Həşimli. Nemət Bəsir və onun “İki nakam” romanı. “Azərbaycan” jurnalı, 1998, № 8,s.158-161
- Hüseyn Həşimli. Unudulmuş şairin poetik dünyası. Naxçıvan Müəllimlər İnstitutu “Xəbərlər”, 2006, № 2, s. 42-47
- Hüseyn Həşimli. Unudulmuş şair Nemət Bəsir. “Azərbaycan” jurnalı, 2007, № 9, s. 167-171
- Hüseyn Həşimli. Unudulmuş şair Nemət Bəsirin lirikası. Naxçıvan Dövlət Universiteti “Elmi əsərlər”, humanitar elmlər seriyası, 2014 , № 5, s.14-22
- Hüseyn Həşimli. Unudulmuş şairin dəyərli poetik irsi. "525-ci qəzet".- 2014.- 8 may
- Hüseyn Həşimli. Unudulmuş şair Nemət Bəsirin lirikasında multikulturalist motivlər. Bakı Slavyan Universiteti “Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” beynəlxalq elmi konfransın materialları, I hissə, Bakı: Mütərcim, 2016, s.370-372