Natiq Qocayev
Quick Facts
Biography
Natiq Vəli oğlu Qocayev (d.5 sentyabr 1972, Baki ş.) — jurnalist, "Tərəqqi" medalı mükafatçısı.
Həyatı
1972-ci il 5 sentyabrda Baki şəhərində ziyallı ailəsində anadan olub.Atası Vəli Qocayev, fizika-riyaziyyat elmləri üzrə professor, Azərbaycan Memarlıq və İnşaat Universitetide 50 ilə yaxın çalışmışdır.
Natiq Qocayev Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almışdır.
24 fevral 2019-ci il tarixində Bakı şəhərində vəfat edib.
Əmək fəaliyyəti
Jurnalist Natiq Vəli oğlu Qocayev 1998-ci ildən bəri fasiləsiz olaraq Azərbaycan mətbuatında çalışır. Bu müddət ərzində o,Natiq Qocaman təxəllüsü ilə "Polis", "Serial" qəzetlərində, həmçinin müstəqil Azərbaycanın ictimai-siyasi həyatını mətbuat səhifələrində müntəzəm olaraq və obyektiv şəkildə şərh etmişdir.
2011-ci ildən fəaliyyətə başlayan "Mediainfo" xəbər agentliyi N.V.Qocayevin rəhbərliyi ilə müstəqil Azərbaycanın bugünkü uğurlarını təhlil və təbliğ edir.Ermənistan və AzərbaycanRespublikalarının milli qəhrəmanlarınınmüqayisəlişəkildətəhlilini əks etdirən yazı isə Türkiyə mətbuatının diqqətini cəlb etdiyindən, CNN Türk, DHA müxbirləri adıçəkilən məqalə barədə xüsusi süjet hazırlamışlar. Müəllifin sosisal məsələləri əks etdirən, tolerantlıq, gender mövzularını əhatə edən yazıları bir neçə dəfə KİVDF-nin mükafatına və diplomuna layiq görülmüşdür.
Natiq Qocaman uzun müddət ölkənin ən populyar qəzeti olan ”Oxu məni” qəzetinin təsisçisi və baş redaktoru vəzifəsində çalışıb. Mediapress İnformasiya Agentliyinin baş redaktoru olub.
Mükafatları
- Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 15 iyul tarixli 1322 nömrəli Sərancamı ilə Qocayev Natiq Vəli oğlu "Tərəqqi" medalı ilə təltif edilmişdir.
- Bir neçə KİVDF-nin mükafatına və diplomuna layiq görülmüşdür.