peoplepill id: nasrullah-xan-kahardli
NXK
Iran
5 views today
5 views this week
Nasrullah xan Kahardli

Nasrullah xan Kahardli

The basics

Quick Facts

Places
Work field
Gender
Male
Birth
Place of birth
Kahard, Razan Rural District, Central District, Iran
Death
Age
46 years
The details (from wikipedia)

Biography

Nəsrullah xan Kahardli (1892-1938) — "Fani" təxəllüsü ilə Azərbaycanın, 14-cü əsr (Hicri şəmsi) şair, rəssam, heykəltaraş və növhə janrında yazan yazıçılarındandır ki, Rəzən şəhristanının Kahardkəndində dünyaya gəlmişdir. 1938-ci ildə, 46 yaşında ürək çatışmazlığından vəfat etmişdir.

Yaradıcılıği

آچولدئ چؤللَردَه چيچَك/Açıldi çöllərdə çiçək

نوباهار اوْلدئ آچوْلدي گَنَه چؤللَردَه چيچَك/Nobahar oldu açıldi yenə çöllərdə çiçək

هابولوت سَسلَه دئ اوَّلدَه منيمدور گؤبَه لَك/Habulut səslədi əvvəldə mənimdir göbələk

حاجي‏لئيلَكلريموز چيْخديْلا پروازَه تامام/Hacı leyləklərimiz çıxdıla pərvazə tamam

قيْرجانا- قيْرجانا يان ـ يان يئرييوْر قاز ، اؤردَه‏ك/Qırcana-qırcana yan-yan yeriyir qaz, ördək

قازالاقلار هَرَه بير يئردَه سالوبلار لانا/Qazalaqlar hərə bir yerdə salıblar lana

ساغساغان قويروغونا باغلاديْ بيرجَه دؤگَجَك/Sağsağan quyruğuna bağladı bircə döyəcək

گؤر سيْغيْرچين چَكوري شاخ ـ ي صينوبردَه نَوا/Gör sığırçın çəkiri şax-i sinobərdə nəva

قاشلارون وَسمَه‏لييوب كَكليگ ، ايدوب ياخشيْ بَزَك/Qaşların vəsmələyib kəklik, edib yaxşı bəzək

اوْت بيتوب چؤلدَه ، چمنلَردَه اوْلوب چيشمَه روان/Ot bitib çöldə, çəmənlərdə olub çeşmə rəvan

چيْخدي اوْ نازلو ناخورچي گَنَه اَلدَه دَگَنَگ/Çıxdi o nazli naxırçi yenə əldə dəyənək

كَند ديلبرلَري چيْخدي قيْشيْن آستدان شادان/Kənd dilbərləri çıxdi qışın astdan şadan

ووردولار ناز ايلَه نازيك كمَرَه ييْرتيق اَتَك/Vurdular naz ilə nazik kəmərə yırtıq ətək

بيريسئ قلبيرئ گؤتدي چؤلَه گيتدئ اوْدونا/Birisi qəlbiri götdü çölə getdi oduna

بيريسي چَمرَلَه‏نوب ايْسلادي ايويندَه تَزَك/Birisi çəmrələnib islatdi evində təzək

جمع ايدوب كؤلفتيني كَرمَه‏ني سَردئ گونئييَه /Cəm edib kölfətini kərməni sərdi güneyə

بيريسي دامدا سَروب چوْخلو قئييخ گؤزلوري تَك/Birisi damda sərib çoxlu qeyyix qözlüri tək

بيريسئ يوْخدو بيزووچي يايوْري چؤلدَه بيزوو/Birisi yoxdu bizovçu yayıri çöldə bizov

بيريسئ يوْخدو ساغونچي ساغوْري كندي اينَك/Birisi yoxdu sağınçi sağıri kəndi inək

بيرئ خامَه اگيرور گوندَه آلوْر ايككي شاهي/Biri xamə əridir gündə alır ikki şahi

بيرئ يوْرقان سَرييور گوندَه يئيَه‏ر بيرجَه چؤرَك /Biri yorğan səriyir gündə yeyər bircə çörək

بيرئ ايگ اَلدَه دگيرمانا داغارجوخ دالدا/Biri ig əldə dəyirmana dağarcıq dalda

بيرئ ايپ بئلدَه كؤلؤنگ اَلدَه و دالوندا وَرَه‏ك/Biri ip beldə külüng əldə və dalında vərək

بيريسئ دامدا گونئيدَه يامورو پالتارونو/Birisi damda güneydə yamuru paltarıni

بيريسئ ليفتَه‏سينئ بيتليرئ يانوندا كؤپَك/Birisi liftəsini bitliri yanında köpək

بيرئ آسموْش قازانو شام ايچو يونجا پيشيرور/Biri asmış qazanı şam üçün yonca pişirir

بيرئ ياتموْش يوْخودا بلكَه گؤرَه تاززَه چؤرَك/Biri yatmış yuxuda bəlkə görə tazə çörək

بيريسئ آجدو ز بس ايرتَه‏ليدَن كرمَه ياپوپ/Birisi acdi əz bəs irtəlidən kərmə yapıb

بيريسئ توْخدو ياتوب ، بس كي يئيوب دادلو كؤتَك/Birisi toxdu yatıb, bəs ki yeyib dadlı kötək

ايشيدوبلَر كئ ايياق‏قابي وار عالمدَه ولي/Eşidiblər ki ayaqqabı var aləmdə vəli

اؤزينو گؤرمييوب آديْني قوْيوبلار چؤستَك/Özünü görməyib adıni qoyublar çöstək

بيريسئ داغليْيوب و باغلوْري داب باني چاتون/Biri dağliyib və bağlıri dab bani çatın

بيريسئ زينت ايچون باشَه سالوْر كؤهنَه لَچَك/Birisi zinət üçün başə salır köhnə ləçək

بيرئ وورموش اَري سيْنميش باشيْ قانيْ تؤكولور/Biri vurmuş əri sınmış başi qanı tökülür

قوْيوب اوْ تالوقا شئيطان تورودان بير كؤلچَك/Qoyub o taluqa şeytan torudan bir kölçək

جمع اوْلوب قازياغي دَرماغا گيدوللَر قيزلَر/Cəm olub qazyağı dərmağa gedillər qızlar

هَرَه‏سئ بير ـ بير ايلَه ائيليري بير نوع هَنَك/Hərəsi bir-bir ilə eyliri bir növ hənək

بيرئ اوْينار بيرئ ييرلَر بيريسئ مئللاق اوچار/Biri oynar biri yirlər birisi məllaq uçar

اوستوخانلار قيْزار اوْل دَم كئ چالوللار كله نَك/Ostoxanlar qızar ol dəm ki çalırlar kələnək

. . . . .

Qaynaqlar

  • هفته نامه « سينا » ( چاپ استان همدان ) شماره 159 ( 2 / 7/ 1387 ) Sina həftəliyi
  • رشیدی همدانی.گزیده اشعار نصرالله خان اصلانی
  • پرویز محمدی. مقاله « بيا با هم در باغهاي شعر نصرالله‏خان فاني قدم بزنيم »
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Nasrullah xan Kahardli is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Nasrullah xan Kahardli
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes