peoplepill id: namiq-cavadov-1
NC
Azerbaijan
5 views today
6 views this week
The basics

Quick Facts

Gender
Male
Place of birth
Khojaly, Khojaly District, Azerbaijan
Place of death
Lachin District, Azerbaijan
Age
46 years
The details (from wikipedia)

Biography

Namiq Rəhbər oğlu Cavadov (7 noyabr 1973; Xocalı, Azərbaycan SSR — 25 oktyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı

Namiq Cavadov 1973-cü il noyabrın 7-də Xocalı şəhərində anadan olub.

İkinci Qarabağ müharibəsinin şəhidlərindən biri olan Namiq Rəhbər oğlu Cavadov 1973-cü ilin noyabr ayının 7 də Xocalı rayonunun Cəmilli kəndində anadan olmuşdur. Şəhidimiz leytenant Namiq Cavadov 1980 ci ildə Tofiq Hüseynov adına Xocalı şəhər 2 saylı tam orta məktəbin 1 ci sinifinə qəbul olmuşdur.Oxuduğu illər ərzində vətənpərvərliyi ilə seçilən Namiq, elə həmin vaxtdan öz millətinə, dövlətinə bağlılığı ilə seçilirmiş. Nümunəvi şagird kimi müəllimləri tərəfindən hər zaman sevilən, dürüstlüyü və dostluğu ilə sinif yoldaşlarının özünə  ən yaxın bildiyi biri olmuşdur.Vətənə, torpağa uşağlıqdan bağlı olan Namiq 16 yaşında, Qarabağda döyüşlər gedən ərəfədə əsgərliyə heç kimin xəbəri olmadan könüllü getmişdir.

1993-cü ildə BDU-nin coğrafiya fakültəsinə daxil olmuşdur. 1997 ci ilə qədər davam edən ali təhsili zamanı həm də həmin universitetin hərbi kafedrasında da təhsil almışdır.

Bu bağlılığı hər zaman dilinə gətirən , Qarabağ həsrəti ilə ürəyi döyünən şəhidimizin ən böyük arzusu bu torpaqları bir daha görmək idi.Hər zaman  deyirdi ki, torpaqlarımızı geri qaytarmalıyıq. Ərazilərimiz düşməndən təmizlənməlidir. Getdiyi bütün yerlərdə özünə dost tapmağı bacarırdı Namiq, deyən-gülən, şən biri kimi xatırlayır dostları onu.

Hər zaman üzündə gülüş olsa da, daxilində qəbul etmədiyi onu üzən hadisələrdə az olmamışdı.2012 ci ildə atası Rəhbər Cavadovu itirmişdir.

Namiq Böyük vətənpərvər idi. Vətənə, ailəsinə, anasına və balalarına çox bağlı idi. Amma vətən, yurd, doğma torpaq sevgisi Namiq üçün ən öndə gedən sevgi,  ən uca tutduğu bağlılıq idi.

1997 ci ilə ailə həyatı quran Namiqin 2 övladı var.Qızı Fidaın 22 yaşı, oğlu Rəhbərin 20 yaşı var. Namiq övladlarını da çox vətənpərvər böyüdüb. Övladları da özü kimi çox vətənpərvərdir. Oğluna uşağ vaxtı hərbi geyimlər alırdı. Hər zaman Qarabağın gözəlliyindən onlara bəhs edər, o torpaqları övladlarının da görməsini arzu edərdi.

Leytenant Cavadov 2003-cü ildə Naxçıvan şəhərinin Sədərək rayonunda 2 il 6 ay vətənə xidmət etmişdir. Xidmət etdiyi zaman əsgərlərinin və zabit heyətinin dərin hörmətini qazanmışdır. Namiqlə olan xatirələrdən danışan zabit yoldaşları onun səlisliyi, dəqiq qərarlığı, əsgərlərinə necə diqqətlə yanaşmasını , onlara canının bir qardaş bir valideyn kimi yanmasını dilə gətirir.Öz ixtisasının atıcı-snayperçi olmasına baxmayaraq tank sürməyi, mina dəf etməyi bacarırmış. Əsgərlərinə ən çətin şəraitdə belə səbrli olmağı, ac və susuz dözümlü qalmağın dərsini öyrədirmiş.

Hər zaman işğal olunmuş torpağların həsrətindən danışan, müharibə olmağını səbrsizliklə gözləyən Namiq şəhidlik zirvəsinin ucalığından, müqəddəsliyindən hər zaman danışardı. Gerbinə, bayrağına düşkün olan Namiq hər zaman milli atributları əziz tutub hər şeydən uca bilirdi.47 yaşlı bu şəhidimizin ləyaqətli həyat tarixcəsindən bütün onu tanıyanlar, qohumları,qonşuları,dostları ağızdolusu danışır. “O qədər həya sahibi idi ki, onun nəlayiq kəlmə bildiyinə şübhəm var.”Onun zəhmətkeşliyi, ədəbli-ərkanlı biri olması heç vaxt yaddaşımızdan silinməyəcək.Yoldaşı Gültəkin xanım və anası Svetlana xanım onun haqqında danışarkən, necə səxavətli, xeyirxah bir insan olmasından bəhs etdilər. Şəhidimizin dostları, qohumları arasında necə sevildiyindən o qədər danışdılar ki, bir daha əmin olduq ki , şəhidlik zirvəsinə yalnız seçilmişlər yüksəlir.. Balalarına bütöv vətən əmanət qoyub gedən şəhidimiz, haqqınız ödənməz!

Şəhidimiz Namiq ömrünü xalqına qulluqda gördü və həyatını da Azərbaycanımızın, vətənimizin bütövlüyünə görə qurban verməkdə gördü!

Hərbi xidməti

Azərbaycan Ordusunun leytenantı olan Namiq Cavadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin,Qubadlının, Xocavəndin və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Döyüşlər başlayandan könüllü kimi getməyin mübarizəsini aparıb. Könüllülərin aparılması dayandırılsa da, dəfələrlə Xocalı rayon Hərbi Komissarlığına müraciət edərək onu da aparmaqlarını xahiş edib. Leytenant Namiq Cavadov yaşının 35 dən yuxarı olmasına baxmayaraq Səfərbərlik Xidmətinə  çoxsaylı müraciətlər etməsinin nəticəsində İkinci Qarabağ, İkinci Qarabağ müharibəsinə könüllü olaraq oktyabrın 19-u  çağırılmışdır. Hərbidən ayrıldığı 15 ilə yaxın olmasına baxmayaraq könüllü olaraq ön cəbhəyə getmiş, döyüşlərdə iştirak etmişdir. 60 əsgərdən ibarət kazarmanı təhlükəli vəziyyətdən çıxarmış, 20 yaralı əsgərə köməklik göstərərək həyatlarını xilas etmişdir. 8 nəfər xüsusitəyinatlı əsgərlərlə birlikdə düşmənin neçə canlı qüvvəsini məhv ediblər.Oktyabr ayının 25 i, döyüşə yollandığının 6 cı günündə Namiq CavadovFüzulinin azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Cavadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Cavadov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Cavadov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Cavadov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Namiq Cavadov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Təltifləri

  • (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
  • (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
  • (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
  • (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
  • (24.06.2021) — "İgidliyə görə" medalı (ölümündən sonra)
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Namiq Cavadov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Namiq Cavadov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes