Najiba Behbudova
Quick Facts
Biography
Nəcibə Məcid qızı Behbudova (6 yanvar 1914(1914-01-06), Tiflis – 7 dekabr 1999(1999-12-07), Bakı) — Azərbaycanlı tanınmış teatr və kino aktrisası, Azərbaycan SSR əməkdar artisti (1974).
Həyat və yaradıcılığı
Nəcibə Məcid qızı Behbudova 6 yanvar 1914-cü ildə Tiflisdə anadan olub.Əslən qarabağlıdır.Məşhur müğənni Rəşid Behbudovun böyükbacısıdır. Atası Məcid Behbudov el xanəndəsi kimi tanınıb.Anası Firuzə Vəkilova isə müəllimə işləyib.Altı yaşında olanda Tiflisdəki əmək məktəbinə gedib.Nəcibə xanım doqquz yaşında olanda məktəbdə oxumaqla yanaşı,Nəriman Nərimanov adına klubun dram və rəqs dərnəklərinə üzv olub.Məktəbi 1930-cu ildə bitirib.
1931-ci ildə Bakıya gəlib və burda Hidrologiya Texnikumuna daxil olub. Dinyəlici kimi Bülbülün Konservatoriyadakı sinifinə gedib və vokal ifaçılığının müəyyən peşəkarlıq xüsusiyyətlərinə yiyələnib.Səsinin messo-soprano idi.Hətta konsertlərdə müğənni kimi çıxış edib.Lakin 1933-cü ildə anası rəhmətə getdiyi üçün Tiflisə qayıdıb.Bir müddətdən sonra Mirzə Fətəli Axundzadə adına Tiflis Azərbaycan Teatrının truppasına daxil olub.Əvvəlcə tamaşalara dəvətli aktrisa kimi çıxış edib. 1 noyabr 1937-ci ildən 9 may 1939-cu ilə kimi isə teatrın aktyor ştatında olub.Bir müddət osmanlı türklərinin və azərbaycanlıların məskunlaşdıqları Gürcüstanın Adıgün rayonunda Kolxoz və Sovxoz Teatrında çalışıb.
Aktrisa 1940-cı ildə yenidən Tiflis teatrına dəvət edilib.1941-1945-ci illərdəki Böyük Vətən müharibəsi dövründə həm teatrda aktrisalıqedib, həm də bir sıra mədəni-maarif müəssisəslərində yeniyetmələrin incəsənətə yiyələnmələri sahəsində səmərləri işlər görüb.Nəcibə Behbudova Tiflis teatrında repertuarındakı əsas və məcmunca sanballı tamaşalarda çıxış edib. Aktrisanın Tiflis Teatrında ifa etdiyi əsas rolları
- Sevil,Solmaz-("Sevil","Od gəlini",C.Cabbarlı)
- Dezdomona,Ofeliya-("Otello","Hamlet",U.Şekspir)
- Gülçöhrə,Leyli-("Arşın mal alan","Leyli və Məcnun",Ü.Hacıbəyov)
- Atlas-("Həyat",M.İbrahimov)
- Ziynət,Sənubər-("Toy","Xoşbəxtlər"S.Rəhman)
- Gülnar-("Vaqif",S.Vurğun)
- Nigar("Koroğlu",H.İsmayılov)
- Vəfa-("Vəfa",R.Rza)
- Səhərbənd-("Qız qalası",R.Şahvələd)
- Lalə-("Vətən oğlu",K.Simonov)
Tiflisdə Azərbaycan mədəniyyətinə soyuq münasibət yaradıldığına,səhnə sənətimizin inkişafı üçün əngələr törədildiyinə görə 1947-ci ildə Tiflis Dövlət Azərbaycan Teatrı bağlanıb.Nəcibə Behbudova Bakıya gəlib və Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul edilib.Dram teatrlarının səhnələrində kifayət qədər sənət təcrübəsi toplamış aktrisa truppanın yaradıcı heyətinə tez və uğurlu daxil olub.1949-cu ildəMusiqili Komediya Teatrı bağlananda ansamblında (15 may 1952 - 25 iyun 1953) və musiqili qiraət ansamblında (3 may 1958 - 26 noyabr 1961) çalışıb.Daha çox teatra bağlı olan Nəcibə Behbudova 26 noyabr1961-ci ildə yenidən Musiqili Teatrına qayıdıb və ömrünün sonuna kimi bu teatrda çalışıb.
Tipik məşiət personajlarını xüsusi şövqlə oynayırdı.Bu baxımdan bədii-estetik səciyyələrinə,yumor təravətinə və ifa özəlliklərinə görə aktrisanın aşağıdakı rolları daha xarakterik təsir bağışlayır.
Leyli,Sevgili və Gövhər ("Gözün aydın",Məhərrəm Əlizadə,Fikrət Əmirov),Nanaz,Səlbi ("Beşmanatlıq gəlin",Məmməd Səid Ordubadi,Səid Rüstəmov),Durna ("Durna",Süleyman Rüstəm,Səid Rüstəmov),Kətanə ("Hacı Kərimin Aya səyahəti",Qulamrza Cəmşidi və Əbülfəz Hüseyni, bəstəkar Azər Rzayev), Tükəz ("Hacı Qara",M.F.Axundzadə,Şəmsi Bədəlbəyli,Vasif Adıgözəlov),Xeyransa,Kübar qadın,Nailə,Matan ("Sevindik qız axtarır","Milyonçunun dilənçi oğlu","Özümüz bilərik","Olmadı belə oldu belə"Şıxəli Qurbanov,Süleyman Ələsgərov),Mərmər ("Səndən mənə yar olmaz",Məhərrəm Əlizadə,Əşrəf Abbasov), Tamaşa xala və Cəhrə arvad ("Altı qızın bir Pəri",Məhərrəm Əlizadə,Tofiq Bakıxanov və Nəriman Məmmədov), Mələk ("Ev bizim,sirr bizim",Novruz Gəncəli,Şəfiqə Axundova), Badamnisə ("Höcət eləmə",Qazı Məmmədov,Ağabacı Rzayevə və İsmayıl Quliyev), Rəfiqə ("Birzə bircə xal lazımdı",Qulamrza Cəmşidi,Bəşir Səfəroğlu,Telman Hacıyev), Cənnət xala,Mülayim ("Qaynan",Məcid Şamxalov,Zakir Bağırov),Səlmi ("Ləpələr",Əliağa Kürçaylı,Arif Məlikov), Məxmərcan ("Məmmədəli kurorta gedir",Atif Zeynallı,Tofiq Bakıxanov və Nəriman Məmmədov),Kabato ("Keto və Kote",Levon Cubabiriya,Vladmir Dolidze,Tələt Əyyubov), Mələkxanım ("Əlli yaşında cavan",Zülfüqar bəy Hacıbəyli), Həmişəxanım,Cahan ("Həmişəxanım","Gurultulu məhəbbət" Salam Qədirzadə), Yaqut ("Dağlar qoynunda",Ədil İsgəndərov,Əşrəf Abbasov),İnsaf ("Qız görüşə tələsir",Adil Babayev,Tofiq Bakıxanov və Nəriman Məmmədov), Zeynəb,Güllü ("Boşanaq evlənək","Nənəmin şahlıq quşu",Əliağa Kürçaylı,Vasif Adıgözəlov), Gülüstan ("Təzə gəlin",Seyfəddin Dağlı,Cahangir Cahangirov), Xadimə("Yertutanlar",Faiq Mustafayev,Adil Bəbirov), Gilas xala ("Naznaz xanım naz eləyir",Məhərrəm Əlizadə,Nazim Əliverdiyev),Güləndam ("Qonşumuzda bir oğlan var",Məhərrəm Əlizadə,Ramiz Mustafayev)
Nəcibə Behbudova "Ulduz"(Tamam),"Araqarışdıranlar"(Sona xala),"Bəyin oğurlanması" (Bibixanım),"Fəryad" (erməni axçısı) filmlərində çəkilib.Teatr sənətdəki xidmətlərinə görə 1 iyun 1974-cü ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adı ilə təltif olunub. Teatr rejissoru Ağaəli Məstanovla evli olan Nəcibə xanımın 2 övladı vardır. Oğlu Cəfər Behbudov 80-cı illərdə müğənni kimi populyar olmuşdur.
Aktrisa 7 dekabr 1999-cu ildə Bakıda vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.
Filmoqrafiya
- Axırıncı aşırım (film, 1971)(tammetrajlı bədii film)-
- Aktrisanın təbəssümü (film, 1974)
- Araqarışdıran (film, 1987)
- Bəyin oğurlanması (film, 1985)
- Dua (film, 1982)
- Fəryad (film, 1993)
- Qarabağ şikəstəsi (film, 1996)
- Sahilsiz gecə (film, 1989)
- Subaylarınızdan görəsiniz (film, 1991)
- Tələ (film, 1990)
- Təxribat (film, 1990)
- Ulduz (film, 1964)
Mənbə
İlham Rəhimli-Azərbaycan Dövlət Musiqili Teatrı(səhifə 404-405-406-407-408)