peoplepill id: murad-muradov
MM
3 views today
3 views this week
The basics

Quick Facts

Gender
Male
Birth
Age
41 years
The details (from wikipedia)

Biography

Murad Ələkbər oğlu Muradov (1984, Bakı) — Azərbaycan rejissoru və kinooperator.

Həyatı

Murad Ələkbər oğlu Muradov 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1991-2001-ci illər ərzində A.N.Ələkbərov Adına İncəsənət Gimnaziyasında təhsil almış, oxuduğu dövrlərdə orada fəaliyyət göstərən Uşaq Yaradıcılıq Studiyasında bir sıra filmlərin müəllif olmuşdur. Müəllimləri Ənvər Əbluc və Gülbəniz Əzimzadə olmuşdur. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq Fakültəsinə daxil olmuşdur. Müəllimi əməkdar incəsənət xadimi, kinooperator, kinorejissor Rasim İsmayılov olmuşdur. 2005-ci ildə universiteti Qırmızı diplom ilə bitirmişdir. Diplom işi kimi "Uçan Çinarlar" filmini çəkmişdir. Hazırda Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində təhsil alır. Həmçinin İncəsənət Gimnaziyasında kinorejissorluq fənni üzrə müəllimdir. "XXI Əsr" Uşaq Yaradıcılıq Studiyasının rəhbəridir. "Murad Prodakşn" şirkətinin vitse-prezidentidir. Subaydır.

Çəkdiyi filmlər bir çox festivalların qalibi olmuşdur. Bundan əlavə o 13 dəqiqəlik "İlk Döyüş", 1 dəqiqəlik "Su", 10 dəqiqəlik "Köhnə və Yeni Bakı", 35 dəqiqəlik "Səsin Mirzəsi" və s. filmlərin müəllifidir.

  • Azərbaycan kinomexaniki Yunus Muradovun nəvəsidir.
  • Azərbaycan rejissoru Ələkbər Muradovun oğludur.

Festivallar və mükafatlar

1)2001-ci ildə çəkdiyi "Xüsusi Təyinatlı Dəstə" adlı 20 dəqiqəlik qısametrajlı bədii filmi

  • I Audiovizual Festivalda ən yaxşı debüt işi kimi Priz və Diplom almışdır.
  • Şərq-Qərb Festivalında iştiraka görə Diplom almışdır.
  • 2002-ci ildə Moskva Debüt Kinotavr festivalında Diplom almışdır.
  • Kinorejissor Səməd Mərdanov Adına I Gənclər Festivalında Priz və Diplom almışdır.

2)2002-ci ildə çəkdiyi "İnam" 13 dəqiqəlik sənədli filmi

  • Gənclər Yaradıcılıq Festivalında Priz və Diplom almışdır.

3)2005-ci ildə çəkdiyi "Uçan Çinarlar" 16 dəqiqəlik sənədli diplom işi

  • V Beynəlxalq Audiovizual Festivalında Priz və Diplom almışdır.

4)2006-cı ildə çəkdiyi "Ruhumun Harayı" 6 dəqiqəlik sənədli filmi

  • VI Beynəlxalq Audiovizual Festivalında Bakı Şəhəri İcra Hakimiyyəti Kino Xidmətinin xüsusi Priz və Diplomunu almışdır.

5)İnternews şirkətinin istehsal etdiyi, Azərbaycan və Gürcüstanın birgə istehsalı olan "Kənar" 8 dəqiqəlik sənədli filmi

  • Cənubi Qafqaz Gəncləri arasında keçirilən Beynəlxalq Sənədli Filmlər festivalında ən yaxşı emosional film nominasiyasında Priz və Diplom, ən yaxşı rejissor işi kimi və ən yaxşı film nominasiyasında Diplom almışdır.

Filmoqrafiya

  1. Xüsusi Təyinatlı Dəstə (film, 2001)-Rejissor- (Qısametrajlı Bədii Film)
  2. İlk döyüş (film, 2001)-Rejissor- (Qısametrajlı Sənədli Film)
  3. İnam (film, 2002)-Rejissor- (Qısametrajlı Sənədli Film)
  4. Güllələnmə təxirə salınır!... (film, 2003)-Aktyor: Xanın uşaqlığı; Rejissor Assistenti-(Tammetrajlı Bədii Film)
  5. Su (film, 2003)-Rejissor- (Qısametrajlı Sənədli Film)
  6. Ərənlər (film, 2005)-Rejissor Assistenti-(Qısametrajlı Sənədli Film)(TV)
  7. "Hacı Mail" nağılı... (film, 2005)-Rejissor Assistenti-(Qısametrajlı Sənədli Film)(TV)
  8. Köhnə və Yeni Bakı (2005)-Rejissor- (Qısametrajlı Sənədli Film)
  9. Uçan çinarlar (film, 2005)-Rejissor- (Qısametrajlı Sənədli Film)
  10. Yoxlama (film, 2006)-Aktyor-(Çoxseriyalı Bədii Film)
  11. Ruhumun Harayı (2006)-Rejissor- (Qısametrajlı Sənədli Film)
  12. Səsin Mirzəsi (2006)-Rejissor- (Qısametrajlı Sənədli Film)(TV)
  13. Kənar (film, 2007)-Rejissor- (Qısametrajlı Sənədli Film)
  14. Anlama (2008) — Rejissor — (Qısametrajlı Bədii Film)
  15. Qala (film, 2008)
  16. Dünya uşaqları(2009)-Rejissor sənədli film
  17. Sonuncu dərviş (film, 2009)-rejissor
  18. Tarixin izi ilə... Yaqub Mahmudov
  19. Toy marşı - Bakı toyları (2013)
  20. Dünya uşaqları
  • Azərbaycanlı rejissorun “Anlama”sı Özbəkistanda nümayiş olunub: [Rejissor Murad Muradovun eyni adlı filmi] //525-ci qəzet.- 2011.- 9 iyun.- S. 7.
  • "Müasirlərlə dialoq" layihəsi çərçivəsində daha bir görüş reallaşmışdır: [rejissor Murad Muradovun "Tarixin izi ilə... Yaqub Mahmudov" sənədli televiziya filminin nümayişi] //Azərbaycan.- 2011.- 22 iyun.- S. 6.
  • Azəri, L. “Toy marşı - Bakı toyları”: [rejissorları Ələkbər Muradov və Murad Muradov olan eyniadlı tammetrajlı bədii-sənədli film haqqında] //Mədəniyyət.- 2013.- 5 aprel.- S. 11.
  • "Dünya uşaqları": Yeni film çəkilib: [Rejissor Murad Muradovun balacaların həyatından bəhs edən filmi haqqında] //Mərkəz.- 2009.- 11 fevral.- S. 11.

İstinadlar

Həmçinin bax

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Murad Muradov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Murad Muradov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes