Murad Muradov
Quick Facts
Biography
Murad Məmmədrza oğlu Muradov (1884 – 2 noyabr 1964) — aktyor, teatr xadimi, Azərbaycan SSR əməkdar artisti.
Həyatı
Murad bəy Məmmədrza bəy oğlu Muradov 1884-cü ildə Ağdam rayonunun Muradbəyli kəndində anadan olub. İlk təhsilini Ağdamda alıb və Bakıdakı Realnı məktəbdə davam etdirib. O, 1907-ci ildə Ümumrusiya Teatr Cəmiyyətinin üzvü olan ilk azərbaycanlı aktyorlardan biridir. Murad Muradov səhnəyə ilk addımını 1897-ci ildə Şuşa şəhərində atıb. 1900-cü ildə BakıyagələnMuradMuradovcanlıteatr prosesinə qoşulub və müxtəlif obrazlar oynayıb. "Müsəlmandramartistləricəmiyyəti"ndə,"Nicat"və"Səfa"truppalarındaçalışıb,əsasənepizodrollarınifaçısıkimitanınıb.1919-cuildənisəmüəyyənfasilələrləAkademikMilliDramTeatrındaişləyib.
"Elm" nəşriyyatı tərəfindən 1981-ci ildə çapdan buraxılmış "Hüseynbala Ərəblinski" kitabında xalqımızın unudulmaz sənətkarları sırasında Murad və Qaflan Muradov qardaşlarının adları tez-tez çəkilir. Mənbədə qeyd edilir ki, Azərbaycan milli teatrının yaranması və inkişafında digər klassik sənət korifeyləri ilə yanaşı, əməkdar artist Murad Muradovun da böyük əməyi olmuşdur. Ümumiyyətlə, Murad və Qaflan Muradov qardaşlarının milli teatrın formalaşmasındakı xidmətləri digər incəsənət xadimlərinə nisbətən, nədənsə, az xatırlanıb. Murad Muradov öz xatirələrində göstərir ki, o zamanlar Azərbaycan teatrı iki qrupa bölünüb, onlardan birinə Əbülfət Vəli, digərinə isə Sidqi Ruhulla başçılıq edib.
1959-cu ilin may ayında Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti dekadasında iştirak edən Murad Muradov Azərbaycanın ilk mədəniyyətxadimlərindəndirki,1933-cüildəodövrüçün SSRİ-nin ən ali mükafatlarından sayılan Əmək qəhrəmanı adınalayiqgörülüb. Murad Muradov, Azərbaycan peşəkar teatrının 75 illik yubileyimünasibətilə 21 iyul 1949-cu ildə Azərbaycan SSR əməkdar artisti fəxri adı ilə təltif olunub.
Murad Muradov 1964-cü il noyabr ayının 2-də Bakı şəhərində vəfat etmişdir.
Mənbə
- Ənvər Çingizoğlu, Qatırçı Muradın törəmələri (Nuribəyovlar, Vəlibəyovlar, Muradovlar, İsmayılbəyovlar), "Soy" elmi-kütləvi dərgi, 2011, №10, səh.3-25.