peoplepill id: murad-kohnaqala
MK
Azerbaijan
2 views today
2 views this week
Murad Kohnaqala
Azərbaycan şairi, publisist.

Murad Kohnaqala

The basics

Quick Facts

Intro
Azərbaycan şairi, publisist.
Work field
Place of birth
Köhnəqala, Tovuz District, Azerbaijan
Age
64 years
Education
Maxim Gorky Literature Institute
Moscow, Moscow Governorate, Russia
The details (from wikipedia)

Biography

Mahmudov Murad Piri oğlu (Murad Köhnəqala; 15 oktyabr 1959, Köhnəqala, Tovuz rayonu) — Azərbaycan şairi, publisist.

Həyatı

Murad Köhnəqala 1959-cu il oktyabrın 15-də Tovuz rayonunun Köhnəqala kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir. Tovuz rayonu 1 saylı toxumçuluq sovxozunda fəhlə işləmişdir (1976-1977). Ordu sıralarında xidmət etmişdir (1977-1979). Tərxis ediləndən sonra Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində zərgər Sərdar Sultanovun şagirdi olmuşdur. Tovuz şəhər təmir-tikinti sahəsində fəhlə (1980-1982), Bakı şəhər metro tikintisində fəhlə (1983-1988) işləmişdir.

Yaradıcılığı

1980-ci illərdən mətbuatda öz şerlərini vaxtaşırı çap etdirir. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirmişdir (1985-1990). Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində elmi redaktor işləmişdir (1991-1992). Bir vaxt "Yol" qəzetinin təsis etdiyi "Altun Ay" mükafatına layiq görülmüşdür (1992). Avrasiya Mətbuat fondunda əlaqəçi jurnalist olmuşdur. Sonra Sibirdə, Uzaq Şərqdə yaşamışdır (1993-1996). Bakı İncəsənət mərkəzinin şeir şöbəsində çalışmışdır. 1994-cü ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olsa da, sonradan öz ərizəsilə üzvlükdən çıxıb. Azad Yazarlar Ocağı adlı ədəbi təşkilatın yaradıcısı olub. Müstəqil media orqanlarında bədii və publisistik yazılarla çıxış edir.

Kitabları

  • "Alma əhvalatı"
  • "Bulud pinəçisi"
  • Nizami Cəfərovla türk dünyasına səyahət / M. Köhnəqala, Ş. Göytürk.- Bakı: AzAtaM: Elm və Təhsil, 2015.- 120 s.
  • "Yuxularım"
  • "Amurun hekayələri"

Mükafatları

  • "Altun Ay" mükafatı — 1992

İstinadlar

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Menu Murad Kohnaqala

Basics

Biography

Lists

Also Viewed

Lists
Murad Kohnaqala is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Murad Kohnaqala
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes