peoplepill id: masuma-mammadova-1
MM
Azerbaijan
2 views today
3 views this week
Masuma Mammadova
Doctor of technical sciences, professor, corresponding member of ANAS since 2017

Masuma Mammadova

The basics

Quick Facts

Intro
Doctor of technical sciences, professor, corresponding member of ANAS since 2017
Work field
Place of birth
Nakhchivan, Nakhchivan Autonomous Republic, Azerbaijan
Age
73 years
Education
Baku State University
Baku, Baku Uyezd, Azerbaijan
Employers
Institute of Information Technology, Azerbaijan National Academy of Sciences
The details (from wikipedia)

Biography

Məsumə Hüseyn qızı Məmmədova (7 avqust 1951, Naxçıvan) — texnika elmləri doktoru, professor, 2017-ci ildən AMEA-nın müxbir üzvü

Həyatı və təhsili

Məsumə Hüseyn qızı Məmmədova 1951-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsini bitirmişdir.

1973-1977-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun «Neft-kimya proseslərinin avtomatlaşdırılması və modelləşdirilməsi» şöbəsində kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1977-1980 illərdə Ukrayna SSR Elmlər Akademiyasının Kibernetika İnstitutunun (Kiyev şəhəri) aspiranturasında oxumuşdur. 1984-cü ildə SSRİ EA Ümumittifaq Elmi-Texniki İnformasiya İnstitutunda 05.25.01 ”İnformasiya sistemləri və prosesləri” ixtisası üzrə Terminoloji lüğətlərin analizi əsasında informasiya-axtarış tezaurusuna leksikanın avtomatlaşdırılmış seçilib daxil edilməsi mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş (Moskva şəhəri) və texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.

Elmi fəaliyyəti

Məsumə Məmmədova 1981-1987-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Dilçilik İnstitutunda Tətbiqi dilçilik şöbəsində elmi işçi vəzifəsində çalışmış, süni intellektin mühüm istiqamətlərindən biri olan kompüter linqvistikası çərçivəsində Azərbaycan dilinin terminoloji verilənlər bankının layihəsini işləmiş, istifadəçi və informasiya sistemləri üçün nəzərdə tutulmuş xüsusi təyinatlı izahlı, terminoloji, avtomatik lüğətlərin, informasiya-axtarış tezauruslarının tərtibi, təhlili və korreksiyasına dair model və metodları təklif etmiş və müvafiq instrumental vasitələr işləmişdir.

1987-ci ildən AMEA-nın Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə (indiki İnformasiya Texnologiyaları İnstitutu aparıcı mühəndis vəzifəsinə qəbul olunmuşdur. Hazırda şöbə müdiridir.

Süni intellekt texnologiyaları çərçivəsində paylanmış strukturlu zəif quruluşlu və çətin formalizə olunan predmet sahələri üçün fazi biliklərə əsaslanan müxtəlif təyinatlı intellektual sistemlərin layihələndirilməsi, model və sintez metodlarının işlənib hazırlanması, təbii dildə mətnlərin avtomatlaşdırılmış emalı, maşın tərcüməsi sistemində Azərbaycan dilinin formal modellərinin qurulması və linqvistik prosessorun yaradılması üçün ekspert biliklərinə söykənən məntiqi üsulların işlənməsi, sosial-iqtisadi problemlərin həllinə intellektual texnologiyaların tətbiqi sahəsində bir sıra nəzəri və praktiki nəticələr əldə etmişdir.

O, neft-qaz yataqlarının dənizdə işlənilməsi və istismarı ilə məşğul olan işçilərin iş rejimi və məişət şəraitinin daxili və xarici amillərin insan sağlamlığına təsiri prizmasından tədqiqinin onların fəaliyyətinin çətin və çox vaxt ekstremal mühitdə həyata keçməsini göstərdiyini vurğulayaraq: “Belə vəziyyətlərdə insan təbiətinin subyektivliyi, onun psixofizioloji xüsusiyyətləri özünü daha çox büruzə verir və səhv qərarların qəbul olunmasına yol açır”. M.Məmmədova qeyd edib ki, statistikaya əsasən, neft-qaz sənayesində baş verən bədbəxt hadisələrin 70 %-dən çoxunun səbəbi məhz insan amili ilə bağlıdır.

1999-cu ildə Bakı Dövlət Universitetində “Xüsusi təyinatlı sistemlər, məlumatların işlənməsi və idarə edilməsi” ixtisası üzrə «Qeyri-səlis relyasion strukturlu biliklərin emalı texnologiyasının əsasları və onun bəzi tətbiqləri» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir, texnika elmləri doktorudur.

1999-2001-ci illərdə Türkiyənin Çanaqqala şəhərində 18 mart Universitetində süni intellekt, neyron şəbəkələri, avtomatlar nəzəriyyəsi və formal qrammatikalar fənlərindən mühazirələr oxumuşdur.

2001-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru vəzifəsində çalışmışdır.

2010- cu ildə professor elmi adı almış, 2017- ci il may ayının 2-dən AMEA-nın həqiqi üzvü seçilmişdir.

280-dən artıq elmi məqalənin, o cümlədən 17 monoqrafiyanın müəllifidir. Xaricdə çap edilmiş elmi əsərlərin sayı 143-dür.

2005-ci ildə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilmişdir.

O, 1 elmlər doktoru və 10 fəlsəfə doktoru hazırlamışdır.

Mükafatları

  • 2009-cu il, dekabrın 14-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
  • 2015-ci il, noyabrın 3-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

Kitabları və monoqrafiyaları

  1. М.Г.Мамедова. Тезаурус информационно-поисковый по строительству /Мамедов Н.А, Пинес В.Я.// Тезаурус. Баку, 1989 - с. 148.
  2. М.Г.Мамедова. Принятие решений на основе баз знаний с нечеткой реляционной структурой. Монография. Баку, ЭЛМ, 1997. - 296 с.ISBN 5-8066-0860-3
  3. М.Г.Мамедова. Методы организации баз знаний с нечеткой реляционной структурой /Аббасов А.М. // Монография. Баку, ЭЛМ, 1997. -256 с.ISBN 5-8066-0880-8
  4. М.Г.Мамедова. Качественный анализ и оценка техники пилотирования на основе полетной информации /З.Г.Джабраилова// Монография.Баку,АзНИИНТИ, 1998.-76 с.
  5. M.H.Məmmədova. Azərbaycan mətnlərinin avtomatik təhlili /Vəliyeva K.A.// Monoqrafiya. Bakı, 2003. - 80 s.
  6. М.Г.Мамедова. Машинный перевод: эволюция и некоторые аспекты моделирования /Мамедова З.Ю.// Монография. Баку, изд. «İnformasiya texnologiyaları», 2006, 155 с.İSBN 99-434-01-4
  7. М.Г.Мамедова. Реструктуризация предприятий и перемещение рабочей силы в Азербайджане /Гулиева Н.Г, Байрамова С.Р, Ганбаров Е.И.// Монография. Баку, Элм, 2006 - 238 с.İSBN 5-8066-1774-4
  8. M.H.Məmmədova. Ünvanlı dövlət sosial yardımı kursunun proqramı və metodiki göstərişləri /Quliyeva N.Q,Əkbərova M.Г.// Metodiki vəsait. Bakı, 2006, 101 s.
  9. M.H.Məmmədova. Azərbaycanda demoqrafik inkişafın xüsusiyyətləri və perspektiv meylləri /Məmmədov V.F, Quliyeva N.Q, Rəhimova Z.R.// Monoqrafiya. Bakı, SƏDA, 2007, 242 s.İSBN 5-86874-194-3
  10. M.H.Məmmədova. Azərbaycanda küçədə və qeyri-formal sektorda çalışan uşaqların vəziyyətinin qiymətləndirilməsi (Bakı şəhərinin timsalında) /Quliyeva N.Q.// Monoqrafiya. Bakı, 2008. - 120 s.ISBN 9952-8011-3-0
  11. M.H.Məmmədova. Əhali və inkişaf terminlərinin qısa izahlı lüğəti /Rəhimova Z.R, Məlikova N.A, Quliyeva N.Q, Məmmədova M.B, Abbasova S.Q, Məmmədova A.N.// İzahlı lüğət, Bakı, 2008. - 62 s.ISBN 5-86874-135-8
  12. M.H.Məmmədova. Əhali sakinliyi üzrə ensiklopedik lüğət /Məmmədov V.F,Mehbalıyev S.A.// Ensiklopedik lüğət. Bakı, UNFPA, 2008. – 415 s.
  13. M.H.Məmmədova. İnformasiya texnologiyaları mütəxəssislərinə tələbatın monitorinqi /Cəbrayılova Z, Manaflı M.// Monografiya. Bakı, «İnformasiya texnologiyaları» nəşriyyatı, 2009. – 198 s.İSBN:978-9952-434-15-6
  14. M.H.Məmmədova. İntellektual demoqrafik proqnoz sistemi /Cəbrayılova Z, Manaflı M.// Ekspress-informasiya.İnformasiya Texnologiyaları nəşriyyatı Bakı, 2009. 55 s.ISBN 978-9952-434-18-7
  15. M.H.Məmmədova. Elektron tibb: formalaşması və elmi-nəzəri problemləri / Cəbrayılova Z.Q.// İnformasiya Texnologiyaları nəşriyyatı, 2019. 350 s [1]
  16. M.H Mammadova.Electronic medicine: formation and scientific-theoretical problems /Zarifa Jabrayilova // Baku – 2019, 320 p.[2]
  17. М.Г.Мамедова. Интеллектуальное управление рынком труда ИТ-специалистов. "İnformasiya Texnologiyaları" 2019, 298 стр. [3]

İstinadlar

Xarici keçidlər

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Masuma Mammadova is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Masuma Mammadova
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes