peoplepill id: masadi-salman-alasgarov
MSA
Azerbaijan
8 views today
10 views this week
Maşadi Salman Alasgarov

Maşadi Salman Alasgarov

The basics

Quick Facts

Gender
Male
Birth
Place of birth
Shusha, Shusha District, Nagorno-Karabakh Autonomous Oblast, Azerbaijan
Death
Place of death
Baku, Shamakhi Governorate, Russian Empire
Age
69 years
The details (from wikipedia)

Biography

Salman Məmmədqulu oğlu Ələsgərov-(1868-1937), tacir, Müsəvat partiyasının Şuşa şöbəsinin sədri

Həyatı

Salman Məmmədqulu oğlu 1868-ci ildə Şuşa şəhərində dоğulmuşdu. Şəhərdə «Ceyranоğlu» ayaması ilə tanınırdı. Tоybaşı kimi xalq şənliklərini idarə edirdi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.

Salman Müsəvat partiyasının Şuşa şöbəsinin rəhbəri idi. Onun bu partiyadakı fəaliyyətini tədqiqatçı-jurnalist Vasif Quliyev incələyib. O, yazır: "Seyid Cəfərin Şuşa gizli Müsavat təşkilatının rəhbəri Məşədi Salman Ələsgərovla və onun müvini Adişirin Fətəliyevlə salam-kəlamı vardı. Amma onların əksinqilabi fəaliyyətlərindən xəbəri yox idi. Bu adamların isə əsas işi öz təşkilatlarına mümkün qədər çox adam cəlb eləmək idi. Ona görə də onlar yaxından tanıdıqları, ünsiyyətdə olduqları adamları, ürək qızdırdıqları gəncləri təşkilata cəlb etməklə saylarını artırır, sıralarını möhkəmləndirirdilər. Hər ikisinin fikri dostları Seyid Cəfəri də Müsavata cəlb eləmək idi. Ona görə də bir gün Adişirin Məşədi Salmana dedi: -Məşədi, biz Seyid Cəfərlə hər dəfə söhbət edərkən sən fikrini ona açıq demək istəyirsən, amma nədənsə çəkinirsən. Sən də, mən də hiss edirik ki, onun bizim işə marağı var. Biz isə çox vaxt Seyiddən bəzi şeyləri gizlədirik. Bilirsən, örtülü bazar dostluğu pozar. Biz fikrimizi açıqca deməliyik. Gəl bu dəfə görüşəndə ona bizim təşkilata daxil olmağı təklif edək.

Məşəd Salman dedi:

-Onda gəl belə bir iş görək. Sən onu elə günü bu gün axşam özünlə götür, gəl bizə. Elə bizdə də məsələni birdəfəlik həll edək, istəsə, təşkilata götürək, istəməsə də…Mənə elə gəlir ki, bu, elə onun ürəyincə olacaq. Yaxşı, axşam saat onda sizdəyik, - deyə Adişirin ondan ayrılıb, Seyid Cəfərin yeməkxanasına yollandı. Yeməkxana müdiri iş başında idi. Xoş-beşdən sonra Adışirin fikrini Seyid Cəfərə söylədi, ancaq əsas məsələni deməyi axşama saxladı.

Saat on radələrində Seyid Cəfər yeməkxananın qapısını bağlayıb, Adışirinlə Məşədi Salmanın evinə getdi. Ev yiyəsi çay stolu arxasında qonaqlarını gözləyirdi, guya, onların gələcəklərindən xəbəri yoxmuş kimi:

-Ay xoş gəlmisiniz, xoş gəlib, səfa gətirmisiniz! Balam, sizdən çıxmaz iş, siz hara, bura hara, deyəsən, yol azmısınlz? Gün hardan çıdı belə? Buyurun, oturun! – deyə onlaəyləşməyi təklif elədi.

-Bəli, yol azmışıq, elə Seyidnən havamızı dəyişirdik, dedim ki, bir Məşədiyə baş çəkək, görək neyniyir, - deyə bic-bic Məşədi Salmana göz-qaş elədi.

Onlar xeyli söhbətdən sonra əsas mətləbə keçmək üçün körpüyaratmağa çalışırdılar. Məşədi Salman üzünü Seyid Cəfərə tutub:

-Seyid, heç yaşamalı dövran deyil. Hayıf deyildimi keçmiş zamanlar? Dərd yox, qəm yox, heç nəyin dərdini çəkmirdik. İndi isə həyat bizi burdan-ora, ordan-bura atır. Elə sənin özünü götürək. İnqilabdan qabaq çayçı işləyirdin, sonra təzə hökumət səni gah milis şöbəsində milis, gah qazamatda nəzarətçi vəzifəsində işlətdi. Heç nədən səni vəzifədən uzaqlaşdırdılar. Heç özün də bilmədən nəyə görə. Sonra həyat səni Laçına atdı. Orda da duruş gətirə bilmədin və yenə də qayıdıb gəldin Şuşaya. Bu isə yaşamaq deyil, sürünməkdir. Gəlin adan kimi yaşamaq üçün bir yol arayıb-axtaraq. Bu hökumətin axırıns çıxmasaq, bizim kimilərinə gün-dirrik yoxdur, - sözünü təsdiqləmək üçün üzünü Adışirinə tərəf döndərdi.Seyid Cəfər dinməzcə oturub, Məşədi Salmanı dinləyirdi, Nəhayət, o, belə bir sual verdi? Bu hökumətin axırına necə çıxmaq olar, Məşədi? Top-tüfəng onda, güc-qüvvət onda, ucu-bucağı da görünməyən nəhəng bir dövlətdir. Bu boyda dövlətə biz neyniyə bilərik?

-Çoban gönlü olsa, təkədən pendir tutar, Seyid eşitməmisən bu atalar sözünü? Bizim də istəyimiz. Qeyrətimiz olsa, sözü bir yerə qoysaq, dağı dağ üstə aşırarıq. Bir də ki, qaldı hökumətin axırına çıxmaq, bu, səndən, məndən, Adışirindən, minlərlə bizim kimilərindən asılıdır. Birləşib. əl-ələ verməli, hakimiyyətə qarşı üsyan qaldırmalıyıq. Səndən gizlətmirəm, Azərbaycanın hər yerində, o cümlədən, bax, bizim bu Şuşada da gizli əksinqilabi üsyançı təşkilat var? Üzvləri də hələlik kifayət qədərdir. Ancaq çalışırıq ki, sayımızı daha da artıraq, daha da güclənəcək. Sən də təşkilata girsən, lap yaxşı olar, nə qədər çox olsaq, qarşımıza qoyduğumuz məqsədə də tez çatarıq.

Söhbətə qarışan Adışirin də Məşədi Salmanın sözlərini təsdiqləyir, onun sözlərinə qüvvət verirdi:

-Seyid, bircə onu bilirəm ki, gec-tez, özü də lap yaxınlarda Sovet hakimiyyəti yıxılacaq, nəticədı şəxsi mülkiyyət bərpa olunacaq, ticarət azad olacaq və biz də adam kimi yaşayacıyıq. Sağlıq olsun, ogünlər o qədər də uzaqda deyil.

… Seyid Cəfər çoxları kimi mövcud hakimiyyətdən narazı olsa da, bunu heş kimin yanında biruzə vermirdi. Ancaq dostlarının indiki açıq-saçıq söhbətləri onu yerindən eləmişdi. Məşədi Salmanla Adışirin də artıq hiss eləmişdilər ki, Seyid Cəfərlə bu barədə o qədər də də çox danışmaq lazım deyil, çünki elə söhbətin əvvəllərindən onların fikirləri, baxışları üst-üstə düşür. Ona görə də Məşədi Salmanın Müsavat təşkilatının üzvü olmaq istəyirsənmi? – sualına Seyid Cəfər "Əlbəttə, siz daş qoyan yeerə mən baş qoyaram" – deyə cavab verdi və həmin gündən təşkilatın üzvü olduğunu bildirdi. Və beləliklə, 1927-ci ildən Seyid Cəfər Ağamirov Müsavatın Şuşa təşkilatına girdi.

Bir neçə gündən sonra Məşədi Salman Seyid Cəfəri dükanına dəvət elədi. Maddi kömək məqsədilə müntəzəm olaraq ona hər ay ya on, ya da iyirmi manat verəcəyini bildirib, otuz arşın bez və otuz manat da pul verdi.

Bütün göstəriş və tapşırıqları Məşədi Salman Ələsgərovdan və Adışirin Fətəliyevdən alan Seyid Cəfər Ağamirov gizli fəaliyyətə başladı. Məşədi Salman Ələsgərovdan və Adışirin Fətəliyevdən alan Seyid Cəfər Ağamirov gizli fəaliyyətə başladı. Məşədi Salman ona misdən düzəldilmiş iyirmi yeddi ədəd nişan verdi ki, onları gələcəkdə təşkilata cəlb edəcəyi üzvlərə paylasın" (Vasif Quliyev, Mənim babam kim olub?, Bakı, "Şuşa", 2001, səh.62-64).

Ailəsi

Məşədi Salman Zinyətxanımla ailə qurmuşdu. Səttar, Hacı, Zahid, Ənvər adlı oğlanları, Kübra, Sürəyya, Səmayə adlı qızları vardı.

Nəvəsi İradə Hacı qızı Ələsgərova hal-hazırda "Azərbaycan" nəşriyyatında Baş texholoq vəzifəsində çalışır

Mənbə

  • Vasif Quliyev, Mənim babam kim olub?, Bakı, "Şuşa", 2001
  • Ənvər Çingizoğlu, Şuşa şəhəri: Təbrizli məhəlləsi, Bakı, "Şuşa", 2010
  • Əli Vəliyev "Samovar tüstülənir": Bakı,1971
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Maşadi Salman Alasgarov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Maşadi Salman Alasgarov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes