Manaf Novruzov
Quick Facts
Biography
Manaf Novruzov (tam adı: Manaf Əbdülrəhim oğlu Novruzov; 26 dekabr 1926, Naxçıvan) — həkim-terapevt, Tibb elmləri doktoru, professor.
Həyatı
Novruzov Manaf Əbdülrəhim oğlu 26 dekabr 1926-cı ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur.
Təhsili
1944-cü ildə Naxçıvan Müəllimlər İnstitunun tarix fakültəsini bitirmişdir. 1952-ci ildə Azərbaycan Dövlət Tibb İnstitunu bitirmişdir.
Fəaliyyəti
Elmi fəaliyyəti
1962-ci ildə SSRİ Elmlər Akademiyası Vərəm Xəstəlikləri İnstitunun aspiranturasını bitirmişdir. Tibb elmləri doktoru (1970), prof.(1975).150-dən çox elmi əsərin, vərəmlə mübarizəyə dair yaddaş kitabçalarının, elmi-kütləvi filmin ssenari müəllifidir.
Əmək fəaliyyəti
Noraşen (indiki Şərur) rayonun mərkəzi xəstəxanasının baş həkimi (1955–58), Bakı şəhər 4saylı vərəm xəstəxanası baş həkiminin müavini və şöbə müdiri (1958–59), Azərbaycan Elmi-Tədqiqat Vərəm xəstəlikləri İnstitutunda baş elmi işçi (1963–68), təşkilat şöbəsinin müdiri (1970–81), elmi işlər üzrə direktor müavini (1981–95) işləmişdir. 1995-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş ftizio-pulmonoloqu, respublika ftiziatr və pulmonoloq həkimləri assosiasiyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Respublikasında vərəm xəstəlikləri üzrə milli əlaqələndiricisi olub.
Mənbə
- Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 451. ISBN 5-8066-1468-9.