Mahir Muradov
Quick Facts
Biography
Mahir Muradov - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi
Həyatı
Mahir Cümşüd oğlu Muradov 25 iyul 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur.
1982-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.
Əmək fəaliyyətinə 1973-cü ildən başlamışdır.
Həmin ildən 1979-cü ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi orqanlarında çalışmışdır.
1979-cu ildən 1983-cü ilədək “Xəzərneftqazdonanma” İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır.
1983-cü ildən başlayaraq 2012-ci ilədək Prokurorluq orqanlarında stajor, böyük müstəntiq, şöbə prokuroru, prokuror vəzifələrində işləmişdır.
2004-cü ildən 2012-ci ilə qədər Bakı şəhəri Nizami rayon prokuroru vəzifəsində çalışmışdır.
16 oktyabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.
Ailəlidir, üç övladı var.