peoplepill id: konstantin-slavin
KS
4 views today
4 views this week
Konstantin Slavin

Konstantin Slavin

The basics

Quick Facts

Work field
Gender
Male
Place of birth
Baku
The details (from wikipedia)

Biography

Konstantin Slavin (tam adı: Konstantin Vladimiroviç Slavin) — professor, tibb elmləri doktoru, İllinoys Universitetinin Neyrocərrahiyə üzrə professoru

Həyatı

Konstantin Slavin 1969-cı il 20 avqust tarixində Bakıda doğulub. 1982-88-ci (13 yaşında universitetə qəbul olunub) illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb və təhsilini fərqlənmə ilə başa vurub. 1988-92-ci illərdə Moskavada neyrocərrahiyə üzrə rezidenturasını yekunlaşdırıb, 1994-95-ci illərdə İllinoysda ümumi cərrahiyə üzrə təcrübə keçmişdir.

1998-99-cu illərdə Oreqon Səhiyyə və Elm Universitetinin Neyrocərrahi Əməliyyat Departamentində funksional və stereotaktik neyrocərrahiyyə proqramı təqaüdü çərçivəsində fəaliyyət göstərib.1997-ci ildə yazılı, 2004-cü ildə şifahi olaraq Neyrocərrahiyyə üzrə ABNS imtahanlarını müvəffəqiyyətlə verib. 2013-cü ildə Neyrocərrahiyə heyətinin ABNS attestasiyasını da keçməyə müvəffəq olub. 2004-cü ildən Amerika Neyrocərrahlar Birliyinin üzvüdür.

İndiyə kimi 17 təqaüd proqramı və mükafata layiq bilinib, 20-yə yaxın müxtəlif tibbi vəzifərlərdə çalışıb, 5 araşdırma həyata keçirib, 12 müxtəlif liderlik tələb edən vəzifələrdə fəaliyyət göstərib, 15-ə yaxın milli və yerli cəmiyyətlərin, 18 müxtəlif redaktə heyətlərinin üzvüdür, 60-ya yaxın elmi mövzulu tezis və kitablara rəy verib, 4 kitabın müəllifi, 33 kitabın həmmüəllifi, 105 elmi məqalə müəllifi, 89 elmi şərhin, 125 tezisin müəllifidir. 58 müxtəlif oral təqdimatlarda, 6 elektron təqdimatda natiqlik edib. 127 müxtəlif mühazirələrə qonaq mühazirəçi kimi dəvət olunub. Bu siyahını daha da uzatmaq olur.

Həyata keçirdiyi əməliyyatlar aşağıdakı sahələri əhatə edir:

  • Baklofen nasosu (spinal nasos) idarəetməsi
  • Beyin cərrahiyəsi
  • Servikal disk əməliyyatı
  • Beynin dərin stimulyasiyası və ya dərin beyin stimulyasiyası
  • Epilepsiya əməliyyatı
  • Qamma bıçaq
  • Hidrosefaliya əməliyyatı
  • Mikroneyrovaskulyar cərrahiyyə
  • Parkinson xəstəliyi
  • Spastiklik
  • Onurğa beyni zədələnməsi (spinal kord)
  • Onurğa beyni stimulyasiyası
  • Spinal nasos implantasiyası
  • Stereotaktik radio cərrahiyyə
  • Trigeminal (üçlü sinir) nevralgiya
  • Azan (vaqus) sinir stimulyator idarəolunması
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Konstantin Slavin is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Konstantin Slavin
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes