Konstantin Slavin
Quick Facts
Biography
Konstantin Slavin (tam adı: Konstantin Vladimiroviç Slavin) — professor, tibb elmləri doktoru, İllinoys Universitetinin Neyrocərrahiyə üzrə professoru
Həyatı
Konstantin Slavin 1969-cı il 20 avqust tarixində Bakıda doğulub. 1982-88-ci (13 yaşında universitetə qəbul olunub) illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb və təhsilini fərqlənmə ilə başa vurub. 1988-92-ci illərdə Moskavada neyrocərrahiyə üzrə rezidenturasını yekunlaşdırıb, 1994-95-ci illərdə İllinoysda ümumi cərrahiyə üzrə təcrübə keçmişdir.
1998-99-cu illərdə Oreqon Səhiyyə və Elm Universitetinin Neyrocərrahi Əməliyyat Departamentində funksional və stereotaktik neyrocərrahiyyə proqramı təqaüdü çərçivəsində fəaliyyət göstərib.1997-ci ildə yazılı, 2004-cü ildə şifahi olaraq Neyrocərrahiyyə üzrə ABNS imtahanlarını müvəffəqiyyətlə verib. 2013-cü ildə Neyrocərrahiyə heyətinin ABNS attestasiyasını da keçməyə müvəffəq olub. 2004-cü ildən Amerika Neyrocərrahlar Birliyinin üzvüdür.
İndiyə kimi 17 təqaüd proqramı və mükafata layiq bilinib, 20-yə yaxın müxtəlif tibbi vəzifərlərdə çalışıb, 5 araşdırma həyata keçirib, 12 müxtəlif liderlik tələb edən vəzifələrdə fəaliyyət göstərib, 15-ə yaxın milli və yerli cəmiyyətlərin, 18 müxtəlif redaktə heyətlərinin üzvüdür, 60-ya yaxın elmi mövzulu tezis və kitablara rəy verib, 4 kitabın müəllifi, 33 kitabın həmmüəllifi, 105 elmi məqalə müəllifi, 89 elmi şərhin, 125 tezisin müəllifidir. 58 müxtəlif oral təqdimatlarda, 6 elektron təqdimatda natiqlik edib. 127 müxtəlif mühazirələrə qonaq mühazirəçi kimi dəvət olunub. Bu siyahını daha da uzatmaq olur.
Həyata keçirdiyi əməliyyatlar aşağıdakı sahələri əhatə edir:
- Baklofen nasosu (spinal nasos) idarəetməsi
- Beyin cərrahiyəsi
- Servikal disk əməliyyatı
- Beynin dərin stimulyasiyası və ya dərin beyin stimulyasiyası
- Epilepsiya əməliyyatı
- Qamma bıçaq
- Hidrosefaliya əməliyyatı
- Mikroneyrovaskulyar cərrahiyyə
- Parkinson xəstəliyi
- Spastiklik
- Onurğa beyni zədələnməsi (spinal kord)
- Onurğa beyni stimulyasiyası
- Spinal nasos implantasiyası
- Stereotaktik radio cərrahiyyə
- Trigeminal (üçlü sinir) nevralgiya
- Azan (vaqus) sinir stimulyator idarəolunması