Kazim Aliverdibayov
Quick Facts
Biography
Əliverdibəyov Kazım Ağalar bəy oğlu (27 noyabr 1934, Bakı – 19 dekabr 2022, Bakı) — dirijor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1978). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2010
Həyatı
Kazım Əliverdibəyov 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsini bitirmişdir. 1960-cı ildən müəyyən fasilələrlə Opera və Balet teatrında dirijor və baş dirijor vəzifələrində çalışmış və hazırda da fəaliyyət göstərməkdədir.
Ailəsi
- Musiqişünas Ağalar bəy Əliverdibəyovun oğludur.
- Skripkaçı Rasim Əliverdibəyovun, bəstəkar Nazim Əliverdibəyovun, pianoçu Nüşabə Əliverdibəyovanın qardaşıdır.
Fəaliyyəti
Teatrın repertuarına daxil olan bir çox opera və balet tamaşalarını – "Leyli və Məcnun", "Aşıq Qərib", "Gəlin qayası", "Şah İsmayıl", "Vaqif", "Madam Batterflyay", "Sevilya bərbəri", "Karmen" operaları, eyni zamanda "Don Kixot" (Minkus), "Jizel", "Xəzər balladası, "Bolero", "Karmen-süita", "Paxita", "Şopeniana" baletlərini idarə edir.
Teatrdakı fəaliyyəti ilə yanaşı K. Əliverdibəyov eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olur. Bakı Musiqi Akademiyasının professorudur.
K. Əliverdibəyov bir neçə il qardaş Türkiyə Respublikasında çalışmış, İzmir şəhər Konservatoriyasında dərs demişdir.
Mükafatları
- Azərbaycan SSR əməkdar incəsənət xadim — 10.01.1978
- Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı — 21.05.1970
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 31.05.2010.