Kamal Mahmudov
Quick Facts
Biography
Kamal Mahmudov (Kamal Aslan oğlu Mahmudov); d. 1925 ö. 1962 — Böyük Vətən Müharibəsi iştirakçısı, müharibə veteranı.
Həyatı
Kamal Mahmudov 1925-ci ildə Azərbaycan SSR, Qazax rayonunun Şıxlı kəndində anadan olmuşdur. 1932-ci ildəŞıxlı kəndindəki orta məktəbin birinci sinfinə daxil olub, 1942-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib.
Müharibədə iştirakı
Kamal orta məktəbi qurtardığı zaman 1941-1945-ci il İkinci dünya müharibəsi başlamışdır. Bütün Azərbaycan gəncləri kimi Kamal da vətənin müdafiəsinə qalxmaya bilməzdi, yaşını bir il artıraraq vətəni müdafiə etmək üçün könüllü olaraq cəbhəyə yollanır.1944-cü il 23 iyulda sağ ayağını itirdiyinə görə əlil kimi ordudan təxris olunur.
Kamal Mahmudov 1942-ci ildə Taqanroq şəhəri ətrafında döyüşlərdə öz silahından 15 düşmən məhv etdi və bir-neçəsini yaraladı. Ondan əlavə hücum əməliyyatı zamanı Vinnetsa şəhəri uğrunda gedən döyüşlərdə əl pulemyotu ilə 30-a yaxın düşmən əsgərini məhv etdi. Döyüşlərdə, sağ ayağını itirib.
Kamal Mahmudov
Böyük Vətən müharibəsi iştirakçısı Kamal Mahmudov aldığı mükafat barədə sənəd
Böyük Vətən müharibəsi iştirakçısı Kamal Mahmudov II dərəcəli mükafatı haqda sənəd
Müharibədən sonra
Sağ ayağını itirmiş gənc əlil olan, həyat eşqi ilə çırpınan Kamal həyatın nəbzini tutaraq 1956-1957-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitunun mühasibat uçotu fakültəsini bitirib.
Qazax rayonu İkinci Şıxlı kəndində kolxozda hesabdar – baş mühasib vəzifəsində çalışmışdır. 1946-cı ildə ailə qurmuş, bu ailəlikdən onun 5 övladı dünyaya gəlmişdir, 14 nəvə, 24 nəticəsi vardır.
Vəfatı
1962-ci il 31 avqust tarixində müharibə vaxtı aldığı ağır mədə xəstəliyindən Gürcüstan Respublikasının Rustavi şəhərində əməliyyat zamanı vəfat etmişdir. O, Şıxlı kənd qəbristanlığında torpağa tapşırılıb.
9 may 2017. (Kazan)
9 may 2017 (Kazan)