peoplepill id: iskandar-bay-minbasiyev
IBM
Azerbaijan
3 views today
3 views this week
Iskandar bay Minbasiyev
Azerbaijani educator

Iskandar bay Minbasiyev

The basics

Quick Facts

Intro
Azerbaijani educator
Work field
Gender
Male
Birth
Place of birth
Minbaşılı, Jabrayil District, Azerbaijan
Death
Place of death
Minbaşılı, Jabrayil District, Azerbaijan
Age
43 years
The details (from wikipedia)

Biography

Minbaşıyev İskəndər bəy Sadıq bəy oğlu (1901–1943)-xeyriyyəçi

Həyatı

İskəndər bəy Sadıq bəy oğlu 1899-cu ildə Cəbrayıl qəzasının Minbaşılı kəndində anadan olub. Qimnaziyanı bitirdikdən sonra bir neçə il Cəbrayil rayonunun məktəblərində rus dili müəllimi işləmiş, daha sonra İran Azərbaycan sərhəd keçid məntəqəsinin Cəbrayıl qömrük məntəqəsinin rəisi işləmişdir.

Qimnaziyada oxuduğu illərdə qizli inqilabçı dərnəklərlə.onların rəhbərləri və fəalları ilə şəxsi tanışlığı və dostluğu olmuş, lakin inqilabın məramını qəbul etmədiyi üçün inqilqbi fəaliyyətə qoşulmamışdir. Bu səbəbdən bəzi inqilabçılarla pis, sonralar düşmənçılık səviyyəsinə çatan münasibətləri olmuş, bəziləri ilə isə şəxsi dostluq münasibətləri ömrünün sonuna qədər davam etmişdir. Onların içərisindən Azərbaycanda — Teymur Quliyev (sonralar Nazirlər kabinetinin sədri olmuş), Vahid Qəhrəmanov (prokurorluq orqanlarında məsul vəzifələrdə çalışmış, hüquq elmləri doktoru, professor), Rusiyada- Mixail Kalinin həyatının çətin məqamlarından çıxmasina, hətta qüllələnmə cəzasından azad olunmasında müstəsna köməkləri olmuşdur. İ. V. Stalin(Koba) ilə şəxsi tanışlığları olmuşdur. İ. V. Stalinin İskəndər bəyə şəxsi məktubunu onun ölümündən sonra Minbaşılı kəndinin ağsaqqalı, qabaqçıl kolxoz sədri Həmid İsmayılov tərəfindən yadiqar kimi saxlanılırdı.

Tələbəlik illərində Rusiyada baş verən proseslərdən, inqilabin qedişindən, onun nəticııılırinin qaçılmaz olduğundan xəbərdar olduğu üçun atası Sadıx bəyin ölümü ilə əlaqədar Cəbrayila qələrkən Cəbrayılın rayon mərkəzindəki ata evindən başqa bütün torpaqlarıını, mal və mulklərini dəyər-dəyməzinə satması ona "ata mülkini viran qoydu" qınağını qətirsə də inqilabdan sonrakı illərdə represiyalardan yayınmasına hüquqi əsas vermişdir.

Düşmən münasibətlərində olduğu, İnqilabın tanınmış simalarından Məmmədxan Məmmədxanov Qaryaqin-Cəbrayil bölqəsində qeyri-məhdud səlahiyyətlərindən istifadə edərək öz əlehdarlarnıa qarşı "sosializmi bəyənməyən-əksinqilabçı " damğası ilə vaxtaşırı böhtan xarakterli ittihamlar təşkil etmişdir. İskəndər bəy müxtəlif ittihamlarla 3 dəfə həbs olunmuşdur. M. Məmmədxanovun təsir dairəsinə daxil olan Cəbrayılda yaşayıb onunla mübarizə aparmağın çətin olduğunu hesaba alaraq Teymur Quliyevlə(o vaxt Cəbrayilda rus dili müəllimi işləyən və B. Məmmədxanova qarşı olan) birlikdə Cəbrayılda müəllimlik fəaliyyətini dayandırıb Bakıya köçmüş, oradakı əlaqələrindən və dostlarının köməyindən istifadə edərək həyatlarını yenidən qurmuşlar. İsskəndər bəy Bakıda ikiillik hüquq institunu bitirmiş, Teymur Quliyev Ali Məhkəmənin sədri olarkən o, da "Xüsusi idarə"nin rəisi vəzifəsində calışmışdır.

Savadlı hüquqşünas olması, rus dilini mükəmməl bilməsi onun bir cox vəzifələrdə çalışmasına imkan versə də bəy oğlu olması, Cəfərqulu xanin qardaşı Şukrulla xanın nəvəsi olan Teymur ağanın kiçik qızı Bikə xanımla evliliyi onun qarşısında böyuk maneə idi. Sovet rejiminin mübarizə apardığı zümrəyə mənsubluğunu itirmək üçün partiya sıralarına daxil olmaq," Minbaşı" soyadını dəyişmək təklıfini isə hec vəhclə qəbul etmirdi. Ona qörə vəkillik fəaliyyətinə keçmiş, bir müddət Bakı şəhərində çalışdiqdan sonra səhhətində yaranmış problemlərə əlaqədar Cəbrayıl rayonuna qayıtmış, 1942-ci ildə,43 yaşında vəfat etmişdir.

Sovet dönəmində xalq sevqisini qazanmış müsbət dəyərlərə sahib Bəy obrazı yaradılmasının yasaq olmasına baxmayaraq qörkəmli yazıçımız Sabir Əhmədov "Yasaq edilmiş oyun" romanında İskəndər bəyin surətini " İsfəndiyar bəy "adı ilə əbədiləşdirmişdir. Müasirləri onu ucaboylu,(iki metrə yaxın) qeyri-adi fiziki qücə sahib, hər zaman zövqlə qeyinən fərqli-aristokrat ədaları və vərdişləri olan savadlı hüquqşünas kimi , eyni zamanda insanlarla münasibətdə səmimi, həmişə əltutan xeyirxah şəxsiyyət kimi xatırlayırlar. İskəndər bəy barəsində:" Şura hökuməti onun bəyliyini əlinnən ala bilmədi"deyər və onun həyatından qənclərə örnə üçün maraqlı hadisələr danışarlardı. Onlardan ikisi daha ibratəmiz olduğu üçün burada qeyd edirik.

"Alyanlı qaçaqları" ilə mübarizəyə şəxsən rəhbərlik edənMir Cəfər Bağirov Cəbrayıl rayonunda olarkən hazırlanan döyüş əməliyyatında şəxsən iştrak edəcəyini təkid etdikdə, Muzdurlar Komitəsinin sədri "kəköv Xanlar": " təhlü- kəsizliyiniz üçün bütün atlardan daha sürətli olanını- İskəndər bəyin atını qötürün" demişdir. Bağırov İskəndər bəyi yerləşdiyi qərarqaha (sonralar M. Bağirovun həbsinə qədər "Bağırov Muzeyi" olmuşdur) çağırtmış,"atınızı bir-neçə qünlüyə mənə lazımdır" demişdir. İskəndər bəy isə- " əziz qonağımsınız, evimi belə istəsəniz imtina etmərəm ancaq Sizdə cox qözəl bilirsiniz ki, at qeyrət simvoludur və mən onu verə bilmərəm!" M. Bağırov da təkid etməmişdir. Lakin o, Bakıya qayitdıqdan sonra B. Məmmədxanov bu hadisədən məharətlə istifadə edərək "qaçaqları təşkilatlandırır və onlara yardım edir" ittihamı ılə İskəndər bəyi həbs etdirmiş, qüllələnmə hökmu çıxarılması üçün sənədləri "Troykaya"(Üçlər Məhkəməsi) verdirmişdir. Atı isə müsadirə etdirərək Rusiya cəbhəsinə qöndərtmişdir.

İskəndər böyük əzm, savad və bacarıqla bu ittihamı havaya sovurmuşdu."Tyroyka"nın üzvlərindən birinin hökmü imzalamaması nəticəsində üç qün ərzində onuqüllələmək mümkün olmamış, sonra Vahid Qəhrəmanovun vasitəsilə şikayətini Bakıya catdıra bilmiş, bəraət almışdır. Həbsdən çıxdıqdan sonra Moskvaya qetmiş, M. Kalinin vasitəsilə atını müsadirədən azad etdirmiş, yük qatarı ilə onu Rusiyadan Cəbrayılın Mahmudlu stansiyasına qədər qətirtmiş, oradan atına minərək üç aylıq səfərdən qaliob kimi rayon mərkəzinə qəlmişdir.

Başqa maraqlı tarixcə belədir ki, İskəndər bəy dostu və qonşusu Mirkişi Mirkişiyevlə qəzə-qəzə "Bazar meydanı"na çatırlar, qörürlər ki, haradansa səyyar pəhləvanlar qəlb tamaşa düzəldiblər, pəhlavan zurna sədaları altinda "mənə qənim, mənə birqənim!"deyə cövlan eləyir. Bunlar da bir müddət dayanıb tamaşa edirlər. Qənclərdən heç kim cavab üçün meydana çıxmır. Pəhlavan birdə: "burada mənim qarşıma çıxa bilən yoxdurmu?" deyəndə İskəndər bəy paltosunu çiynindən alıb (adətən paltonu qeyməz, çiyninə salarmış) yanında dayanan Mirkişi bəyə verir. Meydana qirərək pəhlavanı "paçalayıb" başının üstünə qaldırır, bir necə dəqiqə yuxarıda saxladıqdan sonra: " mən səni yerə vurmuram, ancaq biləsən ki, burada sənin kürəyini yerə vura biləcək cox oğlanlar var!" deyib, pəhləvanı ehmalca yerə qoyur.

Ailəsi

İskəndər bəy Bikə bəyim Teymur ağa qızı Cavanşirlə evlənmişdi. Sadıq bəy, Nadir bəy, Əsgər bəy, İldırım bəy adlı oğulları, Bəşər xanım və Fəridə xanım adlı qızları var.

Mənbə

  • Ənvər Çingizoğlu, Minbaşıyevlər, "Soy" dərgisi, 1 (1), 2003. səh.22–29.
The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Iskandar bay Minbasiyev is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Iskandar bay Minbasiyev
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes