peoplepill id: intiqam-karimov
IK
Russia Azerbaijan
2 views today
2 views this week
The basics

Quick Facts

Work field
Place of birth
Qakh, Qakh District, Azerbaijan
Age
65 years
Instruments:
The details (from wikipedia)

Biography

Kərimov İntiqam Nəriman oğlu — Azərbaycanın estrada və opera müğənnisi.

Həyatı

İntiqam Kərimov 1959-cu il oktyabr ayının 17-də Qax şəhərində anadan 1977-ci ildə Qax şəhər 1 nömrəli orta məktəbinin bitirib. 1978-1980-cı illərdə Sovet ordusunda hərbi xidmətdə Kiyev hərbi dairəsinin qırmızı əmək bayrağı ordenli nəfəs alətləri orkestrinin və mahnı və rəqs ansamblının eyni zamanda Gümüş qanadlar vokal instrumental ansamblının solisti olub. 1980-1984-cü illər Varnonej filormoniyası estrada simfonik orkestrinin solisti olub. 1982-ci ildə Ümumrusiya Gənc estrada müğənniləri müsabiqəsində ll yeri tutub. 1984-90-cı illərdə Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası nın vokal şöbəsini əla qiymətlərlə başa vurub. 1985-ci ildə Moskvada keçirilən gənclər və tələbələrin 12-ci Ümumdünya festivalının laureatı olub. 1987-ci ildə 20-30 iyul tarixlərində Moskvada keçirilən Böyük Oktyabr İnqilabının 70 illiyinə həsr olunmuş ll Ümumittifaq teatr yaradıcılığı festivalının laureatı olub. 1989-cu ildə Bakı keçirilən "Qızıl Payız" pop musiqisi müsabiqəsinin laureatı olub. 1987-ci ildən 2001-ci ilədək Şövkət Məmmədova adına opera studiyasının 1-ci kateqoriyalı solisti işləyib.Həmin müddət ərzində Üzeyir Hacıbəyov un "Arşın mal alan" musiqili komediyasında Əsgər və Vəli obrazlarını,Fikrət Əmirov un "Sevil" operasında Balaş obrazını, Sergey Raxmaninov un "Aleko" operasında Gənc qaraçı obrazını, Cüzeppe Verdi nin "Trubadur" operasında Manriko obrazını dəfələrlə ifa etmişdir. Eyni zamanda Azərbaycan Dövlət Musiqili Teatrı nda "Çiqan Prinyer" tamaşasında Laçi obrazını oynamışdır. Onlarla italyan,rus,Azərbaycan operalarından ariaların ifaçısıdır. Cox sayda Neopolitan,Rus,Azərbaycan xalq mahnilarının ifaçısıdır. Azərbaycan rayonlarında keçirilmiş dövlət tədbirlərində mütəmadi olaraq iştirakçıdır.Həmin konsertləri Azərbaycan Televiziyası,Azad Azərbaycan TV,Lider TVmütəmadi olaraq işıqlandırmışdır. İdman və Gənclər Nazirliyinin rayonlarda və hərbi hissələrdə təşkil etdiyi demək olar ki,bütün konsertlərin iştirakçısı olmuşdur və buna görə İdman və Gənclər Naziri Azad Rəhimov tərəfindən xüsusi diplomla təltif olunmuşdur. 1999-cu ildə Azərbaycan Dövlət Televiziyasında həyata keçirilən "Sport-Fayt" musiqili-əyləncəli idman proqramının müəllifi və aparıcısı olmuşdur. 2007-ci ildə Xəzər TV-də təşkil olunmuş "Star və Sən" verilişinin müəllifi və rəhbəri olunmuşdur.200-ə qədər mahnının ifaçısıdır.40-a qədər mahnının ilk ifaçısıdır.23 mahnının müəllifidir.Azərbaycanın rayonlarında,Mahnı teatrında,Gənc Tamaşaçılar teatrında dəfələrlə solo konsertlərlə çıxış etmişdir. Bu gün Azərbaycan estrada səhnəsində oxuyan onlarla tanınmış estrada müğənnisinin müəllimidir.Azərbaycan televiziyalarında 12 klipi yayımlanmışdır.- Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində estrada sənəti fakültəsində gənclərimizə klassik və estrada vokalının dərinliklərini öyrədir.

Opera

Xarici keçidlər

https://www.youtube.com/watch?v=GoEy_wxbGfE https://www.youtube.com/watch?v=osrKFpA3DQo https://www.youtube.com/watch?v=XMl8cUSwGLg https://www.youtube.com/watch?v=rOFjy2aBPpA https://www.youtube.com/watch?v=qIvEjDl-Wnk https://www.youtube.com/watch?v=iPLkXXRelf4 https://www.youtube.com/watch?v=bmzhLTEyD40 https://www.youtube.com/watch?v=DZdNn3QvLF0 

İstinadlar

The contents of this page are sourced from Wikipedia article. The contents are available under the CC BY-SA 4.0 license.
Lists
Intiqam Karimov is in following lists
comments so far.
Comments
From our partners
Sponsored
Credits
References and sources
Intiqam Karimov
arrow-left arrow-right instagram whatsapp myspace quora soundcloud spotify tumblr vk website youtube pandora tunein iheart itunes